Previous Next
Bağla

Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

05-06-2018 18:31
Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

III Azərbaycan-Avropa İttifaqı biznes-forumunda İKT, elektron ticarət, nəqliyyat və logistika məsələləri müzakirə olunub 

Bu gün Bakıda 3-cü Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes-forumu keçirilib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun və Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə rəsmi şəxslər, beynəlxalq təşkilatların, səfirliklərin, ticarət palatalarının nümayəndələri, eləcə də Azərbaycan və Avropa İttifaqına daxil olan ölkələrdən iş adamları iştirak edib.

Biznes-forumun məqsədi Azərbaycanın biznes mühiti, ölkəmizdə həyata keçirilən islahatlar barədə biznes dairələrinin məlumatlandırılması, Azərbaycan və Avropa İttifaqı iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə olunması olub. Forumda kənd təsərrüfatı və qida, nəqliyyat və logistika, İKT və elektron ticarət, iqtisadi islahatlar, ətraf mühit texnologiyalarına dair panel iclaslar və iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

Biznes-forumun nəqliyyat və logistika panelində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, İKT və elektron ticarət panelində isə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə iştirak edib.

Nəqliyyat və logistika panelində çıxış edən nazir Ramin Quluzadə bildirib ki, respublikamızda etibarlı, sürətli və təhlükəsiz nəqliyyat sisteminin yaradılması və ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi məqsədilə infrastrukturun yenilənməsi, multi-modal logistika sistemlərinin təkmilləşdirilməsinə böyük önəm verilir.

Nazir, Azərbaycanın Qafqaz regionundan keçən Avrasiya nəqliyyat bağlantılarının inkişafı üzrə bir sıra layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğunu qeyd edib.

“Bu baxımdan, 2017-ci ilin oktyabrında istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti bölgə üçün strateji əhəmiyyət kəsb edir. Yeni dəmir yolu xətti Avropa və Asiyanın dəmir yolu şəbəkələrinin region üzərindən ən qısa birləşməsini təmin edir. Bakı-Tbilisi-Qars, Çin də daxil olmaqla Uzaq Şərqdən Avropa istiqamətinə və geriyə daha etibarlı, səmərəli və təhlükəsiz daşımaların həyata keçirilməsinə töhfə verəcəkdir”- deyə nazir qeyd edib.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətindən bəhs edən R.Quluzadə bu limanın Xəzər dənizi hövzəsində ən böyük liman kompleksi olduğunu vurğulayıb. O, yeni limanın bölgədə ən əhəmiyyətli tranzit nöqtəsi olaraq Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə yük və sərnişin daşımalarının həyata keçirilməsində əsas rol oynayacağını diqqətə çatdırıb.

Nazir, həmçinin Avropa İttifaqı ilə nəqliyyat sahəsində əməkdaşlığın ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

“Mühüm layihələrin həyata keçirilməsi və ölkənin tranzit potensialının artırılması məqsədilə beynəlxalq əməkdaşlığın genişləndirilməsini prioritet hesab edirik.   Bu baxımdan nəqliyyat şəbəkələrinin genişləndirilməsi, qarşılıqlı maraq kəsb edən layihələrin maliyyələşdirilməsi və nəqliyyatda təhlükəsizlik sahəsində ölkəmizlə əməkdaşlığın inkişafına dair Avropa İttifaqının fəaliyyəti qarşılıqlı maraqlarımıza uyğundur. Bununla belə, hesab edirik ki, nəqliyyatda təhlükəsizlik məsələləri də daxil olmaqla Şərq Tərəfdaşlığı ölkələrinin mövcud nəqliyyat imkanlarının qiymətləndirilməsi və prioritet layihələrin müəyyən olunması ilə bağlı təhlillərin aparılması və təkliflərin hazırlanmasında Avropa İttifaqı tərəfindən dəstək göstərilməsinə zərurət var. Bu tədbirlərin həyata keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında yük və sərnişinlərin maneəsiz, sürətli və təhlükəsiz daşınması, eləcə də tammiqyaslı iqtisadi əməkdaşlıq və ticarətin inkişafı üçün şərait yaradacaqdır”.

Məlumat üçün bildirək ki, Azərbaycan Avropa İttifaqı ilə “Tvinninq”, “TAİEX”, “SİGMA”, Texniki Dəstək, Büdcəyə Dəstək alətləri çərçivəsində də əməkdaşlıq edir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Elektron imzaların qarşılıqlı tanınması ilə bağlı işlər aparılır

Elektron imzaların qarşılıqlı tanınması ilə bağlı işlər aparılır

06-06-2018
Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib

Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib

19-02-2019
Ramin Quluzadə beynəlxalq forumda iştirak edir

Ramin Quluzadə beynəlxalq forumda iştirak edir

28-11-2017
QDİT-ə üzv dövlətlərinin nəqliyyat sahəsi üzrə nazirlər toplantısı keçirilib

QDİT-ə üzv dövlətlərinin nəqliyyat sahəsi üzrə nazirlər toplantısı keçirilib

25-10-2018
Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini ilə görüşüb

Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini ilə görüşüb

17-03-2018
Nazir: “E-ticarət həcminin artırılmasında maraqlıyıq”

Nazir: “E-ticarət həcminin artırılmasında maraqlıyıq”

06-12-2017
Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçiriləcək

Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçiriləcək

15-02-2019
Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

06-09-2018
Nəqliyyat və logistika üzrə işçi qrupun ilk iclası keçirilib

Nəqliyyat və logistika üzrə işçi qrupun ilk iclası keçirilib

27-02-2019
Avropa İttifaqı ilə  rəqəmsal transformasiya üzrə mütəxəssislərin hazırlanması müzakirə olunub

Avropa İttifaqı ilə rəqəmsal transformasiya üzrə mütəxəssislərin hazırlanması müzakirə olunub

01-12-2022
Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri ilə birgə layihələr həyata keçirmək niyyətindədir

Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri ilə birgə layihələr həyata keçirmək niyyətindədir

19-11-2021
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

24-09-2018
Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

14-09-2018
Azərbaycan Rəqəmli iqtisadiyyat üzrə birinci Nazirlər görüşündə təmsil olunub

Azərbaycan Rəqəmli iqtisadiyyat üzrə birinci Nazirlər görüşündə təmsil olunub

16-06-2015
Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb

Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb

18-11-2019
Ramin Quluzadə: Azərbaycan Çinin əsas tərəfdaşlarından biridir

Ramin Quluzadə: Azərbaycan Çinin əsas tərəfdaşlarından biridir

01-05-2019
Bakı Elektron Ticarət Forumu keçirilir

Bakı Elektron Ticarət Forumu keçirilir

21-10-2019
NRYTN-in nümayəndə heyəti 12-ci Nəqliyyat və Rabitə Şurasında iştirak edir

NRYTN-in nümayəndə heyəti 12-ci Nəqliyyat və Rabitə Şurasında iştirak edir

07-10-2021
Rəşad Nəbiyev nəqliyyat nazirlərinin görüşündə iştirak edib

Rəşad Nəbiyev nəqliyyat nazirlərinin görüşündə iştirak edib

27-11-2025
Azərbaycan və Koreya dəmir yolları rəhbərləri arasında görüş keçirildi

Azərbaycan və Koreya dəmir yolları rəhbərləri arasında görüş keçirildi

11-04-2019
Rəşad Nəbiyev Brüsseldə Aİ-nin nəqliyyat komissarı ilə görüşüb

Rəşad Nəbiyev Brüsseldə Aİ-nin nəqliyyat komissarı ilə görüşüb

01-12-2022
Azərbaycan SPECA İqtisadi Forumunda təmsil olunub

Azərbaycan SPECA İqtisadi Forumunda təmsil olunub

22-01-2026
Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

02-06-2026
Səfir: Çin nəqliyyat və İKT sahəsində Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə hazırdır

Səfir: Çin nəqliyyat və İKT sahəsində Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə hazırdır

31-07-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə