Previous Next
Bağla

Bakcell-in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

04-03-2019 13:02
Bakcell-in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

Bakcell şirkəti artıq ölkənin bütün bölgələrində yüksək keyfiyyətli 4G xidmətlərini təqdim edir. Artıq Bakı, Abşeron yarımadası və Azərbaycanın bütün şəhər və rayonlarında (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) yaşayan Bakcell abunəçiləri şirkətin təqdim etdiyi yüksək sürətli mobil İnternet xidmətlərindən yararlana bilirlər.

Xeberler.az bildirir ki, 1700-dən artıq 4G stansiyası sayəsində Bakcell şirkəti əhatə dairəsi və şəbəkə tutumu baxımından ölkədə ən böyük LTE şəbəkəsinə malikdir. Bakcell 2018-ci il ərzində mobil internet xidmətlərini ölkənin regionlarına doğru genişləndiriməyə davam edib. Şəbəkəyə yatırılan iri həcmli sərmayələr nəticəsində keçən il 300-ü regionlarda olmaqla 800-dən artıq 4G stansiyası quraşdırılıb. İstifadəçilər üçün ən yüksək keyfiyyətin təmin olunması istiqamətində aparılan işlərin davamı olaraq bu il ərzində ölkə ərazisində 750-dən çox 4G baza stansiyası istifadəyə veriləcək. Bakcell öz şəbəkəsinin etibarlılığını və sabitliyini təmin etmək məqsədilə müntəzəm olaraq şəbəkə infrastrukturunu təkmilləşdirir.

“Bakcell şirkəti bazarda lider mövqeyini daha da gücləndirmək və xidmətlərin keyfiyyətini daha da artırmaq məqsədilə Azərbaycanın ən keyfiyyətli 4G şəbəkəsinə iri həcmli sərmayələr yatırır. Məqsədimiz odur ki, 4G xidmətlərimiz bütün ölkə ərazisində təmin olunsun. Buna görə də şəbəkəmizin əhatə dairəsi və keyfiyyətinin artırılmasına yönəlmiş işlər davam etdiriləcək”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

“Bakcell”in təmin etdiyi keyfiyyət və ən yüksək mobil İnternet sürətinə yerli və beynəlxalq səviyyədə yüksək qiymət verilir. Belə ki, 2018-ci ildə Bakcell “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Dünyada tanınmış “Ookla” şirkəti tərəfindən təsdiq edilib ki, Bakcell şəbəkəsi ölkədə ən yüksək orta yükləmə sürəti və ən aşağı gecikmə müddətinə (latency time) malikdir. 2017-ci ildə isə mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti
tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). Bakcell özünün yüksək keyfiyyətli mobil şəbəkəsinin genişləndirilməsi və modenrnizasiyasına yönəlmiş iri-miqyaslı tədbirləri davam etdirəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakcell şəbəkəsinin əhatə dairəsi genişləndirilib

Bakcell şəbəkəsinin əhatə dairəsi genişləndirilib

24-07-2019
Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

16-10-2018
Bakcell 4.5G ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb

Bakcell 4.5G ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb

12-09-2019
Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində

Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində

17-07-2018
Bakcell-in 4G LTE şəbəkəsi ölkənin şimal bölgəsində

Bakcell-in 4G LTE şəbəkəsi ölkənin şimal bölgəsində

09-02-2018
Bakcell ən yaxşı mobil şəbəkə seçildi-Foto

Bakcell ən yaxşı mobil şəbəkə seçildi-Foto

11-10-2017
Bakcel ən sürətli mobil şəbəkə seçilib

Bakcel ən sürətli mobil şəbəkə seçilib

21-09-2018
Bakcell mobil şəbəkəsinin əhatə dairəsi artıq Şuşa şəhərinə qədər genişləndirib

Bakcell mobil şəbəkəsinin əhatə dairəsi artıq Şuşa şəhərinə qədər genişləndirib

10-06-2021
Bakcell-in 4G xidməti artıq Gəncədə-Foto

Bakcell-in 4G xidməti artıq Gəncədə-Foto

16-11-2017
Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir

Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir

15-11-2021
Bütün Abşeron 4G-dən istifadə edə biləcək

Bütün Abşeron 4G-dən istifadə edə biləcək

07-10-2015
Bakcell 3 il ərzində Azərbaycana 226 milyon manat həcmində sərmayə yatırıb

Bakcell 3 il ərzində Azərbaycana 226 milyon manat həcmində sərmayə yatırıb

29-12-2021
“Bakcell”dən Şuşada pulsuz Wi-Fi

“Bakcell”dən Şuşada pulsuz Wi-Fi

25-04-2022
Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

15-11-2019
Bakcell Formula 1 yarışına hazırdır

Bakcell Formula 1 yarışına hazırdır

26-04-2019
Bakcell 30 manata yeni 50 GB İnternet paketini təqdim edir

Bakcell 30 manata yeni 50 GB İnternet paketini təqdim edir

22-05-2020
Bakcell  ilin ən yaxşı mobil şəbəkəsi  seçildi

Bakcell ilin ən yaxşı mobil şəbəkəsi seçildi

11-02-2016
Bakcell-in bütün internet paketləri 4G şəbəkəsində istifadə oluna bilər

Bakcell-in bütün internet paketləri 4G şəbəkəsində istifadə oluna bilər

21-08-2018
Bakcell metro istifadəçilərini sürətli internet ilə təmin edir

Bakcell metro istifadəçilərini sürətli internet ilə təmin edir

23-12-2015
Azərbaycanda ilk dəfə 600 Mbps mobil sürəti nazirə təqdim edilib

Azərbaycanda ilk dəfə 600 Mbps mobil sürəti nazirə təqdim edilib

05-12-2018
Bakcell-in 4G şəbəkəsinin əhatə dairəsi genişləndi

Bakcell-in 4G şəbəkəsinin əhatə dairəsi genişləndi

09-08-2018
“Bakcell” Naxçıvanda şəbəkəsini genişləndirib

“Bakcell” Naxçıvanda şəbəkəsini genişləndirib

14-10-2009
“Bakcell cəbhə bölgəsində xüsusi güzəştlər edəcək”

“Bakcell cəbhə bölgəsində xüsusi güzəştlər edəcək”

05-05-2017
“Sərfəli qiymətlərlə  ən üstün mobil rabitə xidməti təqdim edirik”

“Sərfəli qiymətlərlə ən üstün mobil rabitə xidməti təqdim edirik”

30-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə