“BAKCELL” GSM şəbəkəsini genişləndirir

03-03-2009 / 20:10

Azərbaycanın ikinci iri mobil operatoru olan “Bakcell” istifadəçilərin artan tələbatının təmin edilməsi üçün 2G şəbəkəsini genişləndirir.

Şirkətdən bildiriblər ki, “Nokia Siemens Networks” tərəfindən həyata keçirilən EDGE texnologiyasına keçid şəbəkənin əhatəsini genişləndirəcək.

Bağlanmış müqaviləyə əsasən, “Bakcell” EDGE texnologiyasını tətbiq etməklə, şirkətin radio və baza şəbəkəsinin tam genişləndirilməsini təmin edəcək.

Yeni texnologiya video, internet və audio xidmətlərini özündə birləşdirən müxtəlif yeni mobil xidmətlər göstərir. Bu, hətta ADSL ilə müqayisə olunacaq sürətlə səs və məlumatötürmə xidmətlərindən eyni zamanda istifadə etmək imkanı verir.

Enerji effektivliyinə görə dünyada lider olan Flexi baza stansiyası operatorlara şəbəkə qovşağının enerji sərfində 70 faizədək qənaət etmək imkanı verir.

Qeyd edək ki,şəbəkənin genişləndirilməsi ilin sonunadək tamamilə başa çatdırılacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə