XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin (KİM) təşkilatçılığı ilə “BookLoop” layihəsinin təqdimatı keçirilib.
Xeberler.az bildirir ki, bu barədə AzTU-dan məlumat verilib.
Tədbirdə AzTU Kitabxana İnformasiya Mərkəzinin direktoru Mətanət Ələkbərova çıxış edərək sərginin əhəmiyyətindən, universitetdə rəqəmsal innovasiyaların təşviqindən və müasir texnologiyaların kitabxana xidmətlərinə inteqrasiyasından bəhs edib. O, gənclər arasında mütaliə mədəniyyətinin inkişafında innovativ yanaşmaların rolunu vurğulayıb.
Daha sonra layihənin müəllifləri – AzTU tələbələri Nihad Əliyev, Sənan Mirzəyev, Mənsumə Qarayeva və Səid Rüstəmli “BookLoop” platformasını təqdim ediblər. Təqdimat zamanı platformanın funksional xüsusiyyətləri, iş prinsipi və istifadəçilərə təqdim etdiyi üstünlüklər barədə məlumat verilib.
Bildirilib ki, “BookLoop” tələbələr arasında kitab mübadiləsinin rəqəmsallaşdırılmasını, oyunlaşdırma elementləri vasitəsilə mütaliəyə marağın artırılmasını və sosial qarşılıqlı əlaqələrin gücləndirilməsini hədəfləyir.
Tədbirin sonunda platformanın inkişaf perspektivləri və digər ali təhsil müəssisələrində tətbiqi imkanları müzakirə olunub, iştirakçıların sualları cavablandırılıb.
AzTU tələbələrinin müəllifliyi ilə ərsəyə gələn “BookLoop” ölkədə bu formatda yaradılmış ilk rəqəmsal platformadır.


























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları