AzTU-da “AI-MED LAB” laboratoriyasının açılışı olub

08-04-2025 / 15:23

Azərbaycan Texniki Universitetində (AzTU) “AI-MED LAB” laboratoriyasının açılış mərasimi keçirilib.

Xeberler.az məlumat verir ki, tədbir AzTU-da keçirilən AI - Baku 2025: Süni İntellekt və Biotibbi İnnovasiyalar üzrə Azərbaycan-Almaniya Strateji Tərəfdaşlıq Forumu çərçivəsində təşkil olunub.

Forum Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” çərçivəsində müəyyən edilmiş prioritet hədəflərə uyğun olaraq təşkil edilən ilk beynəlxalq tədbirdir.

Açılışda Almaniyadan gələn mütəxəssislər, şirkət nümayəndələri, həmçinin AzTU-nun professor-müəllim heyəti iştirak edib.

Tibb elmləri doktoru, Almaniyanın Troisdorf şəhərində Radiologiya, Nuklear Tibb və Neyroradiologiya Klinikasının rəhbəri, Köln Universitetinin əməkdaşı və AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun direktoru, professor Nuran Abdullayev laboratoriyanın fəaliyyəti barədə məlumat verib.

Qeyd olunub ki, AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun nəzdində yaradılan “AI-MED LAB”ın məqsədi Azərbaycanı beynəlxalq səviyyədə təmsil etməkdir. Burada biotibbi mühəndislik sahəsində ən müasir problemlərin süni intellekt alqoritmləri ilə həllinə yönəlmiş qabaqcıl elmi-tədqiqat işləri aparılacaq.

Eyni zamanda, laboratoriyada qan-damar sistemində trombların yeni texnoloji sistemlər vasitəsilə aradan qaldırılması üsulları master-klas vasitəsilə təqdim olunub. Bu, təkcə milli səhiyyəmiz üçün deyil, həmçinin beynəlxalq səviyyədə elmi innovasiyalara və müasir tibbin inkişafına mühüm töhfədir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə