Previous Next
Bağla

Bakcell startaplarımızın qlobal bazara çıxmasına dəstək olacaq

11-12-2015 22:03
Bakcell startaplarımızın qlobal bazara  çıxmasına  dəstək olacaq

Bakcell şirkəti AppLab innovativ mobil developer layihəsi çərçivəsində Wayra UK,  Telefonica OpenFuture rəqəmsal sürətləndirmə proqramı ilə Azərbaycanda startaplara dəstək məqsədilə müqavilə imzalayıb

Bakcell şirkəti Böyük Britaniyanın şirkəti ilə yeni əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq AppLab layihəsində iştirak edən startaplara Telefónica Group şikətinin sahibkarlıq və innovasiyalara aid olan bütün təşəbbüslərini birləşdirən Telefónica OpenFuture proqramı vasitəsilə mentorların, ekspertlərin, şirkətlərin, ictimai qurumların və investorların daxil olduğu beynəlxalq şəbəkəyə çıxış qazanmaq imkanı verəcək.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Bakcell-in əsas məqsədi əsasən mobil proqram sahəsində fəaliyyət göstərən Azərbaycan startaplarının miqyasının və kommersiya imkanlarının artırılmasıdır. 60-dan çox dövlət və qeyri-dövlət proqramları ilə tərəfdaşlıq müqaviləsi olan, 17 ölkədə 600-ə yaxın biznesə 500 milyon avrodan çox vəsait yatıran Telefonica OpenFuture şəbəkəsi inkişafa təkan vermək məqsədilə yeni ideyaların yaranması və imkanların artırılmasına yönəlmiş qlobal şəbəkə yaratmaq fikrindədir. Bu tərəfdaşlıq Wayra UK üçün inkişaf etməkdə olan texnoloji şəbəkənin sahibkar istedadlarına çıxış imkanları yaradacaq.

AppLab regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Otən bir il ərzində proqram gənc yerli developerlərin öz ideyalarını yerli və beynəlxalq səviyyəli mobil applikasiyalara tətbiq etmələri üçün unikal bir mühit olduğunu sübut edib. Bu günə qədər AppLab layihəsi çərçivəsində təqdim olunan 100-dən çox ideyanın qəbul əmsalının 10 faizdən az təşkil etməsi yalnız keyfiyyətli ideyaların seçilməsi üçün zəmin yaradıb.

“Bakcell şirkəti 3 ildən artıq bir müddət ərzində müxtəlif tədbirlər və müsabiqələr vasitəsilə Azərbaycanda mobil applikasiyaların yaradılmasını dəstəkləyib. Biz AppLab layihəsini gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan Qualcomm şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində istifadəyə verdik. Bu il isə Telefónica Open Future və Wayra UK ilə əməkdaşlığa başlamaqla biz bu sahədəki öhdəliyimizi daha da irəliyə aparmaq istəyirik. Azərbaycanda developerlərin startap icmasını dəstəkləməyimizin müsbət nəticəsinin şahidi oluruq. Ümidvarıq ki, bu layihə mobil proqram tərtibatı seqmentinə daha çox developer və sahibkarları cəlb edəcək. Bu cür proqramların idarə olunmasında Wayra-nın geniş təcrübəsi var. Wayra həmçinin bizə qlobal istedadlara və biznes partnyorlara çıxış imkanı verə biləcək ekspert və mentorlar bazasına malikdir. Onlar Applab məzunları ilə öz dəyərli təcrübələrini bölüşə bilrələr”, - deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

“Azərbaycanda startap sahəsində bum yaşanır. Ötən iki il ərzində həm ictimai, həm özəl sektor səkkiz inkubator mərkəzi açmaqla və rəqəmsal məlumatlılığın təşviqinə investisiya yatırmaqla innovativ ideyaların genişlənməsinə dəstək göstəriblər”, -  deyə Wayra UK şirkətinin direktoru Qari Stiuart (Gary Stewart) bildirib. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AppLab layihəsinin bir ili tamam olur

08-10-2015

Wayra UK Azərbaycan startaplarına 50 min dollar yatırım edəcək

03-03-2016

Bakcell-in rəhbəri:“Azərbaycanın startap bazarında böyük potensial var”

22-07-2016

Bakcell startap layihələrinə dəstək verir

04-05-2016

Startap layihələrimiz Britaniya şirkətinə təqdim olunacaq

04-04-2016

Wayra Pitch Day üçün seçilmiş layihələr açıqlandı

01-04-2016

Britaniya şirkəti hansı startaplara yatırım edəcək?

03-05-2016

Bakcell əməkdaşları universitet tələbələri ilə görüşüb-Fotolar

17-05-2016

Britaniyalı investorlar hansı startaplarımıza maraq göstərir? -Foto

07-09-2016

“Bakcell Azərbaycan startapları üçün böyük tədbir təşkil edəcək”

17-02-2016

AppLab növbəti dəfə layihə qəbulu elan edib

25-01-2017

“Xarici investorların Azərbaycan bazarına yatırım etməsinə çalışırıq”

29-01-2016

Bakcell gənc developerlər üçün məzun gecəsi keçirib

18-03-2019

“Azərbaycan proqramçıları böyük potensiala malikdir”

23-02-2018

Bakcell AmCham təşkilatının mükafatını aldı

15-12-2015

Bakcell Bakutel-də gənclər üçün imkanlar nümayiş etdirir

04-12-2015

AppLab-ın məzunlarından yeni nəsil reklam aləti

25-04-2018

AppLab proqramı üçün 32 startap yarışır

22-01-2018

Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalandı

21-12-2018

Bakcell Bakutel-2018 sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr

05-12-2018

Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib

23-01-2020

Bakcell proqramçılar üçün seminar keçirib

15-09-2017

Bakcell startaplar üçün təlimlərə başlayıb

28-08-2017

Bakcell startap layihələrini təqdim edir

08-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə