Previous Next
Bağla

Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

24-09-2018 17:31
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə bu gün Bakıda Elektron Ticarət Forumu öz işinə başlayıb.“Bakı Elektron Ticarət Forumu 2018” adlanan beynəlxalq tədbir 2 gün davam edəcək.

Xeberler.az  məlumat verir ki, forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar və startaplardan ibarət 300-dən çox yerli və xarici nümayəndə iştirak edib. Eyni zamanda, 20-dən çox ölkənin sahə üzrə mütəxəssisi, 10 beynəlxalq təşkilatın, 60-dan artıq e-ticarət və onlayn ödəniş platformalarının təmsilçiləri foruma qatılıb.

Tədbir çərçivəsində elektron ticarət sahəsində müxtəlif mövzuları əhatə edən 30-dan çox çıxış nəzərdə tutulub. Forum çərçivəsində elektron ticarətin inkişafı üçün BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş 7 əsas istiqamət üzrə müxtəlif sessiyalar təşkil olunacaq.

Bu gün tədbirin açılış mərasimində Azərbaycanda elektron ticarət, elektron ödəniş və logistika xidmətləri, gömrük-vergi rüsumları, bu sahədə kiçik və orta sahibkarlığın inkişafı, elektron ticarət sahəsində startap layihələrinin genişləndirilməsi, həmçinin, bu sahənin müxtəlif aspektlərinin inkişafı ilə bağlı dövlət orqanlarının, beynəlxalq inkişaf agentliklərinin, biznes strukturlarının səmərəli əməkdaşlığı müzakirə olunub. Azərbaycanda və region ölkələrində elektron ticarətin inkişaf strategiyası, eyni zamanda Avropa İttifaqının müəyyən etdiyi tələblər strategiyası üzrə təkliflər irəli sürülüb.

Məlumat üçün bildirək ki, hazırda Avropa İttifaqı ölkələrində elektron ticarətin payı 35 faiz təşkil edir. Dünyada isə ticarətin 10 faizi elektron ticarətin payına düşür. “Biznesdən-biznesə” modeli əsasında bu il dünya üzrə e-ticarət həcmi 3 trilyona bərabər olub. Ölkəmizdə isə e- ticarətin inkişafı 10-15 faiz arasında dəyişir.

Qeyd edilib ki, son illər Azərbaycanda elektron ticarətin həcmi ildən-ilə artır ki, bu da iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, eləcə də bank sektorunda elektron xidmətlərin səviyyəsinin genişləndirilməsi hesabına baş verir. Nəqliyyat və telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsi hesabına bu gün Azərbaycanın Tranzit Poçt Mərkəzinə (HUB) çevrilməsi vurğulanıb.

Elektron ticarətin inkişafı istiqamətində artıq istifadəyə verilən yeni nəsil şəxsiyyət vəsiqələrində “elektron imza” çiplərinin yerləşdirilməsinin də əhəmiyyəti qeyd edilib.

Bu gün və sabah təşkil olunan sessiyalarda Avropa İttifaqı, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Ticarət Mərkəzi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı və digər beynəlxalq təşkilatların nümayəndələri və elektron ticarətin inkişafı üzrə tanınmış beynəlxalq ekspertlər çıxış edəcəklər.

Tədbir çərçivəsində təşkil olunan sərgidə e-ticarətlə məşğul olan yerli və xarici
mağazalar öz həllərini və məhsullarını nümayiş etdiriblər. Tədbirdə iştirak edən elektronika məhsullarının satışı ilə məşğul olan bir çox yerli şirkətlər forum günlərində öz müştəriləri üçün endirim kampaniyasına başladıqlarını elan ediblər.
Ümumilikdə forum regionda elektron ticarətin inkişafı üçün müvafiq tövsiyələri nəzərdən keçirmək və praktiki tətbiq imkanlarının müəyyən edilməsi üzrə beynəlxalq platforma rolunda çıxış edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

06-09-2018

Bakı Beynəlxalq Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb

25-09-2018

Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

20-05-2019

Bakı Elekton Ticarət Forumu (BEF-2019) təşkil olunacaq

24-09-2019

Bakı Elektron Ticarət Forumu keçirilir

21-10-2019

E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə master-klas keçiriləcək

19-09-2018

E- imza təcrübəmiz BMT konfransında təqdim edilib

11-10-2017

Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsinin iclası keçirilib

14-09-2018

Elektron ticarətdə elektron identifikasiyanın tətbiqi ilə bağlı dəyirmi masa keçirilib

01-12-2018

Azərbaycanda elektron ticarətin həcmi 2 dəfə artıb

16-12-2015

Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

17-10-2017

Elektron ticarətin həcmi artıb

15-10-2015

Elektron hesablaşmaların idarə olunması mövzusunda təlim keçirilib

28-11-2018

Hökumət elektron ticarət platformalarını inkişaf etdirmək istəyir

14-10-2019

Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək

12-05-2025

Elektron ticarət və rəqəmli iqtisadiyyat üzrə sessiya keçirilib

09-04-2019

Azərbaycanda elektron ticarətin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

11-07-2018

Azərbaycanda elektron ticarətin həcmi 1,7 dəfə artıb

14-04-2015

Beynəlxalq Ticarət Mərkəzi Azexport portalı ilə birgə məqalə dərc edib

29-07-2020

Azər Bayramov: Dünya üzrə elektron ticarətin həcmi çox böyükdür

03-12-2018

Bakıda World e-commerce Eurasia 2019 forumu keçiriləcək

25-10-2019

Azərbaycanda ölkədaxili elektron ticarətin həcmi 80 faiz artıb

24-11-2025

Azərbaycanda e-ticarətin həcmi 60 faizdən çox artıb

12-05-2020

Elektron ticarətin təşviqi ilə bağlı qanunvericilik aktlarına dəyişikliklərin edilməsinə dair təkliflər paketi hazırlanıb

07-10-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə