Previous Next
Bağla

AZAL-ın təyyarələrində internetə çıxış olacaq

19-11-2025 17:34
AZAL-ın təyyarələrində internetə çıxış olacaq

"Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlərə tezliklə yüksəksürətli, videoyayıma uyğun bortdaxili "Wi-Fi" xidməti təqdim edəcək.

Xeberler.az şirkətə istinadən məlumat verir ki, AZAL peyk rabitəsi sahəsində qlobal lider olan "Viasat Inc." şirkəti ilə bu istiqamətdə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb.

Saziş dünyanın ən böyük aviasiya tədbirlərindən biri olan "Dubai Airshow 2025" çərçivəsində AZAL-ın prezidenti Samir Rzayev və "Viasat"ın aviasiya üzrə prezidenti Don Bakman tərəfindən imzalanıb. Bu əməkdaşlığın məhz beynəlxalq aviasiya sənayesinin əsas platformalarından birində rəsmiləşdirilməsi AZAL-ın innovativ texnologiyaların tətbiqi və rəqəmsal xidmətlərin genişləndirilməsi strategiyasına sadiqliyini nümayiş etdirir.

Tərəfdaşlıq çərçivəsində AZAL-ın parkına daxil ediləcək 20 yeni təyyarə ("Airbus A320" ailəsi və uzunməsafəli "Boeing 787-9 Dreamliner") "Viasat Amara" yüksəksürətli sistemi ilə təchiz olunacaq. "Viasat Amara" yeni nəsil peyk şəbəkəsi, müasir avadanlıq və rəqəmsal həllər əsasında sərnişinlərə sabit, sürətli və videoyayıma imkan verən internet bağlantısı təmin edir.

Yüksəksürətli "Wi-Fi" ilə yanaşı, tərəfdaşlıq çərçivəsində simsiz bortdaxili əyləncə platforması da istifadəyə veriləcək. Sərnişinlər şəxsi cihazlarından istifadə edərək geniş multimedia məzmununa çıxış əldə edə biləcəklər. Yeni sistem artıq AZAL-ın bu il istismara verdiyi iki "Airbus A320neo" təyyarəsində quraşdırılıb.

"Viasat" ilə əməkdaşlıq AZAL üçün bortdaxili xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm mərhələdir. Sazişin "Dubai Airshow" çərçivəsində imzalanması layihənin beynəlxalq əhəmiyyətini və innovasiyaya sadiqliyimizi vurğulayır. Yüksəksürətli "Wi-Fi"ın tətbiqi sərnişinlərimizə daha yüksək komfort və fasiləsiz bağlantı imkanı yaradacaq," - deyə AZAL-ın prezidenti S. Rzayev bildirib.

Yeni bağlantı imkanları və genişləndirilmiş rəqəmsal infrastruktur AZAL-ın yenilənmiş xidmət konsepsiyasının əsas hissəsinə çevriləcək və bütün sərnişin kateqoriyaları üçün daha komfortlu və müasir səyahət təcrübəsi təmin ediləcək.

"Azərbaycan Hava Yolları ilə əməkdaşlıq edərək sərnişinlərə ilk dəfə olaraq yüksəksürətli, videoyayıma uyğun "Wi-Fi" xidməti təqdim etməkdən məmnunuq. "Viasat Amara" səyahət zamanı rəqəmsal təcrübəni yeni səviyyəyə yüksəldəcək. Bu əməkdaşlıq innovasiyaya və sərnişin təcrübəsinin yüksəldilməsinə dair ortaq öhdəliyimizi əks etdirir," - deyə "Viasat"ın aviasiya üzrə prezidenti D.Bakman vurğulayıb.

AZAL biznes sinfi sərnişinlərinə və loyallıq proqramının yüksək statuslu üzvlərinə bortdaxili internetdən ödənişsiz istifadə imkanı təqdim edəcək. Yeni xidmət aviaşirkətin rəqəmsal transformasiya strategiyasını gücləndirməklə yanaşı, beynəlxalq marşrut şəbəkəsində xidmət səviyyəsinin daha da yüksəldilməsinə xidmət edəcək.

Qeyd edək ki, AZAL nüfuzlu "Skytrax" təşkilatının "4 Ulduz" reytinqinə sahibdir və dəfələrlə "World Airline Awards" nominasiyasında "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" mükafatına layiq görülüb. IATA üzvü kimi şirkət marşrut şəbəkəsinin inkişafı, rəqəmsal innovasiyalar və sərnişin rahatlığının artırılması üzrə strategiya həyata keçirir. Aviaşirkət ICAO standartlarına cavab verən müasir təyyarə parkı və genişlənən marşrut şəbəkəsi ilə sərnişinlərə yüksək xidmət göstərir, ölkəmizin beynəlxalq aviasiya məkanında mövqelərini möhkəmləndirir.

Dayanıqlı inkişaf AZAL strategiyasının əsas tərkib hissəsidir. Aviaşirkət BMT-nin Qlobal Sazişinə qoşulub, Ətraf mühit, Sosial və İdarəetmə (ƏSİ və ya ESG) öhdəliklərini dərc edir, həmçinin IATA-nın "CO₂ Connect" və "IEnvA" proqramlarında iştirak edərək beynəlxalq aviasiyada etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini gücləndirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AZAL internet provayder xidməti göstərəcək

29-12-2025

AZAL sərnişinləri üçün onlayn qeydiyyat imkanlarını genişləndirir

08-08-2023

AZAL "A320neo" ailəsinə aid 12 təyyarə sifariş edib

06-04-2023

AZAL Naxçıvan reyslərində onlayn qeydiyyat xidmətini təqdim edir

10-10-2024

AZAL yeni onlayn xidmətlər təqdim edib

13-03-2025

AZAL-ın təyyarələrində mobil rabitədən istifadə olunacaq

02-05-2015

“Azərkosmos” və “Viasat” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

03-04-2026

AZAL “Boeing”dən 8 ədəd “787-8 Dreamliner” təyyarəsi alır

28-04-2023

AZAL aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib

22-10-2024

AZAL-Miles-ın bir sıra xidmətləri fəaliyyət göstərməyəcək

04-11-2019

Bakı-Naxçıvan-Bakı aviareyslərinə biletlər AZAL-ın saytından alına bilər

16-06-2022

Azərbaycan və Qırğızıstan mülki aviasiyada əməkdaşlığı müzakirə edib

02-03-2023

AZAL yeni onlayn xidmətini istifadəyə verib

07-07-2025

IATA-nın yeni mobil əlavəsi Azərbaycanda tətbiq edilə bilər

14-05-2021

AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq edib

01-10-2024

AZAL loyallıq proqramının yenilənməsini və rebrendinqini başa çatdırıb

03-09-2024

AZAL vətəndaşlara müraciət edib

19-11-2020

AZAL şarj cihazlarından istifadə qaydalarına dəyişiklik edir

17-11-2025

AZAL-dan Samsung Galaxy Note 7 ilə səyahət edənlərə xəbərdarlıq

15-09-2016

AZAL reyslərində "Travel Pass" tətbiqinin sınaqdan keçirilməsi uzadılıb

16-08-2021

Bakı-Nyu-York və əks istiqamətdə uçan sərnişinlər təyyarədə konkret yer seçə biləcək

14-04-2015

«Azal Sığorta» şirkəti veb-saytını yeniləyib

29-12-2010

AZAL və OpenAirlines şirkəti razılaşma imzalayıb

19-09-2019

Azərbaycan Hava Yolları mobil əlavəsini təqdim edib

11-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə