Previous Next
Bağla

Azexport.az-ın yaradılmasında hansı texnologiyadan istifadə edilib?

29-12-2016 12:07
Azexport.az-ın yaradılmasında hansı texnologiyadan istifadə edilib?

Məlumat verdiyimiz kimi, bir neçə gün öncə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə edilən azexport.az internet portalı təqdim edildi.

Azexport.az Microsoft Azure  platformasını seçib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, portalın Microsoft Korporasiyasının təqdim etdiyi ən son və innovativ xidmət olan Azure bulud platforması üzərində qurulub. Portalın qurulmasında məhz bu platformanın seçilməsinin əsas səbəbi onun bir çox üstün cəhətlərə malik olmasıdır

Məlumata görə, ilk növbədə, Microsoft Azure-un miqyaslanma xüsusiyyəti sayəsində istifadəçi trafikinin nə qədər artmasından asılı olmayaraq platforma avtomatik şəkildə genişlənir və veb-saytı artıq yüklənmələrdən qoruyur.

99,999% əlçatan olma xüsusiyyəti ilə seçilən bu platforma “Built-in” mühafizə sisteminin köməyi ilə DDoS və digər növ haker hücumlarını vaxtında müəyyən edir və qarşısını alır.

Bundan başqa, Azure platforması dünyanın 30 regionunda müvafiq uyğunluq sertifikatları ilə təltif edilmiş ən etibarlı TIER IV standartına cavab verən məlumat mərkəzlərindən fəaliyyət göstərir ki, bu da xarici ölkələrdən portala daxil olan istifadəçilərin portaldan istifadə təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verəcək.

“Etibarlılıq Microsoft üçün biznes deyil, ana dəyər rolunu oynayır. Azərbaycanda bu cür əhəmiyyətli layihələrin etibarlı tərəfdaşı olmaqdan həmişə qürur duymuşuq və gələcəkdə də innovativ texnoloji yanaşmalarımızla dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsinə dəstək olacağıq”, - deyə Microsoft Azerbaijan şirkətinin baş meneceri Sərxan Həşimov bildirib.

Onun sözlərinə görə, Microsoft Korporasiyası portalın inkişaf prosesinə süni intellekt əsasında qurulmuş “Microsoft Cortana” virtual köməkçi xidməti ilə də dəstək olmağa hazırdır.

Qeyd edilib ki, “Made in Azerbaijan” brendi adı altında rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda təşviqində əhəmiyyətli rol oynayacaq bu portala Microsoft Korporasiyasının təqdim etdiyi Power BI və Skype kimi xidmətlər də inteqrasiya edilib. Belə ki, istifadəçi məhsulu satın almazdan öncə Skype vasitəsilə satıcı ilə əlaqə saxlaya və operativ şəkildə lazımi informasiyanı əldə edə bilər.

Power BI isə biznes-təhlil rolunu oynayaraq məlumatların qısa zamanda səmərəli və keyfiyyətli analizini təmin edir. Bununla yanaşı, gələcəkdə sözügedən portala LinkedIn və Bing kimi servisləri də inteqrasiya olunacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında hazırlanmış azexport.az internet səhifəsinin missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma yaratmaqdır. Portal dünyanın ən məşhur online satış şəbəkələrinə inteqrasiya olunaraq Azərbaycan mallarını dünyaya sərgiləyir.

Azexport.az portalı ilə əməkdaşlıq Microsoft Korporasiyasının “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırladığı Azərbaycan üzrə Milli Planının bir hissəsidir. Microsoft-un Milli Planının əsas komponentlərinə ölkədə innovasiya sahəsinin qeyri-neft sektorunun inkişafında rolu, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyası daxildir.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Microsoft yeni məhsullarını təqdim edir

Microsoft yeni məhsullarını təqdim edir

30-11-2016
Yerli məhsulların ixracı üçün yeni portal yaradılıb

Yerli məhsulların ixracı üçün yeni portal yaradılıb

19-12-2016
“Microsoft texnologiyaları neft-qaz sahəsində çalışanlara kömək edir”

“Microsoft texnologiyaları neft-qaz sahəsində çalışanlara kömək edir”

01-06-2017
Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir

Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir

22-11-2019
İİTKM fəaliyyətini onlayn  şəkildə davam etdirir

İİTKM fəaliyyətini onlayn şəkildə davam etdirir

03-04-2020
Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb

Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb

15-11-2019
Microsoft Azərbaycanda ilk dəfə marketoloqlar üçün seminar keçirib

Microsoft Azərbaycanda ilk dəfə marketoloqlar üçün seminar keçirib

26-12-2016
"Azexport" daha bir məhsula Sərbəst Satış Sertifikatı verib

"Azexport" daha bir məhsula Sərbəst Satış Sertifikatı verib

09-10-2025
ADNSU Microsoft həllərindən istifadə edəcək

ADNSU Microsoft həllərindən istifadə edəcək

18-04-2018
Azexport portalının xüsusi buraxılışı nəşr olundu

Azexport portalının xüsusi buraxılışı nəşr olundu

23-01-2019
“Asan İmza”  azexport.az portalına inteqrasiya edilib

“Asan İmza” azexport.az portalına inteqrasiya edilib

22-12-2016
 Microsoft-un Data Mərkəzlərinin ümumi dəyəri nə qədərdir?

Microsoft-un Data Mərkəzlərinin ümumi dəyəri nə qədərdir?

07-04-2017
Microsoft Bakıda proqramçılar üçün seminar keçirib

Microsoft Bakıda proqramçılar üçün seminar keçirib

24-04-2017
 Microsoft qeyri-kommersiya qurumlara 1 milyard dollarlıq yardım etdi

Microsoft qeyri-kommersiya qurumlara 1 milyard dollarlıq yardım etdi

21-01-2016
Bakıda “Microsoft” İnnovasiya Günü keçiriləcək

Bakıda “Microsoft” İnnovasiya Günü keçiriləcək

06-03-2015
Microsoft Bakıda şirkətlər üçün təlim təşkil edib

Microsoft Bakıda şirkətlər üçün təlim təşkil edib

20-02-2017
Azexport portalı növbəti sərbəst satış sertifikatlarını təqdim edib

Azexport portalı növbəti sərbəst satış sertifikatlarını təqdim edib

18-06-2026
Microsoft  Bakıda növbəti seminar keçirib

Microsoft Bakıda növbəti seminar keçirib

03-04-2018
Azərbaycan Prezidenti “Microsoft” korporasiyasının baş vitse-prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti “Microsoft” korporasiyasının baş vitse-prezidenti ilə görüşüb

30-01-2009
Microsoft əməkdaşlıq müqaviləsi bağlayıb

Microsoft əməkdaşlıq müqaviləsi bağlayıb

18-07-2019
"GS1 Azerbaijan" məlumat bazası "Azexport"a inteqrasiya olunub

"GS1 Azerbaijan" məlumat bazası "Azexport"a inteqrasiya olunub

16-09-2025
“Azexport” Bolqarıstana ixrac üçün sərbəst satış sertifikatı təqdim edib

“Azexport” Bolqarıstana ixrac üçün sərbəst satış sertifikatı təqdim edib

17-06-2025
Microsoft şirkəti “Bakutel 2011” sərgisinin baş sponsorudur

Microsoft şirkəti “Bakutel 2011” sərgisinin baş sponsorudur

22-11-2011
İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub

İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub

29-06-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə