Previous Next
Bağla

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

02-10-2026 20:34
“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Bakı Ekspo Mərkəzində “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində “Süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər: məlumatların idarə edilməsi və kiberdayanıqlılıq” mövzusunda innovasiya sessiyası keçirilib.

Xeberler.az bildirir ki, AzTU-nun Kibertəhlükəsizlik və Müdafiə Texnologiyaları İnstitutunun direktoru, dosent Rahid Ələkbərlinin moderatorluğu ilə təşkil olunan sessiyada Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin rəisi Murad Balayev, İqtisadiyyat Nazirliyinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin layihə rəhbəri Tural Nağıyev, AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun böyük elmi işçisi Cavid Abbaslı, “Azərkosmos”un CİS Mərkəzinin Süni İntellekt bölməsinin rəhbəri Həmid Əskərov, “EUROMED” regionunda tərəfdaş şəbəkəsinin idarə edilməsi üzrə senior direktor Alper Soysal və “MegaSec” MMC-nin direktoru Qabil Qasımov iştirak ediblər.

Müzakirələr zamanı süni intellektin tənzimlənməsi, məlumatların idarə edilməsi, kibertəhlükəsizlik və təhlükəsiz rəqəmsal sistemlərin dayanıqlılığı ilə bağlı aktual məsələlər diqqət mərkəzində olub.

Sessiyanın əsas müzakirə mövzuları sırasında milli səviyyədə süni intellekt əsaslı monitorinq sistemləri və Milli CERT-in rolu, real vaxt rejimində qərar qəbuletmə ilə məlumatların qorunması arasında balans, tibbi süni intellekt standartlarının kritik infrastruktura tətbiqi, peyk görüntülərinin superrezolyusiya imkanları, rəqəmsal əkiz (Digital Twin) məlumatlarının idarə edilməsi və əqli mülkiyyətin qorunması, həmçinin kibertəhlükəsizlik üzrə ekspertizanın inkişafı və Azərbaycan dilində süni intellekt modellərinin yaradılması məsələləri yer alıb.

Müzakirələr zamanı süni intellekt sahəsində idarəetmənin lokallaşdırılması, kiberdayanıqlılığın biznes davamlılığı ilə əlaqələndirilməsi və rəqəmsal təchizat zəncirində məlumat suverenliyi məsələlərinin aktuallığı vurğulanıb.

Bununla yanaşı, texnoloji transformasiyanın və müasir texnoloji trendlərin universitetlərlə əməkdaşlıq çərçivəsində tətbiqi, eləcə də uğurlu təcrübələrin innovasiya ekosisteminə inteqrasiyasının əhəmiyyəti diqqətə çatdırılıb.

Sessiya çərçivəsində milli süni intellekt idarəçiliyi, kibermüdafiə və məlumat suverenliyi ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Müdafiə sektorunda kibertəhlükəsizliyin aktual istiqamətləri müzakirə edilib

Müdafiə sektorunda kibertəhlükəsizliyin aktual istiqamətləri müzakirə edilib

02-10-2026
"Kibertəhlükəsizlik sahəsində süni intellekt" adlı seminar keçirilib

"Kibertəhlükəsizlik sahəsində süni intellekt" adlı seminar keçirilib

26-11-2025
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026
ETX əməkdaşı beynəlxalq seminarda iştirak edib

ETX əməkdaşı beynəlxalq seminarda iştirak edib

01-12-2025
Yaponiya nümayəndə heyəti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub

Yaponiya nümayəndə heyəti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub

04-03-2026
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026
XRİTDX nümayəndələri Milli Müdafiə Universitetində elmi seminarda çıxış edib

XRİTDX nümayəndələri Milli Müdafiə Universitetində elmi seminarda çıxış edib

27-04-2026
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi beynəlxalq tədbirlərdə iştirak edib

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi beynəlxalq tədbirlərdə iştirak edib

23-06-2026
“Youth Cyber Forum” keçirilib

“Youth Cyber Forum” keçirilib

25-02-2026
"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

06-06-2026
Azərbaycan kibertəhlükəsizliyə dair beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan kibertəhlükəsizliyə dair beynəlxalq tədbirdə təmsil olunub

29-01-2026
II Beynəlxalq “Caspian Innovation Forum”u keçirilib

II Beynəlxalq “Caspian Innovation Forum”u keçirilib

04-12-2025
AzTU-nun təşəbbüsü ilə “ADEX-2024” sərgisində panel müzakirə keçirilib

AzTU-nun təşəbbüsü ilə “ADEX-2024” sərgisində panel müzakirə keçirilib

26-09-2024
İlqar Musayev: Süni intellekt kibermüdafiyə strategiyamızı gücləndirmək imkanı verir

İlqar Musayev: Süni intellekt kibermüdafiyə strategiyamızı gücləndirmək imkanı verir

15-10-2024
XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

25-04-2025
Sinqapurun rəqəmsal inkişaf təcrübəsi araşdırılıb

Sinqapurun rəqəmsal inkişaf təcrübəsi araşdırılıb

16-04-2025
BDU Pakistanın Süni İntellekt və Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlığa başlayır

BDU Pakistanın Süni İntellekt və Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlığa başlayır

28-11-2025
“Kibercinayətkarlar üçün yeni oyun meydançası” panel sessiyası keçirilib

“Kibercinayətkarlar üçün yeni oyun meydançası” panel sessiyası keçirilib

10-10-2025
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

21-05-2026
Dövlət Xidmətinin əməkdaşı Avstriyada beynəlxalq konfransda iştirak edib

Dövlət Xidmətinin əməkdaşı Avstriyada beynəlxalq konfransda iştirak edib

14-05-2026
Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” təlimləri keçirilib

Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” təlimləri keçirilib

25-02-2026
XRİTDX beynəlxalq konfransda iştirak edib

XRİTDX beynəlxalq konfransda iştirak edib

30-10-2024
Uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması ilə bağlı ictimai dinləmə keçirilib

Uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması ilə bağlı ictimai dinləmə keçirilib

09-07-2026
Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib

Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib

18-06-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə