“Azərpoçt” 2024-cü ildə rəqəmsal inkişafa xüsusi üstünlük verib. Ötən il ərzində üç rəqəmsal layihə təqdim edilib.
Xeberler.az məlumat verir ki, bunu “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev 2024-cü ilin maliyyə göstəriciləri ilə bağlı keçirilən brifinqdə deyib.
“Bunlardan birincisi hüquqi şəxslər üçün nəzərdə tutulan “İnternet Bankçılıq”, fiziki şəxslər üçün nəzərdə tutulan mobil tətbiq, kiçik və orta sahibkarlar üçün vacib əhəmiyyət daşıyan “Mobil POS” xidmətləri. Hər üç rəqəmsal həll öz istifadəçilərinə işlərini onlayn formada və sürətli həll etməyə kömək edir”, - deyə İsi Mustafayev əlavə edib.
“Azərpoçt”un cari ilin may ayında təşkil edəcəyi beynəlxalq Liderlər Forumu haqqında danışan İsi Mustafayev keçiriləcək forumun beynəlxalq poçt eko-sistemində qlobal inkişaf və əməkdaşlıqların həlli yollarının axtarışını nəzərdə tutduğunu vurğulayıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri