“Azexport.az”da yenilik: portal ölkədaxili çatdırılma xidmətini istifadəyə verib.

21-12-2023 / 11:33

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalında yeni xidmət istifadəyə verilib. Artıq portal üzərindən ölkədaxili çatdırılma xidmətindən istifadə etmək mümkündür. Yəni alıcılar “Azexport.az” portalında nümayiş olunan məhsulları onlayn olaraq ünvana sifariş edə bilərlər. Bunun üçün istifadəçilər portalda pərakəndə ticarət həyata keçirən və ölkədaxili sifarişləri qəbul edən istehsalçıların səhifələrinə keçid edərək, sifarişlərini rəsmiləşdirməlidirlər.

Bu xidmət istehlakçılara onlayn ticarətin üstünlüklərindən faydalanmağa imkan verir. Burada istehsalçılar istehsal etdikləri məhsulları portal vasitəsilə real alıcılara nümayiş etdirir, ödənişləri onlayn qaydada qəbul edir, həmçinin sifarişlərin alıcılara ölkədaxili çatdırılması xidmətindən istifadə edirlər. Sifarişlərin çatdırılma haqqı məhsulun çəkisindən və məsafədən asılı olaraq sistem tərəfindən avtomatik olaraq hesablanır. Sifariş olunan məhsullara görə isə portal tərəfindən komissiya haqqı nəzərdə tutulmur.

Qeyd edək ki, İİTKM tərəfindən yeni xidmətdən istifadə qaydalarına dair videoçarx hazırlanıb. Çarxla təqdim olunan link vasitəsilə tanış olmaq mümkündür: https://www.youtube.com/watch?v=qxwAi5hT4E4.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə