Azərbaycan Texniki Universitetində (AzTU) Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) elan etdiyi “TUSAŞ Lift Up” – sənayeyönümlü buraxılış (məzun) layihələri müsabiqəsinin 2026–2027-ci tədris ili üzrə imkanları ilə bağlı təqdimat keçirilib.
Xeberler.az bildirir ki, bu barədə AzTU-dan məlumat verilib.
Təqdimatda qeyd olunub ki, “LIFT UP” proqramı sonuncu kursda təhsil alan bakalavr tələbələrinə TUSAŞ-ın fəaliyyət istiqamətləri çərçivəsində sənaye yönümlü buraxılış layihələri həyata keçirmək imkanı yaradır. Proqram tələbələrin akademik biliklərini real sənaye problemlərinin həllinə tətbiq etməsinə, müasir mühəndislik metod və texnologiyaları ilə işləməsinə, habelə aviasiya və aerokosmik sənayenin tələbləri ilə yaxından tanış olmasına şərait yaradır.
Bildirilib ki, layihələr tələbələrin akademik rəhbərləri ilə yanaşı, TUSAŞ tərəfindən təyin olunan sənaye mentorlarının rəhbərliyi altında həyata keçirilir. Tələbələr TUSAŞ-ın müxtəlif məhsul qrupları tərəfindən təqdim olunan real sənaye və mühəndislik problemləri əsasında hazırlanmış layihələr üzərində çalışırlar.
Proqram çərçivəsində layihə mövzuları “Helicopter”, “Aircraft”, “UAV”, “Structural”, “Manufacturing” və “Space” istiqamətlərini əhatə edir.
2026-2027-ci tədris ili üzrə layihələrin xüsusiyyətlərindən və tələblərindən asılı olaraq iştirakçılara 50 000–200 000 TL intervalında maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur.
Müraciətlər TUSAŞ-ın “LIFT UP” platforması vasitəsilə oktyabrın 18-dək qəbul edilir.
Layihə işinin koordinasiyasını AzTU-nun Ömürboyu Öyrənmə Mərkəzi və ixtisas kafedraları həyata keçirir.
Proqramla bağlı ətraflı məlumatla TUSAŞ LIFT UP platformasında və rəsmi məlumat səhifəsində tanış olmaq mümkündür.

























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları