Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin 5 tələbəsi “Huawei Technologies Azerbaijan” şirkətinin təqaüd proqramının qalibi olub.
Xeberler.az məlumat verir ki, tələbələr “Huawei Technologies Azerbaijan” şirkətinin texniki heyətindən ibarət komissiyanın qiymətləndirməsi əsasında seçiliblər. Proqramın qaliblərinə pul mükafatı təqdim olunub.
Bu münasibətlə rektor Vilayət Vəliyev təqaüd proqramının qalibləri ilə görüşüb. Rektor belə proqramlarda iştirakın tələbələrin peşəkar inkişafına və gələcək karyera imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüşdə tələbələrin nailiyyətləri yüksək qiymətləndirilib, onların gələcəkdə yerli və beynəlxalq təqaüd proqramlarında, eləcə də innovativ layihələrdə fəal iştirakının əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, AzTU ilə “Huawei Technologies Azerbaijan” şirkəti arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq tələbələrin bilik və bacarıqlarının artırılmasına, peşəkar inkişafına və əmək bazarına hazırlığına yönəlib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları