Previous Next
Bağla

AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

05-12-2019 15:38
AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkəti dekabrın 3-6 tarixlərində Bakıda keçirilən “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlıq barədə Niyyət Protokolu imzalayıb.

Xeberler.az bildirir ki, sənədi AzerTelecom şirkətinin baş direktoru Fuad Allahverdiyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar. Sənəd kiçik və orta biznesin inkişafının dəstəklənməsi çərçivəsində qarşılıqlı fəaliyyətin təşkili, dövlət və özəl sektor arasında praktik fəaliyyətin genişləndirilməsi, innovativ təşəbbüslərin realizasiyası, innovasiya infrastrukturundan birgə istifadə edilməsi, startapların, kiçik və orta biznes subyektlərinin potensialının artırılması ilə bağlı dəstəyin göstərilməsi, AzerTelecom şirkətinin icra etdiyi Azerbaijan Digital Hub proqramı çərçivəsində birgə tədbirlərin təşkili və digər əlaqəli fəaliyyəti özündə əks etdirir.

Qeyd edək ki,  “Bakutel-2019” sərgisində həmçinin, KOBİA-nın təşkilatçılığı, magistral internet provayderi AzerTelecom şirkətinin dəstəyi ilə 10 startap və kiçik sahibkarlıq subyektinin məhsul və xidmətləri ayrıca stenddə nümayiş olunur. Sərgi dekabrın 6-dək davam edəcək.

AzerTelecom Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan Bakcell şirkətinin törəmə müəssisəsidir. AzerTelecom şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.

Hazırda AzerTelecom şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün Azerbaijan Digital Hub (ADH) proqramını icra edir.

Proqramın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, IT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

09-12-2019

AzerTelecom Türkmentel 2019 sərgisində iştirak edəcək

21-11-2019

AzerTelecom İnnovasiya Texnologiyaları sərgisində iştirak edəcək

05-08-2019

AzerTelecom şirkətinin rəhbəri Digital HUB proqramından danışıb

14-06-2019

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

24-09-2019

Azerbaijan Digital Hub proqramı gələcəkdə Startupların inkişafına töhfə verəcək

28-11-2019

AzerTelecom və China Telecom Anlaşma Memorandumu imzaladı

26-04-2019

AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir

30-06-2020

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

01-07-2019

AzerTelecom xüsusi karantin rejimində ölkəni fasiləsiz internetlə təmin edir

23-04-2020

AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub-ı təqdim edir

03-12-2019

AzerTelecom Microsoft-un rəsmi tərəfdaşı oldu

22-07-2019

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

“Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” adlı tədbir keçirilib

05-03-2021

Digital HUB proqramının yaradacağı imkanlar müzakirə olundu

16-05-2019

Transxəzər magistralı layihəsi xarici medianın diqqətində

07-06-2019

Azerbaijan Digital Hub proqramı mükafata layiq görülüb

10-12-2019

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019

“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17-02-2020

Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumu təsis edilib

10-10-2019

AzerTelecom qlobal şirkətlərin rəsmi tərəfdaşı oldu

09-04-2019

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16-01-2020

AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

27-01-2020

Azərbaycan və Türkmənistan dövlətlərarası saziş imzaladı

28-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə