Bu ilin yanvar-avqust aylarında “Amazon” və “eBay” elektron ticarət platformalarında Azərbaycanın 40-dan çox çeşiddə yaradıcı mədəniyyət sənayesi məhsulu satışa çıxarılıb.
Xeberler.az bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, pilot layihə çərçivəsində hazırda nümayiş olunan məhsullara xarici alıcılar tərəfindən böyük maraq var. Bunu nəzərə alaraq, bu qəbildən olan məhsulların “Amazon” və “eBay” platformalarında sayının artırılması nəzərdə tutulur.
Bu məqsədlə sənətkarlıq işləri, milli suvenirlər, rəsm əsərləri, əl işləri və digər yaradıcı mədəniyyət sənayesi məhsulları istehsal edən fərdi sahibkarlar “Azexport” portalı ilə əməkdaşlıq əlaqələri qura bilərlər.
Qeyd edək ki, portal tərəfindən təqdim olunan xidmətə dair komissiya və ya əlavə ödəniş tələb olunmur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri