“Bakcell müştəriləri danışıq və internet üçün daha az xərcləyir”

16-02-2016 / 17:38

 “Müştərilərimizin sayı yox, onların xərcləri bir qədər azalıb”.

Xeberler.az-ın məlumatına görə, bunu  Bakcell-in hazırkı iqtisadi vəziyyətindən danşan şirkətin prezidenti Riçard Şirer bildirib.

O qeyd edib ki, indiki vəziyyətdə Bakcell iqtisadi  böhranın öhdəsindən rahatlıqla gələ bilir.

Rişard Şirerin sözlərinə görə, Bakcell müştərilərinin  əksəriyyətinin bir neçə SİM kartı var:

“Müşahidələrimiz göstərir ki, Bakcell abunəçiləri  həm də digər  mobil operatorlardan istifadə edir. Amma onlar digər operatorlardan daha çox Bakcell-ə xərcləyirlər”.

Riçard Şirer deyib ki, iqtisadi vəziyyət hər seqmentdə Bakcell-ə təsir edib.

O bildirib ki, bu, əsasən SMS xidmətlərində özünü göstərir. Belə ki, istifadəçilər bu xidmətə daha az xərcləyir. 

Bununla yanaşı, istifadəçilər mobil internet istifadəsində də  əlavə yükləmələrin sayını azaldıb.

 Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə