Previous Next
Bağla

Bakı Elektron Ticarət Forumu keçirilir

21-10-2019 13:12
Bakı Elektron Ticarət Forumu keçirilir

Bu gün Azərbaycan paytaxtında 2-ci Bakı Elektron Ticarət Forumu (BEF-2019) işə başlayıb.

Xeberler.az bildirir ki, 2 gün davam edəcək tədbir “İnnovasiya həftəsi” çərçivəsində baş tutub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Avropa İttifaqının təşkilatçılığı ilə keçirilən forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər, startapçılar iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan nazir Ramin Quluzadə Azərbaycanda elektron ticarətin inkişafı üçün müvafiq mühitin mövcud olduğunu, tələbələrdən tutmuş, pensiyaçılara qədər hər kəsin bir və ya bir neçə bank kartının olduğunu qeyd edib.

“İnternet bankçılıq inkişaf edir, logistika sahəsində bir çox dövlət və özəl şirkətlər fəaliyyət göstərir. Bunun nəticəsi olaraq elektron ticarət çoxlu sayda saytlar və platformalar vasitəsilə ölkədə müxtəlif məhsul və xidmətləri təklif edir. Turizm xidmətləri, bilet və hotel sifarişləri, informasiya texnologiyaları, geyim, qida məhsullarının elektron ticarət vasitəsilə satışında irəliləyişlər qeydə alınır. Ümumilikdə, ölkəmizdə elektron ticarətin inkişaf dinamikası yüksək olsa da, internet istifadəçilərimiz, əsasən, tanınmış xarici elektron ticarət platformalarından sifarişlər edirlər. Məqsədimiz daha çox daxili bazarda elektron ticarətin payını artırmaq, eyni zamanda milli məhsullarımızın xarici bazarlara çıxarılmasında elektron ticarəti təşviq etməkdir”, – deyə nazir bildirib.

R.Quluzadə çıxışında onu da deyib ki, müasir və əlçatan internet infrastrukturu, inkişaf etmiş logistika və elektron ödəmə sistemləri, optimal vergi və gömrük tənzimlənməsi, dəqiq statistika, elektron biliklər və maarifləndirmə elektron ticarətin inkişafının əsasını təşkil edir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın innovativ inkişafı sürətlə gedir. Təsdiq olunan milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri uğurla icra olunmaqdadır. Bu isə, öz növbəsində, bütün sahələrdə olduğu kimi, elektron ticarətin inkişafı üçün əlverişli mühit yaradır. Ölkəmizdə elektron ticarətin son 2-3 ildə inkişaf dinamikası buna əyani sübutdur”.

Elektron ticarətin inkişafı istiqamətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edən nazir Avropa Komissiyasının “Şərq Tərəfdaşlığı” ölkələrində “Rəqəmsal Bazarların Uyğunlaşdırılması” təşəbbüsü çərçivəsində elektron ticarətin inkişafı ilə bağlı elektron imzanın qarşılıqlı tanınması üçün qanunvericiliyin inkişaf etdirilməsi, transsərhəd məlumat mübadiləsi, kibertəhlükəsizlik və s. istiqamətlərdə əməkdaşlığın genişləndirildiyini vurğulayıb.

“Bu gün Bakı Elektron Ticarət Forumunun tərəfdaşları sırasında Avropa İttifaqının təsisatlarının olması da bu əməkdaşlığın sübutudur”, – deyə nazir bildirib.

Ölkəmizdə artıq ikinci dəfədir keçirilən tədbir elektron ticarət sahəsinin son trendləri və müsbət tendensiyaların müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Forumun ilk günündə elektron ticarətin müxtəlif istiqamətləri üzrə 4 sessiya təşkil edilib.

“Hökumət və hökumətlərarası yanaşmada elektron ticarətin tənzimləmə siyasəti” adlı sessiyada milli strategiyalar, elektron ticarətin asanlaşdırılması, elektron idarəetmənin təsiri və beynəlxalq əməkdaşlıq müzakirə olunub.

“Elektron ticarət infrastrukturunda yeni texnoloji trendlər: perspektivlər və təhdidlər” sessiyası kibertəhlükəsizlik, elektron imza, süni intellekt, robototexnika və blokçeyn mövzularını əhatə edib.

Saxtakarlıqdan qorunma, kriptovalyuta, bank köçürmələri, elektron cüzdan məsələləri isə “Onlayn ödəmə sistemləri və rəqəmsal həllər” sessiyasının müzakirə mövzuları olub.

“Ağıllı sərhədlər: ticarət, turizm və logistika üçün imkanlar” sessiyasında logistika və ticarət siyasəti, rəqəmsal nəqliyyat dəhlizləri, gömrük məsələləri üzrə təcrübə mübadiləsi aparılıb.

Forumun ikinci günündə biznes modelləri, kibertəhlükəsizlik və məlumatların qorunması, marketinq davranışı və tendensiyaları üzrə təlimlər təşkil olunacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

24-09-2018

Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

06-09-2018

Bakı Elekton Ticarət Forumu (BEF-2019) təşkil olunacaq

24-09-2019

Bakı Beynəlxalq Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb

25-09-2018

Elektron ticarətdə elektron identifikasiyanın tətbiqi ilə bağlı dəyirmi masa keçirilib

01-12-2018

Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

17-10-2017

Elektron ticarətin həcmi artıb

15-10-2015

E- imza təcrübəmiz BMT konfransında təqdim edilib

11-10-2017

Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsinin iclası keçirilib

14-09-2018

Azərbaycanda elektron ticarətin həcmi 2 dəfə artıb

16-12-2015

Azərbaycanda elektron ticarətin həcmi 1,7 dəfə artıb

14-04-2015

Elektron ticarət vergiyə cəlb edilir

14-12-2016

Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

20-05-2019

2-ci Bakı Elektron Ticarət Forumu (BEF – 2019) davam edir

23-10-2019

Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

05-06-2018

Elektron ticarət və rəqəmli iqtisadiyyat üzrə sessiya keçirilib

09-04-2019

Azərbaycanda elektron ticarətin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

11-07-2018

Hökumət elektron ticarət platformalarını inkişaf etdirmək istəyir

14-10-2019

Agentlikdə “Trendyol” şirkətinin nümayəndələri ilə görüş keçirilib

05-02-2026

Elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 6,4 milyon manat olub

15-01-2015

Elektron imzaların qarşılıqlı tanınması ilə bağlı işlər aparılır

06-06-2018

Azərbaycanda e-ticarətin həcmi 60 faizdən çox artıb

12-05-2020

Azər Bayramov: Dünya üzrə elektron ticarətin həcmi çox böyükdür

03-12-2018

Ölkə əhalisi elektron qaydada daha çox qeyri-ərzaq məhsulları satın alır

13-01-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə