Previous Next
Bağla

AzTU-da yeni təyinat

08-08-2022 18:04
AzTU-da yeni təyinat

Azərbaycan Texniki Universitetinin (AzTU) Mexatronika və maşın dizaynı kafedrasının dosenti İftixar Çələbi universitetin Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub. Rektor Vilayət Vəliyev İftixar Çələbini kollektivə təqdim edib.

Xeberler.az bildirir ki, İftixar Çələbi uzun illər AzTU-da müxtəlif vəzifələrdə çalışıb. Onun həm tədrisin aparılması, həm də tədqiqatların yerinə yetirilməsi ilə bağlı kifayət qədər təcrübəsi var. Eyni zamanda İftixar Çələbi texnika elmləri namizədidir. Bütün bunlar İftixar Çələbinin Yüksək Təhsil İnstitutuna direktor vəzifəsinə təyinatının doğru addım olduğunu təsdiqləyir. Rektor deyib ki, Yüksək Təhsil İnstitutuna Magistratura və Doktorantura şöbələri daxildir. İftixar Çələbinin rəhbərliyi ilə bu şöbələrdə tədrisin və tədqiqatın keyfiyyətinin daha da yüksəldilməsi, yeni innovativ yanaşmaların tətbiq edilməsi qarşıya qoyulan başlıca hədəflərdəndir.

Daha sonra çıxış edən İftixar Çələbi ona göstərilən etimada görə təşəkkürünü bildirib.

Qeyd edək ki, İftixar Çələbi 1981-1986-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Avtonəqliyyat fakültəsində təhsil alıb.

1992-ci ildə AzTU-nun aspiranturasına daxil olub. 1998-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. O, 1999-cu ildə Maşın hissələri kafedrasında baş müəllim, 2003-cü ildə isə dosent vəzifələrində çalışıb.

2006-cı ildə Almaniyanın Aleksandr Humboldt fondunun təqaüdünə layiq görülən İftixar Çələbi, fondun dəvəti ilə 2006-2008-ci illərdə Ştutqart Universitetinin Maşın Elementləri İnstitutunda elmi-tədqiqat işləri aparıb. O, həmçinin müxtəlif xarici universitetlərdə elmi-pedaqoji təcrübə keçib. 2019-2021-ci illərdə AzTU-nun Maşınların konstruksiya edilməsi kafedrasının müdiri vəzifəsində çalışıb.

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzTU-ya yeni prorektor təyin olunub

14-08-2021

AzTU-nun İctimai şurasının növbəti iclası keçirilib

26-11-2021

Azərbaycanda Türk Dünyası Mühəndislik Mərkəzi yaradılacaq

05-12-2022

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub

07-03-2024

BŞTİ və AzTU startap layihələrlə bağlı əməkdaşlığa başlayır

27-01-2023

AzTU-da Beynəlxalq Reytinq Agentliyinin nümayəndəsi ilə görüş keçirilib

03-05-2024

AzTU və Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyi arasında müqavilə imzalanıb

12-12-2023

AzTU ilə “IDTECH Academy” və “AVICOM” şirkətləri əməkdaşlıq edəcək

15-03-2024

“Bitget” şirkətinin icraçı direktoru AzTU-da olub

06-05-2025

Məşhur aviasiya və kosmik şirkət ölkəmizdə yeni layihəyə başladı

10-11-2022

Nazir Rəşad Nəbiyev özünə yeni müşavir təyin edib

12-03-2021

AzTU SAP Universitetlər Alyansına üzv oldu

24-02-2024

AzTU ilə “Baykar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

11-04-2025

AzTU-nun İctimai Şurasının onlayn iclası keçirilib

03-09-2020

AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

28-02-2023

AzTU-da süni intellekt texnologiyalarına həsr olunan görüşü keçirilib

23-11-2023

AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

27-01-2023

AzTU-nun rektoru beynəlxalq yarışda uğurqazanan tələbələrlə görüşüb

04-04-2026

Code Academy AzTU tələbələrinə diplomlar təqdim edib

04-07-2023

Almaniya şirkətlərinin rəhbər şəxsləri AzTU-da olub

29-11-2023

Microsoft Texniki Universitet ilə əməkdaşlıq edəcək

12-10-2019

Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin fəxri doktroru adı verilib

25-05-2022

İstanbul Texniki Universitetinin nümayəndələri AzTU-da olub

08-02-2024

Bilişim Vadisi ilə AzTU arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

07-03-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə