Previous Next
Bağla

Bakcell Qarabağ Dirçəliş Fondunun “Qızıl” İanə sertifikatı ilə təltif edilib

12-10-2021 14:47
Bakcell Qarabağ Dirçəliş Fondunun “Qızıl” İanə sertifikatı ilə təltif edilib

Bakcell şirkəti Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, regionun dayanıqlı iqtisadi inkişafı və rifahına, eyni zamanda ekoloji tarazlığının bərpa olunması istiqamətində aparılan işlərə dəstək verdiyi üçün Qarabağ Dirçəliş Fondu tərəfindən “Qızıl” İanə sertifikatı ilə təltif olunub.

“Qızıl” İanə Sertifikatı Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev tərəfindən “Bakcell”in baş icraçı direktoru Rainer Rathgeberə təqdim edilib. Qeyd edək ki, Bakcell şirkəti Qarabağ Dirçəliş Fonduna 1.4 milyon manat məbləğində vəsait köçürüb. Bakcell şirkətinin də daxil olduğu “NEQSOL Holding”in tərkibində olan şirkətlər tərəfindən bu fonda ümumilikdə ianə edilmiş məbləğ 2 milyon AZN təşkil edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Bakcell eyni zamanda işğaldan azad olunmuş ərazilərdə mobil rabitə şəbəkəsinin qurulmasını həyata keçirməklə Qarabağda bərpa işlərinə öz töhfəsini verir. Şirkətin baza stansiyaları artıq Şuşada və Cıdır düzündə, Cəbrayıl rayonunda, Hadrut qəsəbəsi də daxil olmaqla Xocavənddə quraşdırılıb. Bakcell Qarabağda şəbəkənin əhatə dairəsinin genişləndirilməsi və yüksək keyfiyyətli xidmətlərin təmin edilməsinə yönəlmiş genişmiqyaslı işlər aparır. Bakcell özünün Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində müxtəlif sosial layihə və təşəbbüslərinin həyata keçirilməsini davam etdirəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell “Qarabağ Dirçəliş Fondu”na ianə edib

02-02-2021

Bakcell abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna SMS-lə ianə etmək imkanı yaradılıb

14-09-2021

Artıq “Nar” abunəçiləri “Qarabag Dirçəliş Fondu”na ianə edə bilərlər

14-09-2021

"Azercell" abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna birbaşa ianə imkanı yaradılıb

17-09-2021

Bakcell mobil şəbəkəsinin əhatə dairəsi artıq Şuşa şəhərinə qədər genişləndirib

10-06-2021

Bakcell Qarabağda ən sürətli mobil şəbəkə quraşdıracaq

23-10-2020

“Bakcell” Silahlı Qüvvələrə növbəti dəfə ianə edib

05-10-2020

Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir

15-11-2021

Bakcell 3 il ərzində Azərbaycana 226 milyon manat həcmində sərmayə yatırıb

29-12-2021

Qarabağ Dirçəliş Fondu KarabakhChallenge kampaniyasına start verib

23-09-2021

Bakcell Qarabağda 101-ci baza stansiyasını istifadəyə verib

14-11-2022

Bakcell şəbəkəsinin Qarabağda genişlənməsi üçün 23 milyon manat investisiya qoyulacaq

04-03-2022

“Bakcell”dən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə dəstək

02-10-2020

Bakcell Qarabağda xidmət mərkəzlərinin sayını artıracaq

06-02-2024

Qarabağda "yaşıl" texnologiya və enerji səmərəliliyinə əməl edilməsi monitorinq olunacaq

23-05-2023

Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndidə

01-10-2023

Xankəndi şəhərində ilk mobil operator mağazası fəaliyyətə başladı

24-01-2024

"NEQSOL Holding" “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb

18-03-2023

“Bakcell”dən Şuşada pulsuz Wi-Fi

25-04-2022

Bakcell şirkəti “YAŞAT” Fondunun daha bir təşəbbüsünə qoşulub

19-03-2021

Bakcell-dən 1 il pulsuz danışıq-Xüsusi tarif

01-08-2017

"Bakcell"in əməkdaşları erməni silahlıları tərəfindən atəşə tutulub

30-12-2021

Azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı yekun layihə hökumətə təqdim olunub

19-07-2021

Bakcell Koronovirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə edib

23-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə