Previous Next
Bağla

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

16-10-2018 16:57
Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

Bakcell şirkəti bu ilin sonunadək ölkə ərazisində 400-ə yaxın yeni 4G baza stansiyası istifadəyə verəcək.

Xeberler.az  bildirir ki, şirkət 2018-ci il ərzində mobil internet xidmətlərini ölkənin regionlarına doğru genişləndiriməyə davam edib. İl ərzində istifadəyə verilmiş 380 LTE (4G) stansiyasından 120-si ölkənin müxtəlif bölgələrində quraşdırılıb. Bunun sayəsində “Bakcell”in yüksək keyfiyyətli 4G xidməti artıq Bakı və Abşeron yarımadası ilə yanaşı, Azərbaycanın 40-a yaxın region və şəhər mərkəzində mövcuddur.

Bu gün Bakcell istifadəçiləri ümumilikdə 7000-dən çox baza stansiyası vasitəsilə ölkənin ən etibarlı, ən sürətli və ən iri mobil şəbəkəsinin bütün üstünlüklərindən tam şəkildə yararlanmaq imkanına malikdirlər. Bundan əlavə, əhatə dairəsi və şəbəkə həcmi baxımından ölkənin ən böyük 4G (LTE) şəbəkəsi “Bakcell”ə məxsusdur. Şirkətin 1300-dən çox LTE baza stansiyası ilə saniyədə 225 meqabitə qədər sürəti dəstəkləyən 4G şəbəkəsi gündən-günə genişlənir.

Bakcell öz şəbəkəsinin etibarlılığını və sabitliyini təmin etmək üçün şəbəkə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində müntəzəm olaraq tədbirlər görür. Nəticədə, abunəçilər ən yüksək keyfiyyətli və etibarlı mobil zəng və internet xidmətinin üstünlüklərindən yararlanırlar.

“Bizim gördüyümüz işlərə yerli və beynəlxalq səviyyədə yüksək qiymət verilir. Bu yaxınlarda Bakcell “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Dünyada tanınmış “Ookla” şirkəti tərəfindən təsdiq edilib ki, Bakcell şəbəkəsi ölkədə ən yüksək orta yükləmə sürəti və ən aşağı gecikmə müddətinə (latency time) malikdir. Mobil şəbəkələrin sınaq və təhlili sahəsində dünyanın ən nüfuzlu qurumu tərəfindən toplanmış bu məlumat Azərbaycandakı istifadəçilərin 18.000 ayrı-ayrı unikal cihaz vasitəsilə həyata keçirdiyi 80.000 sınaq (Speedtest platforması üzərindən) əsasında formalaşıb”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell-in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

04-03-2019

Bakcell şəbəkəsinin əhatə dairəsi genişləndirilib

24-07-2019

Bakcel ən sürətli mobil şəbəkə seçilib

21-09-2018

Bakcell 4.5G ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb

12-09-2019

Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində

17-07-2018

Bakcell-in 4G LTE şəbəkəsi ölkənin şimal bölgəsində

09-02-2018

Bakcell-in 4G xidməti artıq Gəncədə-Foto

16-11-2017

Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

15-11-2019

Bakcell-in 4G şəbəkəsinin əhatə dairəsi genişləndi

09-08-2018

Bütün Abşeron 4G-dən istifadə edə biləcək

07-10-2015

Bakcell abunəçiləri daha sürətli mobil internetdən faydalana biləcək

15-10-2015

Metroda sürətli internet olacaq-Yenilik

17-01-2018

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

Bakcell Formula 1 yarışına hazırdır

26-04-2019

Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsi elan olundu

09-09-2021

Azərbaycanda ilk dəfə 600 Mbps mobil sürəti nazirə təqdim edilib

05-12-2018

Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidir  

25-07-2022

Bakcell-dən 12 bölgənin sakinlərinə PULSUZ 4G İnternet

26-10-2018

Bakcell-in bütün internet paketləri 4G şəbəkəsində istifadə oluna bilər

21-08-2018

“Sərfəli qiymətlərlə ən üstün mobil rabitə xidməti təqdim edirik”

30-09-2015

“Şəbəkəmizi genişləndirərək rəqiblərimizi üstələyirik”

13-08-2015

Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir

15-11-2021

“Bakcell” 4G üzərindən səs xidmətini istifadəyə verib

12-05-2022

Bakcell-dən möhtəşəm Yeni İl hədiyyəsi

11-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə