İnnovativ maliyyə alətlərinin inkişafı çərçivəsində 2025-ci ildə Bakı Fond Birjasında (BFB) yaşıl borc bazarı seqmenti yaradılıb.
Xeberler.az bildirir ki, bu barədə “Bakı Fond Birjası” QSC İdarə Heyətinin sədri Ruslan Xəlilov media nümayəndələri ilə görüşündə məlumat verib.
“Bazarın bu seqmentində (yaşıl borc bazarı – red.) ilk dəfə olaraq 200 milyon ABŞ dolları dəyərində yaşıl istiqrazlar Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən yerləşdirilib. İstiqrazların alınması üzrə sifarişlərin 4 faizi hüquqi şəxslərin, 96 faizi isə fərdi investorların payına düşüb”, -deyə İdarə Heyətinin sədri qeyd edib.
Onun sözlərinə görə, bundan əlavə, bazar iştirakçıları tərəfindən ticarətin səmərəliliyini təmin etmək məqsədilə istiqrazların qiymət kalkulyatoru və gəlirlilik kalkulyatoru kimi funksional alətlərin, habelə emissiya təqviminin hazırlanması prosesi aparılır.
R.Xəlilov əlavə edib: “Qlobal maliyyə bazarlarına inteqrasiya sahəsində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Fond Birjasına məxsus “Tabadul” rəqəmsal platformasına qoşulmaq üçün hüquqi və texniki baza yaradılmasına hazırlıq işlərinə başlanılıb. Bu strateji əməkdaşlıq ölkəmizin kapital bazarının regional və beynəlxalq likvidlik mənbələrinə çıxışını təmin edəcək, Körfəz ölkələrinin qiymətli kağızlarının transsərhəd ticarəti və beynəlxalq iştirakı üçün imkan yaradacaq. Qeyd etmək istərdim ki, BFB-nin strateji inkişaf təşəbbüslərinə texnoloji və rəqəmsal həllər vasitəsilə dəstək vermək məqsədilə texnoloji sistemlərin diaqnostikası aparılıb, ticarət sisteminin təkmilləşdirilməsi və bazar iştirakçılarının texnoloji sistemlərə inteqrasiyasının sürətləndirilməsi üzrə tədbirlər planı hazırlanıb və həyata keçirilib”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları