2023-cü il ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarına etibarlı və dayanıqlı məlumat mübadiləsi üçün qurulmuş “AzStateNet” şəbəkəsinin genişləndirilməsi məqsədilə ölkə üzrə ümümilikdə 550 km-ə yaxın fiber-optik kabel çəkilişi aparılmışdır.
Respublikamızın regionları üzrə istifadəyə verilmiş 300 km-ə yaxın optik kabelin 130 km-dən çoxu yalnız Qarabağ regionu üzrə bu şəbəkədə dövlət qurumlarının etibarlı məlumat mübadiləsi üçün çəkilmişdir.
Bakı şəhəri və Abşeron yarımadasında isə “AzStateNet” şəbəkəsi üzrə əlavə 250 km-ə yaxın fiber-optik kabelin çəkilişi həyata keçirilmişdir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən qurulan “AzStateNet” şəbəkəsi üzərindən dövlət qurumlarına xüsusi təyinatlı rabitə xidmətləri ilə yanaşı telekommunikasiya kanallarının ayrılması, İnternet, Data və digər xidmətlər də göstərilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri