Previous Next
Bağla

“Azərpoçt”un gəlirləri bu ilin birinci yarısında 3 faiz artıb

25-07-2023 15:53
“Azərpoçt”un gəlirləri bu ilin birinci yarısında 3 faiz artıb

“Azərpoçt” MMC cari ilin birinci yarısı üzrə media əməkdaşları üçün brifinq keçirib.

Xeberler.az məlumat verir ki, brifinqdə çıxış edən “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov cəmiyyətin 2023-cü ilin birinci yarısında gördüyü işlər, eləcə də qurumun maliyyə vəziyyəti barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, 2021-ci ildən yenilənmə mərhələsinə keçid edən “Azərpoçt” MMC-də transformasiya prosesləri ilə yanaşı, “Postcargo”, “Retail”, “Logistika” kimi irihəcmli layihələrə də start verilib. Bundan əlavə, poçt operatorunun “VISA” beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvü statusunu alması və nəticə etibarilə nağdsız poçt əməliyyatlarının aparılması ilə maliyyə şəffaflığının təmin olunmasındakı əhəmiyyəti də vurğulanıb.

Bildirilib ki, 2023-cü il üzrə illik gəlir ilin ilk 6 ayı üzrə 33 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövründəkindən 3 faiz çoxdur. Cari ilin ilk 6 ayında xalis mənfəət 2,3 milyon manat, EBİTDA isə 4,2 milyon manat olub. Həmin dövrdə qurumun xərcləri 31 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz çoxdur. Xərc artımının 55 faizi əməkhaqqı xərclərinin payına düşür. Əməkhaqqı xərcləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artıb. Belə ki, 2023-cü ilin əvvəlində minimum əməkhaqqının 17 faiz artımı (300 manatdan 350 manata) xərclərin artımına səbəb olub.

Əfqan Cəlilov qeyd edib ki, “Azərpoçt” əməkdaşlarının aylıq gəlirlərinin artırılması üzrə 2023-cü il üçün qarşıya hədəf kimi qoyulmuş bonus planı artıq tətbiq edilib və təkcə 1-ci rüb üzrə 540 nəfərin aylıq gəlirinin 500 AZN-ə qədər artırılmasına nail olunub.

Media nümayəndələrinin suallarını cavablandıran qurum rəhbəri “Azərpoçt”un keçən ildən start verilən transformasiya proseslərinin növbəti iki ildə də davam etdiriləcəyini bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərpoçt”un xalis mənfəəti açıqlanıb

25-01-2024

"Azərpoçt" 2024-cü ili 73,5 milyon manat xalis mənfəətlə başa vurub

07-02-2025

“Azərpoçt” yenidən mənfəətlə işləməyə başlayıb

18-07-2023

Kart vasitəsilə edilən ölkədaxili nağdsız ödənişlərin həcmi artıb

25-02-2025

"Azərpoçt" ötən ilin yekunlarına dair brifinq keçirib

07-02-2025

“Azərpoçt” işçilərinə bonus ödənişinin məbləğini açıqlayıb

08-02-2024

İKT sektorunun gəlirləri artıb

22-10-2015

İKT sektoru üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri artıb

15-12-2025

"Azərpoçt" ötən il aktivlərini 24 % artırıb

19-01-2024

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

25-07-2023

“Tesla”nın mənfəəti artıb

23-04-2026

Dövlət Radiotezliklər İdarəsinin xalis mənfəəti 81 faiz artıb

11-07-2023

Azərbaycanda nəqliyyat və rabitə xərcləri 58 faiz artırılır

16-10-2023

Elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilən məbləğ artıb

23-12-2024

Ötən il ödəniş kartlarının 80 faizi təmassız ödənişləri dəstəkləyib

10-03-2025

Azərbaycanda bank kartlarının sayında və nağdsız ödənişlərdə böyük artım

26-12-2023

İnformasiya və rabitə xidmətlərindən 380 milyon manat gəlir əldə edilib

15-04-2015

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin gəlir və xərcləri 4 dəfə artıb

20-05-2023

“Azercell” ötən il 129 milyon manata yaxın xalis mənfəət əldə edib - Hesabat

13-07-2023

“AzInTelecom” maliyyə göstəricilərini açıqlayıb

09-01-2025

DSMF: Ötən il məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 5 faiz artıb

16-01-2025

Azərbaycanda ölkədaxili elektron ticarətin həcmi 80 faiz artıb

24-11-2025

RİTN üzrə müəssisələrin gəlirləri 17,4% artıb

10-11-2008

"Azərkosmos"un yığılmış zərəri 400 milyon manata yaxınlaşıb

02-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə