Previous Next
Bağla

AzTU-nun rektoru Türkiyədə səfərdə olub

26-01-2023 23:44
AzTU-nun rektoru Türkiyədə səfərdə olub

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul, Qebze və Çorum şəhərlərinə səfər edib. Səfər çərçivəsində AzTU nümayəndə heyəti Boğaziçi, İstanbul Texniki, Hitit universitetlərində, həmçinin TÜBİTAK BİLGEM, Bilişim Vadisi və SAHA İstanbulda (SAHA İstanbul Müdafiə Aerokosmik Klasteri) bir sıra görüşlər keçirib.

Boğaziçi Universitetində rektor Mehmet Naci İnci və universitetin nümayəndə heyəti ilə görüş zamanı birgə beynəlxalq konfransların təşkili, informasiya texnologiyaları və iqtisadi sahələrdə tədqiqatların həyata keçirilməsi müzakirə olunub. Tərəflər 2023-cü ilin üçüncü rübündə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi və Boğaziçi Universitetinin 160 illiyinə həsr olunacaq beynəlxalq konfransların keçirilməsi barədə razılığa gəliblər.

İstanbul Texniki Universitetinin (İTÜ) rektoru İsmayıl Koyuncu və universitetin nümayəndə heyəti ilə görüşdə enerji, logistika, qabaqcıl nəqliyyat texnologiyaları, elmi nəşrlər və birgə tədris mövzularında, həmçinin AzTU müəllimlərinin İTÜ-yə təcrübəyə göndərilməsi ilə bağlı müzakirələr aparılıb. Bundan başqa, 26-28 aprel 2023-cü il tarixlərində Özbəkistanın Səmərqənd şəhərində İTÜ, AzTU və Daşkənd Dövlət Nəqliyyat Universiteti tərəfindən keçiriləcək seminarla bağlı ilkin hazırlıqlar, həmçinin hər üç universitet tərəfindən nəqliyyat və logistika sahəsində yaradılacaq ortaq mərkəz barədə fikir mübadiləsi aparılıb.

TÜBİTAK BİLGEM-in rəhbəri Ali Görçin və əməkdaşlarla görüş zamanı BİLGEM-in kibertəhlükəsizlik sahəsində tədris təcrübəsinin öyrənilməsi, bu istiqamətdə AzTU-da oxşar laboratoriyanın yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə 2023-cü ildə AzTU tələbələrinin kibertəhlükəsizlik istiqamətində BİLGEM-də təlimə göndərilməsi imkanları da qeyd olunub. Eyni zamanda, BİLGEM-in kibertəhlükəsizlik sahəsində tədqiqat təcrübəsindən də AzTU müəllimlərinin faydalanması ilə bağlı müzakirələr aparılıb. 

Bilişim Vadisinin baş direktoru Ahmet Serdar İbrahimcioğlu ilə görüşdə AzTU-da texnopark qismində “Bilişim Vadisi Bakı Mərkəzi”nin yaradılması ilə bağlı vəziyyət müzakirə olunub. Qeyd olunub ki, mərkəzin 2023-cü ilin ikinci rübünədək yaradılması nəzərdə tutulur. Tərəflər həmçinin Bilişim Vadisinin keçirdiyi startap müsabiqələrində AzTU tələbələrinin iştirak imkanları barədə fikir mübadiləsi aparıblar.

SAHA İstanbulun baş direktoru İlhami Keleşin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə birgə təlimlərin və elmi-tədqiqat işlərinin həyata keçirilməsi müzakirə olunub. Bundan başqa, SAHA İstanbulun SAHA Akademiyasının MBA proqramının Azərbaycanda tətbiqi imkanlarının araşdıralacağı da bildirilib. 

Hitit Universitetinin rektoru Ali Osman Öztürk və universitetin nümayəndə heyəti ilə görüşdə mühəndislik və qida texnologiyaları sahələrində birgə tədris və tədqiqat fəaliyyətinin həyata keçirilməsi müzakirə olunub. Bundan başqa, magistratura səviyyəsində qida mühəndisliyi ixtisası üzrə ikili diplom proqramı ilə bağlı imkanların  araşdırılacağı qərara alınıb. Həmçinin Çorum şəhəri ilə qardaşlaşmış Füzuli şəhərinin bərpası ilə bağlı birgə layihələrdə AzTU və Hitit Universitetinin iştirakı ilə bağlı da müzakirələr aparılıb.

Qeyd edək ki, AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyətində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov və Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova iştirak edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

27-01-2023

Bilişim Vadisi ilə AzTU arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

07-03-2024

AzTu kosmik sahəsində beynəlxalq əlaqələrini genişləndirir

31-08-2023

AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

28-02-2023

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub

07-03-2024

Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

04-04-2023

“Bilişim Vadisi”nin nümayəndə heyəti Təhsilin İnkişafı Fondunun qonağı olub

12-09-2023

AzTU “AzInTelecom” MMC ilə əməkdaşlığa başlayır

05-03-2021

İstanbul Texniki Universitetinin nümayəndələri AzTU-da olub

08-02-2024

Qazi Universitetində “Tədqiqat-Təcrübə Proqramı”nda iştirak edən AzTU-nun heyəti ilə ilkin qiymətləndirmə görüşü keçirilib

07-06-2022

AzTU ilə Çin universiteti arasında Niyyət Protokolu imzalanıb

25-05-2026

AzTU-da süni intellekt texnologiyalarına həsr olunan görüşü keçirilib

23-11-2023

AzTU SAP Universitetlər Alyansına üzv oldu

24-02-2024

AzTU-da İstanbul Texniki Universitetinin 250 illik yubileyi qeyd olunub

19-12-2023

“Bitget” şirkətinin icraçı direktoru AzTU-da olub

06-05-2025

AzTU ilə “Baykar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

11-04-2025

AzTU-nun rektoru “Azərenerji” ASC-nin Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinə səfər edib

26-08-2022

AzTU-da “6-cı CODE Beynəlxalq Bakı 2023” mövzusunda konfrans keçirilib

05-05-2023

KOBİA və Türkiyənin Bilişim Vadisi əməkdaşlıq edəcək

10-07-2023

AzTU ilə “Huawei” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

09-06-2022

AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib

14-03-2024

AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir

26-07-2024

AzTU-da Beynəlxalq Reytinq Agentliyinin nümayəndəsi ilə görüş keçirilib

03-05-2024

Nokia-nın müasir avadanlıqlarla təchiz etdiyi laboratoriya fəaliyyətə başlayır

14-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə