Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC “INMerge İnnovasiya Sammiti 2024”də stendlə çıxış edib.
Xeberler.az məlumat verir ki, 10-11 oktyabrda Bakı Konqres Mərkəzində keçirilən sammitdə iştirakçılara “AzInTelecom”un innovativ xidmət və məhsulları barədə məlumat verilib. Stenddə yerli və xarici şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib, potensial tərəfdaşlıqlar müzakirə olunub.
Tədbirdə “AzInTelecom”un İdarə Heyətinin sədri Elxan Əzizov “Biznes innovasiyalarının idarəedilməsi” panelində çıxış edib. E.Əzizov çıxışında “AzInTelecom”un kiçik və orta bizneslərin, eləcə də startapların rəqəmsal texnologiyalar və “bulud” xidmətlərindən istifadəsinə daim dəstək göstərdiyini bildirib.
Çıxışda qeyd edilib ki, “AzInTelecom”un yeni istifadəyə verilmiş ictimai “bulud” xidməti və “SİMA İmza” rəqəmsal həllinin dövlət-özəl tərəfdaşlığında geniş istifadəsi bu dəstəyin bir nümunəsidir.
Qeyd edək ki, hər il təşkil olunan “INMerge Sammit” regionun ən böyük innovasiya tədbiri hesab olunur. Tədbirin məqsədi Azərbaycanın və regionun aparıcı təşkilatlarını və dövlət qurumlarını korporativ innovasiyalar ətrafında toplamaqdır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri