Previous Next
Bağla

“Azexport” Qazaxıstanın dövlət qurumları ilə layihələr keçirəcək

31-10-2025 12:32
“Azexport” Qazaxıstanın dövlət qurumları ilə layihələr keçirəcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Qazaxıstanın dövlət qurumlarının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşün məqsədi iki ölkə arasında dövlət idarəçiliyində rəqəmsal həllər, ixracın təşviqi və startap ekosisteminin inkişafı sahəsində təcrübə mübadiləsini genişləndirmək olub.

Xeberler.az bildirir ki, görüşdə Mərkəzi Azexport.az portalının rəhbəri Ayxan Qədəşov, “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov, Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Sevinc Cabbarova, həmçinin “Enterprise Azerbaijan” portalının layihə meneceri Aydan Hüseynzadə təmsil ediblər.

Qazaxıstan tərəfdən isə Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyinin birinci vitse-naziri Ayjan Bizhanova, “QazTrade” təşkilatının İxracın İnkişafı üzrə direktoru Aynur Amirbekova, Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Oljas Nurgaliyev, Qazaxıstanın İctimai iaşə təşkilatının nümayəndələri Veronika Daugaliyeva və Albina Ashukhanova, eləcə də Azərbaycan Françayzinq Assosiasiyasının İdarə Heyətinin sədri Jamid Movsumov iştirak ediblər.

Müzakirə zamanı Azexport.az portalının rəhbəri Ayxan Qədəşov Mərkəzin fəaliyyəti, eləcə də rəqəmsal iqtisadiyyat, ixracın təşviqi və sahibkarlığın inkişafı sahəsində həyata keçirilən layihələr barədə məlumat verib.

Görüş zamanı Azexport.az portalının rəqəmsal sərgi zalı, elektron ticarət platformaları ilə iş prinsipi, eləcə də “Enterprise Azerbaijan” portalı çərçivəsində startap təşəbbüslərinin dəstəklənməsi və gənc sahibkarların inkişafı istiqamətində görülən işlər barədə təqdimatlar keçirilib.

Görüşdə çıxış edən Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyinin
birinci vitse-naziri Ayjan Bizhanova qeyd edib ki, İİTKM tərəfindən tətbiq olunan layihələr müasir çağırışlara cavab verən qabaqcıl təşəbbüslərdir. O bildirib ki, Qazaxıstanda da oxşar layihələr icra olunur və bu baxımdan Azərbaycan təcrübəsi onlar üçün maraqlıdır.

QazTrade təşkilatının İxracın İnkişafı üzrə direktoru Aynur Amirbekova isə Azexport.az portalının rəqəmsal ticarət modeli və sərgi zalının fəaliyyət prinsiplərini unikal yanaşma kimi qiymətləndirib. O, bu təşəbbüslərin Türk Dövlətləri arasında genişləndirilməsinin məqsədəuyğun olduğunu və beynəlxalq rəqəmsal inteqrasiyanın gücləndirilməsi baxımından böyük potensial daşıdığını qeyd edib.

Görüşün sonunda tərəflər rəqəmsal ticarət, dövlət idarəçiliyində rəqəmsal həllər, ixracın təşviqi və startap ekosisteminin inkişafı istiqamətində qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi, həmçinin bu sahələr üzrə birgə tədbirlərin və layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb

30-10-2025

“Azexport” Qazaxıstanın rəqəmsal ixrac ekosisteminin qurulmasına dəstək verəcək

28-01-2026

“Azexport.az” portalı Türkiyənin rəqəmsal ticarət platforması ilə əməkdaşlığa başlayır

19-11-2021

"Azexport" "Hannover Impuls"la beynəlxalq ticarət imkanlarını müzakirə edib

10-10-2025

“TurkicExport” portalının layihəsi təqdim edilib

19-02-2024

Bu qurumlar startaplara dəstək layihəsi icra edirlər

05-12-2022

Kankəndidə “Startup School” keçirilib

03-03-2026

“Azexport”un nümayəndə heyəti Türkiyədə bir sıra görüşlər keçirib

06-10-2025

“Azexport” Azərbaycan məhsullarının Yaponiyaya ixracını genişləndirir

18-03-2026

Azexport.az Dövlət İdarəçilik Akademiyasında e-ticarət təlimi keçirib

23-02-2019

Qazaxıstan–Azərbaycan Biznes Forumu keçirilib

22-10-2025

“Azexport” portalının Pakistan və Türkiyə şirkətləri ilə əməkdaşlığı müzakirə olunub

01-03-2025

“Elektron ticarət: Azərbaycan və Rusiyanın ən yaxşı təcrübəsi” mövzusunda müzakirə keçirilib

24-07-2020

İsveçrənin Əməkdaşlıq İdarəsinin regional direktoru İİTKM-də olub

16-03-2021

“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

05-04-2021

“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

23-04-2025

İİTKM nümayəndələri Qətərin investisiya şirkəti ilə görüşüb

15-08-2025

Rəqəmsal transformasiya və e-ticarət forumu keçirilib

21-06-2023

“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub

17-02-2026

“Azexport” portalı ABŞ-nin Kaliforniya ştatından sifariş alıb

05-01-2026

Azexport.az Bakutel sərgisində təmsil olunur

03-12-2019

Azexport Amazonla Qazan təlimini davam etdirir

19-02-2019

Vüsal Qasımlı Özbəkistan nümayəndə heyətini qəbul edib

18-09-2024

Beynəlxalq Ticarət Mərkəzi Azexport.az-a dəstək verəcək

07-11-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə