İnnovasiya və sürət lideri "Bakcell" Sumqayıt şəhərində yeni Müştəri Xidmətləri Mərkəzinin açılışını edib. Yeni mərkəz abunəçilərə daha sürətli, rahat və texnoloji xidmətlər təqdim etməklə, fərqli müştəri təcrübəsi vəd edir.
Xeberler.az bildirir ki, Sülh küçəsi 196 ünvanında yerləşən yeni “Bakcell” Müştəri Xidmətləri Mərkəzi ənənəvi xidmətlərlə yanaşı, şirkətin ən son yenilikləri ilə tanış olmaq imkanı yaradır. Mərkəzdə müştərilər həm yüksək texnoloji həllərdən yararlana, həm də süni intellekt dəstəkli xidmətlər haqqında ətraflı məlumat ala bilərlər. Xüsusilə, elektron guşələr və növbəli keçid sistemi müştəri əməliyyatlarının daha keyfiyyətli və sürətli şəkildə həyata keçirilməsini təmin edir.
Vurğulayaq ki, yeni açılmış Müştəri Xidmətləri Mərkəzi "Bakcell"in ölkə üzrə sayca 21-ci xidmət mərkəzidir.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək innovativ, keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri