Previous Next
Bağla

Ramin Quluzadə GUAM-ın nəqliyyat sahəsi üzrə onlayn iclasında iştirak edib

08-12-2020 18:30
Ramin Quluzadə GUAM-ın nəqliyyat sahəsi üzrə onlayn iclasında iştirak edib

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın Nəqliyyat nazirlərinin növbəti görüşü onlayn formatda təşkil olunub.

Xeberler.az bildirir ki, sözügedən tədbirdə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Ukraynanın infrastruktur naziri Vladislav Krikliy, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Akaki Saqiraşvili və Moldovanın İqtisadiyyat və İnfrastruktur Nazirliyinin dövlət katibi Yulian Postike iştirak ediblər. İclasa, həmçinin partnyor qismində Yaponiya və İsrail nümayəndələri də qatılıblar.

Tədbirin əvvəlində GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycanı ərazi bütövlüyünü təmin edən tarixi qələbəsi münasibətilə təbrik edib.
 
Onlayn iclasın gedişində GUAM nəqliyyat dəhlizinin inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına dair üzv dövlətlərin Baş nazirlərinin 12 dekabr 2019-cu il tarixli tapşırıqlarının icra vəziyyəti, təşkilatın işçi qrupları çərçivəsində GUAM azad ticarət zonasının və nəqliyyat dəhlizinin inkişafı istiqamətində görülən işlər müzakirə olunub.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə tədbir iştirakçılarına ölkəmizin nəqliyyat sahəsinin inkişafı üzrə siyasəti, həyata keçirilən fəaliyyət, təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli layihələr və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.

Nazir çıxışında pandemiya dövründə regionda daşımaların davamlılığının təmin edilməsi istiqamətində görülən işlər haqqında da danışıb. Ramin Quluzadə pandemiya və ondan sonrakı mərhələdə nəqliyyatın rəqəmsallaşması və bu sahədə yüksək texnologiyaların tətbiqinin vacibliyini vurğulayıb.

Nazir əlavə edib ki, hazırda “GUAM Rəqəmsal ticarət qovşağı” layihəsinin reallaşdırılması istiqamətində müvafiq tədbirlər görülməkdədir.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın təsis etdiyi beynəlxalq regional təşkilat olan GUAM-a bu il ölkəmiz sədrlik edir. Azərbaycanın sədrliyinin prioritetləri kimi təşkilat çərçivəsində nəqliyyat və ticarət sahələrində əməkdaşlıq məsələləri, vacib əməkdaşlıq istiqamətləri olaraq kiçik və orta sahibkarlıq, energetika, turizm və digər bir neçə sahə qəbul edilib.

Ölkəmiz hazırda 2019-2020-ci illər üçün GUAM-ın Nəqliyyat üzrə işçi qrupunda əlaqələndiricilik funksiyasını həyata keçirir. İclas zamanı Azərbaycan tərəfi 2021 2022-ci illər üçün İşçi Qrupunda koordinasiyanı davam etdirməyə hazır olduğunu bildirib və bu təklifi təşkilata üzv ölkələr dəstəkləyib.

Tədbirin sonunda iştirakçılar üzv ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafına yeni töhfələr verəcək birgə bəyanat qəbul ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NRYTN GUAM-ın İKT üzrə işçi qrupunun iclasında təmsil olunub

07-08-2020

Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri ilə videokonfrans formatında görüşüb

19-01-2022

Ramin Quluzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

08-09-2020

Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri ilə görüş keçirib

13-04-2021

Azərbaycan GUAM üzvü olan ölkələrdə informasiya cəmiyyətinin inkişafı sahəsində əməkdaşlığın perspektivlərini nəzərdən keçirib

20-12-2010

Ramin Quluzadə Ukraynanın İnfrastruktur naziri ilə görüş keçirib

05-12-2019

Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

01-12-2020

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

14-08-2019

QDİT-ə üzv dövlətlərinin nəqliyyat sahəsi üzrə nazirlər toplantısı keçirilib

25-10-2018

Nazirlik sammitdə iştirak etdi

29-05-2018

Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini ilə görüşüb

17-03-2018

Ramin Quluzadə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri ilə görüşüb

15-10-2019

Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

14-09-2018

Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb

18-11-2019

Ramin Quluzadə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə görüşüb

26-10-2019

Ramin Quluzadə ABŞ-ın nümayəndə heyətini qəbul edib

12-11-2019

Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

19-09-2018

Ramin Quluzadə Ukrayna və Meksika nümayəndə heyətləri ilə görüşüb

10-02-2020

Ramin Quluzadə beynəlxalq forumda iştirak edir

28-11-2017

Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

22-02-2019

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası keçirilib

24-10-2018

Nazir Ramin Quluzadə ikitərəfli görüşlər keçirib

04-12-2019

Azərbaycan GUAM ölkələri ilə elektron vergi bəyannaməsinin tətbiqini müzakirə edir

24-10-2018

Nazirlik nümayəndələri beynəlxalq tədbirdə iştirak edib

18-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə