“Azexport” portalı ABŞ-nin Kaliforniya ştatından sifariş alıb

05-01-2026 / 17:28

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport” portalı 2026-cı il üçün ilk ixrac sifarişini Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatından qəbul edib.

Xeberler.az bildirir ki, “Azexport” portalının rəhbəri Ayxan Qədəşov və Kaliforniyada yerləşən ticarət şəbəkəsinin rəhbəri Aleks Alşvenq arasında keçirilən onlayn təqdimat və müzakirələr nəticəsində bu barədə razılıq əldə edilib.

Ayxan Qədəşov bildirib ki, sifarişlər əsasən Azərbaycanda istehsal edilən emal olunmuş məhsulları, şirniyyat və qənnadı məmulatlarını, eləcə də bəzi milli kulinariya məhsullarını əhatə edir. Hazırda qəbul olunmuş sifarişlər üzrə beynəlxalq sertifikatlaşdırma, ABŞ tələblərinə uyğun etiketləmə, logistika və gömrük prosedurlarının təşkili istiqamətində zəruri işlər həyata keçirilir. Bu proseslərin məqsədi Azərbaycan məhsullarının Kaliforniya bazarına sistemli və davamlı çıxışını daha da
möhkəmləndirməkdir.

Qeyd edək ki, “Azexport” portalı yerli istehsalçıların məhsullarının beynəlxalq alıcılara təqdim olunması, eləcə də onlayn platformalar vasitəsilə rəqəmsal reklam və marketinq kampaniyalarının həyata keçirilməsi üzrə fəaliyyət göstərir. Portalda qeydiyyat və təqdim olunan xidmətlər istehsalçılar üçün ödənişsizdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə