Previous Next
Bağla

AzerTelecom Karyera sərgisində iştirak edib

02-03-2018 16:37
 AzerTelecom Karyera sərgisində iştirak edib

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom ADA Universiteti tərəfindən təşkil olunmuş 6-cı Karyera sərgisində iştirak edib.

Xeberler.az bildirir ki, ADA Universitetinin 2000-ə yaxın tələbəsi və məzununun iştirak etdiyi sərgidə AzerTelecom bir sıra vakant iş yerlərini təqdim edib.

Sərgi zamanı tələbələr və məzunlar ölkənin telekommunikasiya sektorunda qabaqcıl və inkişaf edən şirkətlərdən olan AzerTelecom-da vakant iş yerləri və təcrübə keçmək imkanları barədə məlumat əldə ediblər, onları maraqlandıran suallara müvafiq cavablar alıblar.

6-cı Karyera sərgisi AzerTelecom şirkəti və gənc tələbə və məzunlar arasında birbaşa ünsiyyətin qurulması, gənclərin gələcək karyera imkanları haqda fikir mübadiləsinin aparılması və gənc istedadların kəşf edilməsi istiqamətində imkanlar yaradıb.

2008-ci ildən ölkənin telekommunikasiya sferasında uğurla fəaliyyət göstərən və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru Bakcell şirkəti olan AzerTelecom insan resurslarının inkişafına hər zaman böyük önəm verərək gənc kadrların işə cəlb edilməsi və peşəkar inkişafı istiqamətində müxtəlif işlər aparır.

Şirkətin insan resursları sahəsində fəaliyyətinin əsasında insan amilinin ön plana çəkilməsi, gənclər üçün karyera imkanlarının genişləndirilməsi, onların davamlı inkişafı üçün müvafiq şəraitin yaradılması kimi prinsiplər dayanır. Şirkət həmçinin karyera sərgilərində fəal iştirak edir və mövcud vakansiyalar barədə tələbə və məzunları məlumatlandırır.

AzerTelecom MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Bakcell şirkətidir. AzerTelecom şirkəti internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), lokal VoİP, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

Daha ətraflı məlumatı şirkətin www.azertelecom.az internet saytından və Facebook (www.facebook.com/azertelecom.az) və LinkedIn (www.linkedin.com/company/azertelecom.az) sosial şəbəkələrindəki səhifələrindən əldə etmək olar.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

05-03-2019
AzerTelecom ölkədə infrastrukturunu genişləndirir

AzerTelecom ölkədə infrastrukturunu genişləndirir

20-06-2018
AzerTelecom Türkmentel 2018 sərgisində iştirak edəcək

AzerTelecom Türkmentel 2018 sərgisində iştirak edəcək

24-09-2018
AzerTelecom şirkətindən SİP telefoniya xidməti

AzerTelecom şirkətindən SİP telefoniya xidməti

28-09-2018
AzerTelecom kİber hücumdan müdafiə xidməti təqdim edir

AzerTelecom kİber hücumdan müdafiə xidməti təqdim edir

28-06-2018
AzerTelecom 10 illiyini qeyd edir

AzerTelecom 10 illiyini qeyd edir

27-08-2018
AzerTelecom müasir xidmətlər təqdim edir

AzerTelecom müasir xidmətlər təqdim edir

01-02-2018
AzerTelecom Türkmənistanda beynəlxalq sərgidə iştirak edib

AzerTelecom Türkmənistanda beynəlxalq sərgidə iştirak edib

18-10-2018
AzerTelecom Baku Tel 2018 sərgisində iştirak edəcək

AzerTelecom Baku Tel 2018 sərgisində iştirak edəcək

24-11-2018
Azertelecom şirkəti ilə Facebook arasında müqavilə imzalanıb

Azertelecom şirkəti ilə Facebook arasında müqavilə imzalanıb

08-11-2017
AzerTelecom BakuTel 2018 sərgisində telekommunikasiya xidmətlərini təqdim edib

AzerTelecom BakuTel 2018 sərgisində telekommunikasiya xidmətlərini təqdim edib

10-12-2018
AzerTelecom Milli Net 2018 müsabiqəsinə baş sponsor olaraq dəstək oldu

AzerTelecom Milli Net 2018 müsabiqəsinə baş sponsor olaraq dəstək oldu

25-12-2018
AzerTelecom şirkətinin iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib

AzerTelecom şirkətinin iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib

14-02-2019
AzerTelecom Türkmentel 2019 sərgisində iştirak edəcək

AzerTelecom Türkmentel 2019 sərgisində iştirak edəcək

21-11-2019
AzerTelecom Xəzər İnnovasiya Texnologiyaları sərgisinə qatılıb

AzerTelecom Xəzər İnnovasiya Texnologiyaları sərgisinə qatılıb

19-08-2019
AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

05-12-2019
AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

09-12-2019
AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir

AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir

30-06-2020
AzerTelecom Milli İnternet resursların inkişafına dəstək verir

AzerTelecom Milli İnternet resursların inkişafına dəstək verir

21-12-2017
AzerTelecom qlobal şirkətlərin rəsmi tərəfdaşı oldu

AzerTelecom qlobal şirkətlərin rəsmi tərəfdaşı oldu

09-04-2019
AzerTelecom İnnovasiya Texnologiyaları sərgisində iştirak edəcək

AzerTelecom İnnovasiya Texnologiyaları sərgisində iştirak edəcək

05-08-2019
AzerTelecom xüsusi karantin rejimində ölkəni fasiləsiz internetlə təmin edir

AzerTelecom xüsusi karantin rejimində ölkəni fasiləsiz internetlə təmin edir

23-04-2020
Bu texnologiya şirkətlərinin rəhbərliyi tələbələrlə görüşüb

Bu texnologiya şirkətlərinin rəhbərliyi tələbələrlə görüşüb

14-12-2022
Digital HUB proqramının yaradacağı imkanlar müzakirə olundu

Digital HUB proqramının yaradacağı imkanlar müzakirə olundu

16-05-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə