Previous Next
Bağla

AzerTelecom şirkətinin iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib

14-02-2019 16:03
AzerTelecom şirkətinin iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib

Azərbaycanı beynəlxalq İnternet şəbəkəsinə bağlayan magistral (backbone) İnternet provayderi AzerTelecom şirkətinin iştirakı ilə STEP Kompüter Akademiyasında “Beynəlxalq Təhlükəsiz İnternet Günü”nə həsr olunan tədbir keçirilib.

Xeberler.az  bildirir ki, tədbir ölkəmizdə İnternetin təqdimi və İnternet təhlükəsizliyində ixtisaslaşan bir neçə yerli və beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı ilə baş tutub, İnternet, onun yaranması, qlobal şəbəkədə təhlükəsizlik, istifadəçilərin üzləşdikləri əsas təhdidlər və s. kimi mövzularda
faydalı müzakirələr aparılıb. Tədbirdə çıxış edən AzerTelecom şirkətinin Baş Kommersiya Direktoru Samir Nuriyev qlobal İnternet şəbəkəsinin yaranması, mövcud texniki göstəricilər, Azərbaycanın İnternet şəbəkəsinə qoşulması və bu prosesdə magistral provayder AzerTelecom şirkətinin rolu, internetin gələcəyi kimi mövzulara toxunub.

Hazırda qlobal internet istifadəçilərinin sayının ümumilikdə 4 milyardı ötdüyünü,
Azərbaycanın MDB məkanında İnternetin əhatə olunması, yayımına görə ilk yerdə (79%) olduğunu qeyd edən Samir Nuriyev internetin gələcəyi barədə danışaraq 2020-ci ildə 5 milyarddan çox insanın İnternetdən istifadə edəcəyini, qlobal şəbəkədən istifadədə ən böyük artımın inkişaf etməkdə olan ölkələrdə olacağını, Bulud texnologiyaların daha da inkişaf edəcəyini, Əşyaların İnternetinin (IoT) İnternet haqqında təsəvvürü dəyişəcəyini və gələcəkdə İnternetin bir ekologiya dostu olacağını bildirib.

Tədbirdə çıxış edən digər məruzəçilər də öz növbələrində İnternetin distribusiyası, simli və simsiz İnternet növləri, şəbəkələr, sistem inzibatçılığı, sosial mühəndislik və fişinq hücumlarına qarşı təhlükəsizlik və s. barədə danışaraq öz təcrübələrini bölüşüblər. Beynəlxlaq Təhlükəsiz İnternet Günü (“Safer Internet Day - SID”) hər ilin ikinci ayının ikinci həftəsinin ikinci günü qeyd edilir. Bu əlamətdar hadisə 2004-cü ildə Avropa Komissiyasının qərarı ilə təsis edilib. Məqsəd dünyada, xüsusən uşaq və gənclər arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.

Qeyd edək ki, Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatoru olan AzerTelecom 2008-ci ildə təsis edilib və ölkənin ilk mobil operatoru - Bakcell şirkətinin törəmə şirkətidir. AzerTelecom internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VPN (virtual şəxsi şəbəkə), DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AzerTelecom Türkmentel 2018 sərgisində iştirak edəcək

AzerTelecom Türkmentel 2018 sərgisində iştirak edəcək

24-09-2018
AzerTelecom 10 illiyini qeyd edir

AzerTelecom 10 illiyini qeyd edir

27-08-2018
AzerTelecom şirkətindən SİP telefoniya xidməti

AzerTelecom şirkətindən SİP telefoniya xidməti

28-09-2018
AzerTelecom kİber hücumdan müdafiə xidməti təqdim edir

AzerTelecom kİber hücumdan müdafiə xidməti təqdim edir

28-06-2018
AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

05-03-2019
AzerTelecom BakuTel 2018 sərgisində telekommunikasiya xidmətlərini təqdim edib

AzerTelecom BakuTel 2018 sərgisində telekommunikasiya xidmətlərini təqdim edib

10-12-2018
AzerTelecom ölkədə infrastrukturunu genişləndirir

AzerTelecom ölkədə infrastrukturunu genişləndirir

20-06-2018
 AzerTelecom Karyera sərgisində iştirak edib

AzerTelecom Karyera sərgisində iştirak edib

02-03-2018
Azertelecom şirkəti ilə Facebook arasında müqavilə imzalanıb

Azertelecom şirkəti ilə Facebook arasında müqavilə imzalanıb

08-11-2017
AzerTelecom müasir xidmətlər təqdim edir

AzerTelecom müasir xidmətlər təqdim edir

01-02-2018
AzerTelecom Türkmənistanda beynəlxalq sərgidə iştirak edib

AzerTelecom Türkmənistanda beynəlxalq sərgidə iştirak edib

18-10-2018
AzerTelecom Milli Net 2018 müsabiqəsinə baş sponsor olaraq dəstək oldu

AzerTelecom Milli Net 2018 müsabiqəsinə baş sponsor olaraq dəstək oldu

25-12-2018
AzerTelecom Baku Tel 2018 sərgisində iştirak edəcək

AzerTelecom Baku Tel 2018 sərgisində iştirak edəcək

24-11-2018
Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

07-02-2017
AzerTelecom Türkmentel 2019 sərgisində iştirak edəcək

AzerTelecom Türkmentel 2019 sərgisində iştirak edəcək

21-11-2019
Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

06-02-2018
AzerTelecom qlobal şirkətlərin rəsmi tərəfdaşı oldu

AzerTelecom qlobal şirkətlərin rəsmi tərəfdaşı oldu

09-04-2019
AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019
AzerTelecom xüsusi karantin rejimində ölkəni fasiləsiz internetlə təmin edir

AzerTelecom xüsusi karantin rejimində ölkəni fasiləsiz internetlə təmin edir

23-04-2020
AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

09-12-2019
AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir

AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir

30-06-2020
AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

05-12-2019
AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020
10 fevral Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

10 fevral Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

10-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə