Previous Next
Bağla

AzTU-da İnnovasiya və Dayanıqlılıq Laboratoriyası istifadəyə verilib

01-12-2025 20:30
AzTU-da İnnovasiya və Dayanıqlılıq Laboratoriyası istifadəyə verilib

Azərbaycan Texniki Universiteti (AzTU) və “Dithari Technologies” şirkətinin əməkdaşlığı çərçivəsində universitetdə DISC (Digital Innovation, Sustainability & Circularity) İnnovasiya və Dayanıqlılıq Laboratoriyası fəaliyyətə başlayıb.

Xeberler.az bildirir ki, məqsəd rəqəmsal innovasiya, dairəvi iqtisadiyyat və dayanıqlı İT sahələrini inkişaf etdirmək, həmçinin tələbələr, müəllim heyəti və geniş ictimaiyyət üçün bu istiqamətlərdə əlçatan və açıq praktiki mühit formalaşdırmaqdır.

Yeni laboratoriya elektron tullantıların azaldılması, İT avadanlıqlarının bərpası və təkrar istifadəsi, yaşıl texnologiyalar və dayanıqlı istehsal modelləri üzrə tədris və tədqiqat imkanı yaradır. DISC laboratoriyası AzTU tələbələri və əməkdaşları ilə yanaşı, bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislərin və sözügedən sahəyə marağı olan şəxslərin də istifadə edə biləcəyi açıq platforma rolunu oynayacaq.

Laboratoriyanın açılış mərasimində qeyd olunub ki, laboratoriyanın istifadəyə verilməsi universitetdə dayanıqlı inkişaf və rəqəmsal transformasiya strategiyasını gücləndirir, tələbələrin praktiki bacarıqlarını artırır və sənaye ilə akademiyanın əməkdaşlığını genişləndirir. Bu təşəbbüsün ölkədə ekoloji məsuliyyətli innovasiyaların inkişafına töhfə verəcəyi vurğulanıb.

Laboratoriyada elektron tullantıların təkrar emalı və avadanlıqların bərpası üzrə praktiki təlimlər, dairəvi İT və dayanıqlı texnologiyalar üzrə tədris və tədqiqat layihələri, tələbə və startap komandaları üçün innovasiya və inkubasiya dəstəyi, sənaye tərəfdaşları ilə birgə pilot layihələr və seminarlar, sahə üzrə mütəxəssislər və ictimaiyyət üçün tematik görüş və təlimlər həyata keçiriləcək.

Qeyd edək ki, DISC laboratoriyasının fəaliyyəti BMT Dayanıqlı İnkişaf Məqsədlərinin bir sıra bəndlərinə uyğundur:

SDG 4 – Keyfiyyətli Təhsil: Tələbələr üçün innovativ tədris və praktiki məşğələlər.

SDG 9 – Sənaye, İnnovasiya və İnfrastruktur: Yeni texnoloji həllərin işlənməsi və tətbiqi.

SDG 12 – Məsuliyyətli İstehlak və İstehsal: Elektron tullantıların azaldılması və dairəvi İT modelləri.

SDG 13 – İqlim Dəyişikliyi ilə Mübarizə: Yaşıl yanaşmaların və ekoloji məsuliyyətin təşviqi.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AzTU-da DISC laboratoriyası fəaliyyətə başlayıb

AzTU-da DISC laboratoriyası fəaliyyətə başlayıb

04-12-2025
"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

11-11-2024
Nar tələbələr üçün xüsusi mükafat təsis edib

Nar tələbələr üçün xüsusi mükafat təsis edib

13-10-2016
Azərbaycan Texniki Universiteti növbəti dəfə ilkə imza atıb.

Azərbaycan Texniki Universiteti növbəti dəfə ilkə imza atıb.

24-04-2024
Nar ən yaxşı tələbələri mükafatlandırıb

Nar ən yaxşı tələbələri mükafatlandırıb

26-02-2018
Rəqəmsal innovasiya və iqlimə dayanıqlı mənzil modelləri müzakirə olunur

Rəqəmsal innovasiya və iqlimə dayanıqlı mənzil modelləri müzakirə olunur

22-05-2026
 Nokia-nın müasir avadanlıqlarla təchiz etdiyi laboratoriya fəaliyyətə başlayır

Nokia-nın müasir avadanlıqlarla təchiz etdiyi laboratoriya fəaliyyətə başlayır

14-12-2022
Süni İntellektlə bağlı panel müzakirəsi təşkil olunacaq

Süni İntellektlə bağlı panel müzakirəsi təşkil olunacaq

15-11-2024
Nar tələbələri mükafatlandırıb-Foto

Nar tələbələri mükafatlandırıb-Foto

07-02-2017
Nar tələbələr üçün təlim təşkil edib-Foto

Nar tələbələr üçün təlim təşkil edib-Foto

19-05-2017
İqtisadiyyat Nazirliyi Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan edib

İqtisadiyyat Nazirliyi Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan edib

06-05-2019
Rəqəmsal Sənəd Dövriyyəsi BMT-nin beynəlxalq mükafatında ölkəmizi təmsil edib

Rəqəmsal Sənəd Dövriyyəsi BMT-nin beynəlxalq mükafatında ölkəmizi təmsil edib

25-09-2024
“Hər bir tələbə e-imza laboratoriyasından istifadə edə biləcək”

“Hər bir tələbə e-imza laboratoriyasından istifadə edə biləcək”

21-08-2015
“Nokia” AzTU-da laboratoriya açacaq

“Nokia” AzTU-da laboratoriya açacaq

04-04-2023
Nar AzTU-da tələbələr üçün mobil rabitə təlimi təşkil etdi

Nar AzTU-da tələbələr üçün mobil rabitə təlimi təşkil etdi

01-11-2018
AzTU İnkubasiya Mərkəzinin infosessiyası keçirilib

AzTU İnkubasiya Mərkəzinin infosessiyası keçirilib

13-03-2026
Yaşıl hesablamalar: davamlı gələcək üçün innovasiyalar adlı seminar keçirilib

Yaşıl hesablamalar: davamlı gələcək üçün innovasiyalar adlı seminar keçirilib

18-12-2024
Yaşıl Rəqəmsal Fəaliyyətin yüksəksəviyyəli açılış sessiyası keçirilib

Yaşıl Rəqəmsal Fəaliyyətin yüksəksəviyyəli açılış sessiyası keçirilib

14-11-2024
AzTU-da İnkubasiya Mərkəzinin açılışı olub

AzTU-da İnkubasiya Mərkəzinin açılışı olub

29-10-2025
“Təmiz Şəhər” rəsmi internet səhifəsini istifadəyə verib

“Təmiz Şəhər” rəsmi internet səhifəsini istifadəyə verib

05-03-2013
“Azərpoçt” Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə poçt markası hazırlayıb

“Azərpoçt” Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə poçt markası hazırlayıb

05-06-2026
Nar tələbələri mükafatlandırıb

Nar tələbələri mükafatlandırıb

07-07-2017
Azərbaycan Qlobal Dayanıqlı Nəqliyyat Forumunda təmsil olunub

Azərbaycan Qlobal Dayanıqlı Nəqliyyat Forumunda təmsil olunub

07-07-2025
Nar  fərqlənən tələbələri mükafatlandırdı

Nar fərqlənən tələbələri mükafatlandırdı

28-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə