Previous Next
Bağla

Bakcell Koronovirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə edib

23-03-2020 10:07
Bakcell Koronovirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə edib

Dünyada koronovirusun yayılması ilə əlaqədar olaraq, Bakcell şirkəti ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlərə qoşulub. Şirkət öz abunəçiləri və əməkdaşları ilə yanaşı bütün Azərbaycan vətəndaşlarının sağlamlığına töhfə vermək məqsədilə müxtəlif yaş qruplarını əhatə edən 360 dərəcə kommunikasiya və tədbirlər planı hazırlayıb. 

Xeberler.az bildirir ki, Azərbaycanda ən geniş Korporativ Sosial Məsuliyyət strategiyasına malik şirkətlərdən biri olan Bakcell Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə edib. Bu məbləğ Şirkətin daxil olduğu NEQSOL Holding tərəfindən ayrılmış 5 milyon manat ümumi büdcə çərçivəsində fondun hesabına köçürülüb.

Ölkədə COVİD-19 virusuna qarşı mübarizəyə və vətəndaşları yüksək keyfiyyətli tibbi xidmətlərlə təmin etməyə yönəlmiş tədbirləri dəstəkləmək məqsədilə Bakcell Azərbaycana ən son tibbi avadanlıq və vasitələrin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb. Bunun sayəsində süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronovirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd ekspress-test əldə olunub. Bu avadanlıq və vasitələr Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müəyyən edilən mərkəzlərə təqdim olunacaq.

Bakcell karantində olan vətəndaşlarımızı və onlara qayğı göstərən “görünməz qəhrəmanlar”ı - tibb işçilərini də unutmayıb. Onlar üçün xüsusi sürpriz hazırlayan Bakcell əməkdaşları bu günlərdə karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü, karantində olan insanlara isə dəstəyini ifadə etmək üçün açıqca vasitəsilə mesajlar göndərir.

Bundan əlavə, Bakcell şirkəti karantin məntəqələrində çalışan tibb işçilərinə 100 AZN və karantində olan vətəndaşlarımıza isə 50 AZN məbləğində ödəmə kartları göndərərək onlara öz yaxınları ilə ünsiyyətdə qalmaq imkanı yaradacaq.

Bakcell koronovirusla mübarizəyə yönəlmiş digər Korporativ Sosial Məsuliyyət layihələrinin həyata keçirilməsini də planlaşdırır. Özünün AppLab proqramının dəstəyi ilə yaradılmış Run2Help mobil tətbiqetməsi vasitəsilə şirkət xeyriyyə məqsədləri üçün onlayn marafon keçirəcək. Evdə olduğumuz günlərdə aktiv və sağlam həyat tərzini təbliğ etmək üçün Bakcell gün ərzində atılmış addımları pul vəsaitinə çevirmək və ianə etmək imkanı yaradacaq. Toplanan məbləğ isə Bakcell tərəfindən ediləcək ianə ilə birlikdə şirkətin uzunmüddətli KSM partnyoru olan “SOS Uşaq Kəndləri”nə və digər təşkilatlara köçürüləcək. 

Bundan əlavə, Bakcell şirkəti həssas əhali qruplarına dəstək göstərmək üçün digər KSM təşəbbüsləri üzərində işləyir.

Bütün vətəndaşların və öz əməkdaşların sağlamlığı Bakcell şirkəti üçün prioritet məsələdir. Bu gündən etibarən Bakcell abunəçiləri öz telefonlarının ekranlarında “evde qal” çağırışını görəcəklər. Həmçinin, şirkət öz abunəçilərinə xüsusilə vacib olmadıqda, Müştəri Xidməti Mərkəzlərinə getmək əvəzinə “Mənim Bakcellim” tətbiqetməsindən istifadəni və ya 555 Əlaqə Mərkəzinə zəng etməyi tövsiyə edib. Buna baxmayaraq, “Bakcell”in bütün xidmət mərkəzləri lazımi olan dezinfeksiya vasitələri ilə təchiz edilib.

Bundan əlavə, 103 təcili tibbi yardım xidmətinə olduğu kimi, “TƏBİB”in 1542 qaynar xətt nömrəsinə zənglər də bütün Bakcell abunəçiləri üçün tamamilə pulsuzdur. Bu tədbirlər çərçivəsində Bakcell öz əməkdaşlarına evdən işləmək imkanı təklif edib və ofisə gəlib işləmək istəyən əməkdaşların təhlükəsizliyini təmin etmək məqsədilə bütün ofislərdə lazımı dezinfeksiya işləri aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell ölkə ərazisində onlayn satış və çatdırılma xidməti göstərir

10-04-2020

Bakcell “Asan Xidmət”lə əməkdaşlığını davam etdirir

21-04-2020

Bakcell Binədə yaşayan aztəminatlı ailələrə ərzaq yardımı edib

30-04-2020

Bakcell “Milli KSM Mükafatı 2020”-nin qalibi olub

22-11-2021

Bakcell “Qarabağ Dirçəliş Fondu”na ianə edib

02-02-2021

Bakcell abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna SMS-lə ianə etmək imkanı yaradılıb

14-09-2021

“Bakcell” Silahlı Qüvvələrə növbəti dəfə ianə edib

05-10-2020

Bakcell Qarabağ Dirçəliş Fondunun “Qızıl” İanə sertifikatı ilə təltif edilib

12-10-2021

Bakcell 3 il ərzində Azərbaycana 226 milyon manat həcmində sərmayə yatırıb

29-12-2021

Bakcell şirkəti “YAŞAT” Fondunun daha bir təşəbbüsünə qoşulub

19-03-2021

“Bakcell”dən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə dəstək

02-10-2020

"Bakcell" parkinq ödənişlərini sürətli etdi

30-08-2023

"Bakcell" Qurban bayramı ilə bağlı şəhid və qazi ailələrinə dəstək göstərib

28-06-2023

Bakcell zərər çəkmiş sakinlərə dəstək göstərdi

13-06-2018

Nar Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə edib

23-03-2020

"Bakcell”dən rəqəmsal yeniliklər!

17-03-2023

Bakcell yeni ödəmə kartlarını təqdim edir

18-08-2015

Azercell COVID-19-la mübarizədə növbəti xeyriyyə aksiyasına qoşuldu

20-04-2020

“Bakcell” şirkəti SOS Uşaq Kəndləri layihəsinin genişlənməsinə yardım məqsədilə SMS kampaniyasına başlayır

21-09-2010

“Bakcell”dən Şuşada pulsuz Wi-Fi

25-04-2022

Bakcell şirkəti yenilənmiş saytını istifadəyə verib

01-12-2021

Bakcell-dən Ukraynadakı abunəçilərinə dəstək

24-02-2022

Bakcell abunəçilərinə bayram sovqatı

11-03-2019

Bakcell-dən xüsusi smartfon kampaniyası

26-01-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə