“Aztelekom”un Şuşada filialı açılıb

07-01-2022 / 12:16

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-də növbəti struktur islahatı aparılıb.

Xeberler.az Report-a istinadən məlumat verir ki, qurumun azad edilmiş ərazilərdə ilk filialı olan “Şuşa” filialı fəaliyyətə başlayıb. Hələlik filial rəhbərliyinə təyinat yoxdur.

Bununla da qurumun filiallarının sayı 6-ya çatdırılıb.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq fakt təsdiq edilib.

Qeyd edək ki, bundan öncə şirkətin "Cənub Şirvan", "Şimal-Qərb", "Şimal-Şərq", "Aran" və "Dağlıq Şirvan" regional filialları yaradılıb.

Xatırladaq ki, "Aztelekom"da struktur islahatları “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Prezident İlham Əliyevin 27 aprel 2021-ci il tarixli Fərmanına uyğun olaraq aparılır. Filialların sayının 8-ə çatdırılması nəzərdə tutulur.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.