Previous Next
Bağla

Bakcell 4.5G ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb

12-09-2019 17:22
Bakcell 4.5G ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb

Xeberler.az bildirir ki, Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycanda LTE şəbəkəsinin genişləndirilməsi  üzrə ən genişmiqyaslı layihəni həyata keçirib.

2019-cu ilin may ayından indiyə kimi - cəmi 4 ay ərzində Bakcell 1000-dən çox 4.5G texnologiya ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb. Bu cür unikal layihə Azərbaycanda və hətta bütün regionda ilk dəfə həyata keçirilir. 

Bu gün 2700-dən çox 4G texnologiyalı baza stansiyası sayəsində Bakcell şirkəti əhatə dairəsi və şəbəkə tutumu baxımından ölkədə ən böyük 4G şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 91%-ni əhatə edir.

Qeyd edək ki, Bakcell şirkəti özünün ultra-sürətli 4G şəbəkəsində LTE Advanced Carrier Aggregation (tezlik daşıyıcılarının birləşməsi) texnologiyasını tətbiqi sayəsində saniyədə 225 Meqabitə qədər olan sürətin dəstəklənməsini təmin edib. Bu gün Bakcell şəbəkəsi dünya üzrə tezlik daşıyıcılarının birləşməsi ilə “LTE-Advanced” texnologiyası üzərindən fəaliyyət göstərən nadir şəbəkələrdən biridir.

Sözügedən texnologiya sayəsində Bakcell abunəçiləri 4K kontentini izləmək və yükləmək, əyləncə proqramlarına ani giriş əldə etmək, HD keyfiyyətində onlayn video izləmək, canlı konsert və idman proqramlarına baxmaq və mürəkkəb yeni nəsil mobil tətbiqetmələrindən istifadə etmək imkanına malikdirlər.

Azərbaycanda 4G xidmətinin ilk kommersiya istifadəsini istifadəçilərin ixtiyarına vermiş Bakcell, həmçinin Bakı metrosunda 4G şəbəkəsini quraşdıran ilk mobil operatordur. “Bakcell”in təmin etdiyi keyfiyyət və ən yüksək mobil İnternet sürətinə hətta beynəlxalq səviyyədə də yüksək qiymət verilir.

Belə ki, 2018-ci ildə Bakcell “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat şirkətə “Speedtest” xidmətinə görə bütün dünyada tanınan “Ookla” şirkəti tərəfindən təqdim edilib. 2017-ci ildə isə mobil rabitə şəbəkələrinin
müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakcell-in 4G şəbəkəsinin əhatə dairəsi genişləndi

Bakcell-in 4G şəbəkəsinin əhatə dairəsi genişləndi

09-08-2018
Bakcell şəbəkəsinin əhatə dairəsi genişləndirilib

Bakcell şəbəkəsinin əhatə dairəsi genişləndirilib

24-07-2019
Bakcell-in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

Bakcell-in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

04-03-2019
Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

16-10-2018
Bakcell abunəçiləri daha sürətli mobil internetdən faydalana biləcək

Bakcell abunəçiləri daha sürətli mobil internetdən faydalana biləcək

15-10-2015
“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021
Bakcell-in bütün internet paketləri 4G şəbəkəsində istifadə oluna bilər

Bakcell-in bütün internet paketləri 4G şəbəkəsində istifadə oluna bilər

21-08-2018
Bakcell-in 4G LTE şəbəkəsi ölkənin şimal bölgəsində

Bakcell-in 4G LTE şəbəkəsi ölkənin şimal bölgəsində

09-02-2018
Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində

Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində

17-07-2018
Bakcell-dən möhtəşəm Yeni İl hədiyyəsi

Bakcell-dən möhtəşəm Yeni İl hədiyyəsi

11-12-2018
Bakceldən 5Gb PULSUZ 4G interneti təqdim olunacaq

Bakceldən 5Gb PULSUZ 4G interneti təqdim olunacaq

03-09-2018
Bakcell-in 4G xidməti artıq Gəncədə-Foto

Bakcell-in 4G xidməti artıq Gəncədə-Foto

16-11-2017
Bakcell Formula 1 yarışına hazırdır

Bakcell Formula 1 yarışına hazırdır

26-04-2019
Azərbaycanda ilk dəfə 600 Mbps mobil sürəti nazirə təqdim edilib

Azərbaycanda ilk dəfə 600 Mbps mobil sürəti nazirə təqdim edilib

05-12-2018
Bakcell ən yaxşı mobil şəbəkə seçildi-Foto

Bakcell ən yaxşı mobil şəbəkə seçildi-Foto

11-10-2017
Bakcell-dən 6 bölgənin sakinlərinə 5 GB pulsuz internet

Bakcell-dən 6 bölgənin sakinlərinə 5 GB pulsuz internet

23-01-2019
Bakcell-dən 12 bölgənin sakinlərinə  PULSUZ 4G İnternet

Bakcell-dən 12 bölgənin sakinlərinə PULSUZ 4G İnternet

26-10-2018
Bakcel ən sürətli mobil şəbəkə seçilib

Bakcel ən sürətli mobil şəbəkə seçilib

21-09-2018
Metroda sürətli internet olacaq-Yenilik

Metroda sürətli internet olacaq-Yenilik

17-01-2018
Bütün Abşeron 4G-dən istifadə edə biləcək

Bütün Abşeron 4G-dən istifadə edə biləcək

07-10-2015
Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir

Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir

15-11-2021
“Bakcell”dən Şuşada pulsuz Wi-Fi

“Bakcell”dən Şuşada pulsuz Wi-Fi

25-04-2022
Bakcell  ilin ən yaxşı mobil şəbəkəsi  seçildi

Bakcell ilin ən yaxşı mobil şəbəkəsi seçildi

11-02-2016
Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

15-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə