Previous Next
Bağla

AzInTelecom universitetlərdə mərkəzləşdirilmiş İT idarəetmə sistemi yaradacaq

02-08-2019 13:23
AzInTelecom universitetlərdə mərkəzləşdirilmiş İT idarəetmə sistemi yaradacaq

Xeberler.az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) ölkədə əqli mülkiyyət hüquqlarının qorunması və innovasiya ekosisteminin inkişaf etdirilməsi məqsədilə “Microsoft” şirkəti ilə əməkdaşlıq edir. “AzInTelecom” MMC “Microsoft”la imzaladığı saziş çərçivəsində operator qismində bu sahədə fəaliyyət göstərir. İlk mərhələdə ali təhsil müəssisələrinə lisenziyaların paylanması nəzərdə tutulur. Bu məqsədlə ali məktəblər üçün təşkil olunan tədbirdə ölkəmizin bir çox təhsil ocaqlarının İT mütəxəssisləri iştirak ediblər. Tədbir zamanı təhsilə aid məhsullar barədə ətraflı məlumat verilib, sual-cavab sessiyası keçirilib.

Qeyd edək ki, “AzInTelecom” tərəfindən ödənişsiz təqdim edilən bu lisenziyalardan istifadə ali təhsil müəssisələrində İT sistemlərinin mərkəzləşdirilmiş qaydada idarə edilməsinə şərait yaradacaq. Təhsil müəssisələrinin lisenziyalaşdırılması tələbə və müəllimləri lisenziyalarla təmin etməyə imkan verəcək. Hazırda tələbələr “www.edulicense.az” saytına daxil olaraq rahat şəkildə qeydiyyatdan keçib lisenziyanı heç bir ödəniş etmədən əldə edə bilərlər. Bu da ümumilikdə ölkə üzrə piratçılıq səviyyəsinin azalmasına gətirib çıxaracaq. Sözügedən saziş çərçivəsində təkcə ali təhsil müəssisələrində deyil, həm də dövlət sektorunda lisenziyaların verilməsi işləri davam etdirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Microsoft lisenziyalarının verilməsi davam etdirilir

09-08-2019

Ödənişsiz Microsoft lisenziyaları veriləcək

05-08-2019

Lisenziyalı proqramların alınması üçün saziş imzalandı

12-07-2018

Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

04-01-2019

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30-09-2020

ADNSU Microsoft həllərindən istifadə edəcək

18-04-2018

Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi

12-04-2016

"Microsoft": Azərbaycanda piratçılıq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb

10-06-2020

Təhsil Nazirliyi universitetlərə məsafədən tədrislə bağlı təklif verib

18-03-2020

“AzInTelecom” lisenziyaların alınmasına 5 milyon manatdan artıq pul xərcləyəcək

22-08-2023

Təhsil Nazirliyi və Microsoft İT tələbələri iş mühitinə hazırlayır

10-06-2016

“İnkubasiya və innovasiya mərkəzlərinin beynəlxalq sertifikatlaşması” proqramına start verilib

18-11-2020

"mygov"a yeni təhsil xidmətləri inteqrasiya edilib

14-05-2026

İranın ali təhsil müəssisələrində dərslər onlayn keçiriləcək

07-03-2026

“AzInTelecom”dan Azərbaycanda bir ilk

16-02-2023

350 azərbaycanlı tələbə İT ixtisasları üzrə dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil alır

13-09-2018

“AzInTelecom” Elm və Təhsil Nazirliyinə İT audit və Kibertəhlükəsizlik üzrə konsultinq xidməti göstərib

31-01-2023

2027–2030-cu illərdə elm və ali təhsilin strateji hədəfləri müzakirə olunub

06-10-2025

İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində laboratoriya yaradılacaq

29-10-2018

AzInTelecom Bakutel sərgisində yeni məhsullar təqdim edib

08-12-2018

Nazir Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini ilə görüşüb

25-11-2025

Azərbaycan “Microsoft” tərəfindən təşkil olunacaq konfransda təmsil olunacaq

03-07-2009

Nar-dan tələbələrə təqaüd proqramı

22-09-2018

Boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

20-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə