Previous Next
Bağla

AzerTelecom Milli Net 2018 müsabiqəsinə baş sponsor olaraq dəstək oldu

25-12-2018 17:08
AzerTelecom Milli Net 2018 müsabiqəsinə baş sponsor olaraq dəstək oldu

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi AzerTelecom şirkətinin baş sponsorluğu ilə keçirilmiş Milli Net 2018 - Milli İnternet Mükafatı müsabiqəsi başa çatıb.

Xeberler.az  bildirir ki, Azərbaycan İnternet Forumu tərəfindən artıq ənənəvi olaraq hər il keçirilən Milli Net müsabiqəsinin bu il sayca 10-cu yubiley tədbiri baş tutub. Artıq ikinci ildir ki, AzerTelecom şirkətinin baş sponsorluğu ilə keçirilən Milli Net müsabiqəsinin qaliblərinin yekun təqdimat mərasimində dövlət və özəl sektorun nümayəndələri, ölkənin internet ictimaiyyətinin, İKT sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərin və media qurumlarının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, oktyabr ayında start verilmiş Milli Net 2018 müsabiqəsinə 19 Nominasiya üzrə 406 internet resurs təqdim edilib. Bu resurslardan yalnız qaydalara uyğun olan 300 resurs (saytlar, mobil tətbiqlər və sosial media resursları) müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. Onların arasından isə ən yaxşıları olan 105 resurs Nominant statusu alıb, ikinci səsvermə prosesində yekun qaliblər müəyyən olunub və təqdimat mərasimində elan edilib.

Tədbirdə çıxış edən AzerTelecom şirkətinin Satış və Tərəfdaşların İdarə olunması üzrə direktoru Ləman Abasbəyli bildirib ki, Milli Net müsabiqəsinin keçirildiyi 10 il ərzində layihə Azərbaycanda uğurlu milli internet resursların aşkarlanması və ictimaiyyətə tanıdılması, eləcə də internetdə ana dilimizin tətbiqinin genişləndirilməsində mühüm rol oynayıb, səmərəli bir platformaya çevrilib. O qeyd edib ki, bu il həm də AzerTelecom şirkətinin 10 illik yubileyidir və bu əlamətdar halın Milli Net-in 10 illiyi ilə üst-üstə düşməsi də çox sevindirici bir haldır. “AzerTelecom şirkəti hər zaman cəmiyyətdə innovasiyaların tətbiqi, maarifləndirici, milli resursların, elm və təhsilin inkişafı ilə əlaqəli ən mühüm layihələri dəstəkləyib və bu, gələcəkdə də şirkətin fəaliyyətində əsas istiqamətlərdən biri olaraq qalacaqdır”- deyə Ləman Abasbəyli bildirib.

Təqdimat mərasimində çıxış edən digər şəxslər də Milli Net tədbirinin əhəmiyyətini vurğulayaraq layihənin milli resursların inkişafına verdiyi töhfədən bəhs ediblər.

AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir.  AzerTelecom ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şaxələnmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. AzerTelecom şirkətinin beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir. Şikrət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil şəbəkələrdə nəqletmə, beynəlxaql tranzit, DDoS hücumdan müdafiə, VPN, Data Mərkəz xidmətləri, SİP telefoniya və digər telekommunikasiya xidmətləri təqdim edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzerTelecom Milli İnternet resursların inkişafına dəstək verir

21-12-2017

Milli Net 2018 qaliblərinin təqdimat mərasimi keçiriləcək

21-12-2018

AzerTelecom Türkmentel 2018 sərgisində iştirak edəcək

24-09-2018

AzerTelecom BakuTel 2018 sərgisində telekommunikasiya xidmətlərini təqdim edib

10-12-2018

AzerTelecom 10 illiyini qeyd edir

27-08-2018

MilliNet2018-də yekun səsvermə başa çatıb

17-12-2018

Milli Net 2018 qaliblərinin təqdimat mərasimi keçirilib

24-12-2018

AzerTelecom ölkədə infrastrukturunu genişləndirir

20-06-2018

AzerTelecom şirkətindən SİP telefoniya xidməti

28-09-2018

AzerTelecom Karyera sərgisində iştirak edib

02-03-2018

AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

05-03-2019

MilliNet 2018-in Nominantları seçilib

05-12-2018

AzerTelecom İT layihələri dəstəkləyir

08-05-2018

Bu gün Milli Net -2011 qaliblərinin Təqdimat mərasimi keçiriləcək

23-12-2011

Milli Net 2012 qaliblərinin təqdimat mərasimi keçiriləcək

17-12-2012

Milli İnternet Mükafatının Nominantları seçilib

03-12-2017

AzerTelecom kİber hücumdan müdafiə xidməti təqdim edir

28-06-2018

AzerTelecom müasir xidmətlər təqdim edir

01-02-2018

Milli İnternet Mükafatının qalibləri elan olunacaq

18-12-2017

AzerTelecom şirkətinin iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib

14-02-2019

Sabah Milli Net -2010-un qalibləri bilinəcək

03-12-2010

AzerTelecom Türkmənistanda beynəlxalq sərgidə iştirak edib

18-10-2018

AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

05-12-2019

Milli Net 2011 qaliblərinin təqdimat mərasimi keçiriləcək

17-12-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə