Previous Next
Bağla

Microsoft Bakıda növbəti seminar keçirib

03-04-2018 17:40
Microsoft  Bakıda növbəti seminar keçirib

Microsoft Azerbaijan şirkətinin təşkilatçılığı ilə Bakıda ali məktəblərin müəllim və inzibati heyəti üçün "Ali təhsilin rəqəmsal transformasiyası" mövzusunda seminar keçirilib.

 Xeberler.az bildirir ki, tədbirdə çıxış edən Microsoft Azerbaijan şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov qeyd edib ki, Microsoft-un Azərbaycan üzrə Milli Planının əsas komponentlərinə ölkədə innovasiya sahəsinin inkişafı, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyası daxildir.

 “Azərbaycanın təhsil sahəsinin nümayəndələri arasında rəqəmsal transformasiyaya böyük marağın olmasına baxmayaraq onun icra prosesi hələ də erkən mərhələdədir. Microsoft uğurlu rəqəmsal transformasiyanın dörd əsas açarını vurğulayır: tələbələrin cəlb edilməsi, müəllimlərə və tələbələrə dəstəyin göstərilməsi, təhsil müəssisələrinin optimallaşdırılması, tədris prosesinin transformasiyası. Tələbələrin cəlb olunması üçün təhsil müəssisələri rəqəmsal, interaktiv və fərdi məzmunları tətbiq etməlidir”, - deyə Emin Axundov bildirib.

Öz növbəsində tədbirdə çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı sözügedən təhsil ocağının rəqəmsal transformasiya təcrübəsi barədə danışıb, həmçinin qeyd edib ki, bu proses bir neçə qarşılıqlı mərhələlərdən ibarətdir və tək təhsilin məzmununa deyil, həm də onun təşkilinə toxunur. Ümumiyyətlə, tədris prosesi haqqında daha müfəssəl məlumatlara sahib olmaq imkanı, tələbələrin nailiyyətlərində və tədris proqramlarında əhəmiyyətli dəyişikliklərə gətirib çıxarır.

 “Bu gün əmək bazarı təhsil müəssisələrindən məzunları keyfiyyətcə fərqli hazırlanmasını tələb edir. Biz tələbə və müəllimlərin innovasiya ideyalarına böyük əhəmiyyət veririk və bununla da təhsilin transformasiya prosesinu dəstəkləyirik ki, gələcək nəsil yeni çağırışları daha hazırlıqlı qarşılasın", - deyə professor Mustafa Babanlı bildirib.

Seminar çərçivəsində Azure, Office 365, Imagine Academy, tələbərin sertifikatlaşdırılması və Microsoft-un təhsil sahəsində istofadə olunan bu kimi məhsul və xidmətləri təqdim olunub, həmçinin İT-infrastrukturun idarə edirlməsi və "ictimai bulud" xidmətlərinin iqtisadi səmərəliyi məsələlərinə toxunulub.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

04-01-2019
ADNSU Microsoft həllərindən istifadə edəcək

ADNSU Microsoft həllərindən istifadə edəcək

18-04-2018
Peşə Təhsil Mərkəzində Microsoft məhsullarının səmərəliliyindən danışılıb

Peşə Təhsil Mərkəzində Microsoft məhsullarının səmərəliliyindən danışılıb

24-12-2019
Microsoft yeni məhsullarını təqdim edir

Microsoft yeni məhsullarını təqdim edir

30-11-2016
Təhsil naziri "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb

Təhsil naziri "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb

19-05-2026
20 ali məktəb lisenziyalı “Microsoft” alətləri ilə təmin olunacaq

20 ali məktəb lisenziyalı “Microsoft” alətləri ilə təmin olunacaq

03-06-2026
Microsoft Bakıda proqramçılar üçün seminar keçirib

Microsoft Bakıda proqramçılar üçün seminar keçirib

24-04-2017
Azərbaycan “Microsoft” tərəfindən təşkil olunacaq konfransda təmsil olunacaq

Azərbaycan “Microsoft” tərəfindən təşkil olunacaq konfransda təmsil olunacaq

03-07-2009
Microsoft Texniki Universitet ilə əməkdaşlıq edəcək

Microsoft Texniki Universitet ilə əməkdaşlıq edəcək

12-10-2019
Rektor: “2 mindən çox tələbə İT ixtisaslar üzrə təhsil alır”

Rektor: “2 mindən çox tələbə İT ixtisaslar üzrə təhsil alır”

18-04-2018
İstək Liseyi Microsoft-un texnologiyasından istifadə edəcək

İstək Liseyi Microsoft-un texnologiyasından istifadə edəcək

07-06-2017
BANM tələbələri Microsoft sertifikatı  alıb

BANM tələbələri Microsoft sertifikatı alıb

19-04-2016
 Microsoft Azərbaycanın innovativ müəllimini seçib

Microsoft Azərbaycanın innovativ müəllimini seçib

14-04-2017
“İT mütəxəssisləri üçün Office 365” mövzusunda seminar keçiriləcək

“İT mütəxəssisləri üçün Office 365” mövzusunda seminar keçiriləcək

20-11-2013
Azərbaycan təhsilin rəqəmsal transformasiyası üzrə növbəti beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan təhsilin rəqəmsal transformasiyası üzrə növbəti beynəlxalq tədbirdə iştirak edib

24-05-2022
Imagine Cup müsabiqəsinin qalibləri elan ediləcək

Imagine Cup müsabiqəsinin qalibləri elan ediləcək

11-05-2018
Təhsil Nazirliyi və Microsoft İT tələbələri iş mühitinə hazırlayır

Təhsil Nazirliyi və Microsoft İT tələbələri iş mühitinə hazırlayır

10-06-2016
Azərbaycanda Microsoft IT Academy layihəsinə start verildi

Azərbaycanda Microsoft IT Academy layihəsinə start verildi

08-05-2012
Ali təhsil müəssisələri vahid platformada birləşəcək

Ali təhsil müəssisələri vahid platformada birləşəcək

21-08-2019
Azərbaycanda bu İT müsabiqəyə qeydiyyat başladı

Azərbaycanda bu İT müsabiqəyə qeydiyyat başladı

21-02-2018
Microsoft Azərbaycan universitetlərində laboratoriya açmaq istəyir

Microsoft Azərbaycan universitetlərində laboratoriya açmaq istəyir

12-12-2018
UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020
Microsoft Bakıda səhiyyə sektoru üçün seminar keçəcək

Microsoft Bakıda səhiyyə sektoru üçün seminar keçəcək

07-03-2017
“Blokçeyin ciddi problemlərin aradan qaldırılmasına imkan yaradır”

“Blokçeyin ciddi problemlərin aradan qaldırılmasına imkan yaradır”

15-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə