Previous Next
Bağla

Code Academy AzTU tələbələrinə diplomlar təqdim edib

04-07-2023 23:42
Code Academy AzTU tələbələrinə diplomlar təqdim edib

“Code Academy”nin #CodeForFuture layihəsinin məzunu olan Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinə diplomların təqdim olunması mərasimi keçirilib. Tədbirdə çıxış edən rektor Vilayət Vəliyev bildirib ki, Elm və Təhsil Nazirliyinin dəstəyilə “Code Academy”nin #CodeForFuture layihəsinin icrasına ilk dəfə 2021-ci ildə AzTU-da başlanılıb və uğurla davam etdirilir. Rektor deyib ki, 2022-2023-cü tədris ilinin payız semestrində #CodeForFuture layihəsində iştirak edən 336 AzTU tələbəsi bu gün məzun olur. Onlardan 26 nəfər yüksək şərəf diplomu, 67 tələbə isə şərəf diplomu ilə təltif ediliblər. Həmçinin 71 tələbə beynəlxalq sertifikat imtahanlarında uğurla iştirak edərək CompTIA, CSWA kimi beynəlxalq sertifikatlar əldə ediblər. Tələbələri təbrik edən rektor onlara layihə müddətində əldə etdikləri bilik və bacarıqların gələcək fəaliyyətlərində faydalı olacağına ümid etdiyini bildirib.

Daha sonra çıxış edən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşı İbrahim Qədirov və “Code Academy” tədris müəssisəsinin təsisçisi və direktoru Ülvi Aslanov layihənin əhəmiyyəti və tələbələrin gələcək fəaliyyətlərində faydalarından danışıb, həmçinin təbriklərini çatdırıblar.  

Qeyd edək ki, layihə çərçivəsində AzTU-da proqramlaşdırma, şəbəkə administratorluğu, sistem administratorluğu, “AutoCAD & Solidworks” sahələri üzrə ümumilikdə 536 tələbə təhsil alıb, əmək bazarının tələblərinə uyğun kadr kimi formalaşaraq bir sıra üstünlüklərə sahib olublar.

Tədbirin sonunda #CodeForFuture layihəsinin məzunu olan AzTU tələbələrinə diplomlar təqdim olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Code Academy” layihəsini bitirən tələbələrin “Məzun günü” keçirilib

04-11-2024

Code Academy-nin məzunları sertifikatla təltif olunub- Fotolar

23-05-2016

Azərbaycan Texniki Universitetində əmək yarmarkası keçirilib

20-10-2022

AzTU ilə “IDTECH Academy” və “AVICOM” şirkətləri əməkdaşlıq edəcək

15-03-2024

AzTU-da “6-cı CODE Beynəlxalq Bakı 2023” mövzusunda konfrans keçirilib

05-05-2023

Tələbələrə Code Academy barədə məlumat verilib

26-05-2016

AzTU və Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyi arasında müqavilə imzalanıb

12-12-2023

AzTU-da Beynəlxalq Reytinq Agentliyinin nümayəndəsi ilə görüş keçirilib

03-05-2024

AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir

26-07-2024

AzTU-ya yeni prorektor təyin olunub

14-08-2021

Məşhur aviasiya və kosmik şirkət ölkəmizdə yeni layihəyə başladı

10-11-2022

AzTU-da İstanbul Texniki Universitetinin 250 illik yubileyi qeyd olunub

19-12-2023

İstanbul Texniki Universitetinin nümayəndələri AzTU-da olub

08-02-2024

AzTU-nun startap komandaları Bakutel-2018 sərgisində iştirak edəcəklər

01-11-2018

AzTU-nun rektoru beynəlxalq yarışda uğurqazanan tələbələrlə görüşüb

04-04-2026

AzTU-da yeni tədris mərkəzinin açılışı olub

19-07-2022

AzTU-da süni intellekt texnologiyalarına həsr olunan görüşü keçirilib

23-11-2023

AzTU-da “Huawei” şirkətinin “Açıq qapı” günü keçirilib

08-05-2025

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti AzTU ilə əməkdaşlığa başladı

05-11-2022

Code Academy məzunları PRONET şirkətində işləmək şansı qazanacaq

01-07-2016

AzTU-nun İctimai şurasının növbəti iclası keçirilib

26-11-2021

AzTU-da İnkubasiya Mərkəzinin açılışı olub

29-10-2025

AzTU-da yeni təyinat

08-08-2022

AzTU-nun təşəbbüsü ilə “ADEX-2024” sərgisində panel müzakirə keçirilib

26-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə