Previous Next
Bağla

Nazirliyin yeni saytında hansı problemlər var?

22-05-2018 16:37
Nazirliyin yeni saytında hansı problemlər var?

Məlumat verdiyimiz kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) yeni saytı təqdim edilib.

Qurumun yeni saytı ekspertlər arasında birmənalı qarşılanmayıb.

Belə ki, uzun müddətdir üzərində işlər aparılan saytda istifadəçi rahatlığı ilə bağlı bəzi problemlər müşahidə edilir.

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz də Xeberler.az-a bildirib ki, son günlər NRYTN-nin yenilənmiş rəsmi saytına bir neçə dəfə müraciət edib, lakin vacib məlumatları operativ əldə edə bilməyib:

“Saytın dizaynı, strukturu xeyli təkmilləşsə də, ictimai əhəmiyyətli məlumatları tapmaq çətinləşib. Daha doğrusu, belə məlumatlar resursda çox azdır, daha çox statistik, bəsit məlumatlar yerləşdirilib.  Hansı ki qanunvericiliyin tələblərinə görə ictimai əhəmiyyətli bütün məlumatlar kiminsə sorğu etməsindən asılı olmayaraq məcburən açıqlanmalıdır”.

O deyib ki, cavib məlumatları saytda axtarasa da, tapa bilməyib:

“Son zamanlarda bu resursdan Müstəqil Tənzimləyici qurumun yaradılması məqsədilə 2017-ci ildə formalaşmalı olan İşçi Qrup və onun fəaliyyəti haqqında, mobil operatorlarla bağlanmalı olan yeni müqavilə forması və qaydaları haqqında, Baktelecom və Aztelekom –un özəlləşdirilməsi haqqında, Kabel-kanal sistemindən istifadə qaydalarının hazırlanmsı haqqında məlumatları əldə etmək istəsəm də, məlumatlar tapılmayıb. Hətta elə ictmai əhəmiyyətli məlumatlar var ki onlar saytın köhnə versiyasında əlçatan idi , amma nədənsə həmin məlumatları yeni versiyada tapmaq mümkün olmur”.

Osman Gündüzün sözlərinə görə, qısa nömrələrin verilməsi qaydaları ilə bağlı əvvəllər mövcud olan informasiyalar saytdan götürülüb.

“Ölkədə fəaliyyət göstərən müxtəlif hüquqi və fiziki şəxslər, operatorlar, provayderlər, taksi şirkətləri, ayrı-ayrı dövlət və özəl xidmətlər müxtəlif məqsədlər üçün 3 və 4 rəqəmli prefikslər( qısa nömrələr) əldə edirlər. Bunlar necə əldə olunur ? Hazırda bu informasiyanın olduğu əvvəlki link aktiv deyil, qısa nömrələrin verilməsi qaydaları ilə bağlı əvvəllər mövcud olan informasiyalar saytdan götürülüb. Düşünürəm ki Nazirliyin müvafiq qurumları İnformasiya əldə edilməsi haqqında qanunun tələblərinə uyğun olaraq açıqlanması vacib olan məlumatların saytda yerləşdirilməsinə diqqəti artırmalıdırlar”.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert:qısa nömrələr kimlərdədir ?

02-06-2022

Qısa telefon nömrələri necə verilir ?

04-05-2015

Nazirliyin yeni saytı nə vaxt istifadəyə veriləcək?

04-05-2018

“Mobil xidmətlərin keyfiyyəti ilə bağlı monitorinqlərin nəticələri açıqlanmalıdır”

15-07-2015

Nazirlik yeni saytını təqdim edib

17-05-2018

İnformatikanın ləğvi ilə bağlı Təhsil nazirinin əmri saytdan nə üçün silinib?

05-08-2015

Ekspert:Azərbaycanla bağlı daha bir gözlənilən baş verib

10-05-2022

Antiinhisar qurumu NRYTN üçün məcburi olan qərar qəbul edib

02-08-2019

Ölkəmizdə neçə provayder internet xidməti göstərir?

23-01-2023

Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

27-01-2020

“Azdrama”nın yeni saytı fəaliyyətə başlayacaq

27-01-2011

“Gəncə”nin internet saytı yaradıldı

15-09-2010

Dövlət Sosial Müdafiə Fondunun saytı təkmilləşdirilib

11-03-2009

“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

02-11-2016

ADY yenilənmiş korporativ veb-saytını təqdim edib

06-11-2024

ASAN xidmət-in saytı yeniləndi

25-07-2017

Kabel-kanal sistemindən istifadə qaydaları gündəmdədir

13-07-2018

Virtual tibb bələdçilərimiz

27-05-2015

Rusiyada Vahid Dövlət Xidmətləri Portalı fəaliyyət göstərəcək

15-12-2009

Azərbaycan Dillər Universitetində virtual çatışmazlıq

11-01-2013

Ekspert: “Seçkilərlə bağlı saytda qüsurlar var”

27-03-2018

“Bakı Metropoliten”QSC-nin saytı yenilənib

02-06-2015

Ekspert: Daha çox hansı mobil operatordan imtina edilib?

10-01-2025

Bərdə şəhər bələdiyyəsinin rəsmi internet saytının monitorinqinin nəticələri

30-03-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə