Previous Next
Bağla

azstand.gov.az saytın monitorinqinin yekunu (İCMAL)

17-02-2011 21:59
azstand.gov.az saytın monitorinqinin yekunu (İCMAL)

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin www.azstand.gov.az domen adlı internet resursu özünün görüntü və funksionallığı baxımından müsbət xarakterizə edilə bilər.

Xəbərlər-in verdiyi məlumata görə, saytın istifadəsi rahatdır. Üstəlik sahəyə aid gərəkli informasiyalar yetərincədir. Ancaq bu heç də o demək deyil ki, sayt tam olaraq mükəmməl dəyərləndirilə bilər. Saytda əlbəttə ki, xeyli informasiya çatışmazlığı da var. Ümumi mənzərə isə aşağıdakı kimidir.

1. Qurum haqqında bilgilər demək olar ki, tamdır. Yalnız çatışmayan quruma indiki rəhbərə qədər başçılıq etmiş şəxslər haqqında bilgidir. Hazırkı sədrin isə bioqrafik bilgiləri tam və əhatəli şəkildə təqdim edilib.

2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, bir adi və bir qaynar xətt telefon və faks nömrəsi, e-poçt ünvanından başqa heç bir vasitə göstərilməyib. Qurumun ünvanının marşrut və sxemi, həmçinin ora gəlmək üçün ictimai nəqliyyat haqqında bilgi də təqdim edilmir.

3. Qurumun struktur vahidləri haqqında bilgi verilsə də onun sxemi yoxdur. Struktur bölmələrinin rəhbərlərinin adları və bioqrafiyaları verilir. Ancaq onların ünvanları və əlaqə vasitələri haqqında bilgi yoxdur. Həm də səlahiyyət çərçivələri haqqında heç bir məlumat təqdim edilmir.

4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilərə tam demək olardı. Yalnız müavinlər haqqında belə bilgilərin olmaması bunun qarşısını alır. Həm də rəhbərlə əks əlaqə imkanları haqqında heç bir bilgi verilmir. Həmçinin ayrı-ayrı rəhbər şəxslərlə əlaqə üçün imkanlar da təqdim edilmir.

5. Cari informasiyalar məsələsində sayt normal hesab edilə bilər. Mətbuat üçün açıqlamalar, hər cür başqa cari informasiya təqdim edilir. Yalnız qurumdaxili əmr və sərəncamlar, onların reyestri və qurumun icra etdiyi proqram və layihələr haqqında bilgi verilmir.

6. Ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bilgi yoxdur.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgi və onlardan istifadə üsulları təqdim edilir. Yalnız əlavə pullu xidmətlər və onlardan istifadə üsulları haqqında bilgi yoxdur.

8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilər çox kasaddır. Burada yalnız boş iş yerləri haqqında elanlar öz əksini tapıb.

9. Sahə işçilərinin əmək haqları barədə bilgi verilmir.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında hər hansı bilgi verilmir.

11. Təəssüf ki, tender və yarışmalar haqqında da hər hansı bilgi verilmir.

12. daha bir boş bölmə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.

13. Saytın texniki imkanları yetərli sayıla biləcək həddədir. Ancaq təhlükəli məhsulla bağlı onlayn müraciət forması təqdim edilir. Abunə imkanı isə təklif edilmir.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli Televiziya və Radio Şurasının İnternet saytının monitorinqinin nəticələri

29-05-2009

Nəsimi bələdiyyəsinin rəsmi internet saytının monitorinqinin nəticələri

08-04-2009

Bərdə şəhər bələdiyyəsinin rəsmi internet saytının monitorinqinin nəticələri

30-03-2009

Azərbaycan Dillər Universitetində virtual çatışmazlıq

11-01-2013

Sumqayıt bələdiyyəsinin saytının monitorinqinin nəticələri

16-12-2009

Google Squared xidmətinin üstünlüyü nədir?

06-06-2009

Sumqayıtın internet resursları: hər şey qaydasındadırmı?

10-03-2009

Azərbaycan Jurnalistlər Birliyinin saytı istifadəyə verilib

23-04-2009

Google Glass yeni ortağıyla çalışacaq

03-05-2015

160 simvolla iş müraciəti

18-07-2009

X Türkiyədə 700-dən çox hesabın bloklanmasının qarşısını alıb

25-03-2025

Kərim Məsimovun blogu

12-01-2009

İraqda ABŞ əsgərləri bir əlində silah, bir əlində iPod tutur

08-05-2009

“Bakı Metropoliten”QSC-nin saytı yenilənib

02-06-2015

Nazirliyin yeni saytında hansı problemlər var?

22-05-2018

Oktyabrın 20-sində hansı hadisə baş verəcək?

16-10-2010

Gənc Tamaşaçılar Teatrının yeni rəsmi saytı açılacaq

12-02-2011

İnzibati xəta haqqında məlumatlandırılma qaydası müəyyənləşir

20-05-2025

Məhkumluq haqqında arayışı ƏMAS-dən əldə etmək mümkündür

29-11-2024

Dövlət məmurlarını şəbəkə saxtakarlığından necə qorumalı?

01-04-2013

ASAN xidmət-in saytı yeniləndi

25-07-2017

Ən axsaq yerimiz səhiyyə sistemidir

19-12-2020

Milli saytlarımızı tanıyaq və faydalanaq

09-07-2015

Təhsil Nazirliyinin internet saytının yeni təkmilləşdirilmiş versiyası istifadəyə verilib

26-11-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə