Previous Next
Bağla

Bakı sakinlərinə lazımsız geyim və əşyalarını ianə etmək imkanı yaradılıb

10-11-2015 15:43
Bakı sakinlərinə lazımsız geyim və əşyalarını ianə etmək imkanı yaradılıb

Təmiz Şəhər ASC yeni və funksional dizaynla www.tullantim.az saytını istifadəçilərə təqdim edib.

Təmiz Şəhər ASC-nin mətbuat xidmətindən  Xeberler.az-a verilən məlumata görə, bu sayt vasitəsilə şəhər təmizliyi üçün yeni imkanlar təklif olunur.

Məlumatda bildirilib ki, layihə tullantıların miqdarının azaldılması istiqamətində ölkədə aparılan işlərə dəstək olacaq. Saytın özəl xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onun istifadəçiləri olan şəhər sakinləri də görülən işin iştirakçısı ola bilərlər.

Bunun üçün lazımsız hesab etdikləri geyim və əşyalarını www.tullantim.az-ın “İanə et” bölməsinə yükləyərək ehtiyacı olan şəxslərə bağışlaya bilərlər. Bununla, həm xeyir iş görmüş olarlar, həm də Təmiz Şəhər ASC-in tullantıların azaldılması layihəsinə dəstək olaraq yaşadıqları şəhərin təmizliyində, tullantılarının azaldılmasında pay sahibi olarlar.

Bundan başqa saytın “Yaşıl düşün”, “Atma, yarat”, “Şəhərimizi təmiz saxlayaq”, “Birja” bölmələri ətraf mühiti təmiz saxlamağın yollarını ətraflı izah edir və öyrədir. Layihə, şəxslərə və müəssisələrə tullantıları  idarə etməyi, bəzən azaltmağı, bəzən isə həm də tullantıdan faydalanmağı, onu sənayeyə geri qaytarmağı öyrədir.

Təmiz Şəhər ASC hər kəsi www.tullatim.az layihəsində aktiv iştirak etməyə və tullantıları azaltmağa dəstək olmağa çağırır.

 

Sevinc Əsədova

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Təmiz Şəhər” rəsmi internet səhifəsini istifadəyə verib

05-03-2013

Tullantılarla şəhəri elektrik enerjisi ilə təmin etmək mümkündür

17-07-2018

"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

11-11-2024

Azərbaycanda elektron tullantıların “qəbiristanlığ”ı niyə yoxdur?

01-10-2015

“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb

15-04-2026

Yeni texnologiya tullantıları buxarlandıracaq

02-08-2019

“Yaşıl dəhliz” layihəsi təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyətə malikdir”

05-04-2023

Texnologiya nəhəngləri təmiz enerji sahəsinə 1 milyard ayırır

12-12-2016

Yaşıl hesablamalar: davamlı gələcək üçün innovasiyalar adlı seminar keçirilib

18-12-2024

Sumqayıt şəhər rəhbərliyi ictimaiyyətlə internet forum vasitəsilə ünsiyyət quracaq

08-10-2009

Avropa Komissiyası təmiz enerjiyə keçid səylərində Azərbaycanı dəstəkləməyə davam edəcək

02-02-2023

Dünyanın ən iri proqram təminatçısının mənfəəti 1,8 milyard dollar artıb

30-10-2010

BMT “Ekoloji cəhətdən təmiz İKT bazasında proqram təminatı” müsabiqəsini elan edib

25-04-2011

Bakı Şəhər Baş Polis İdarəsindən saxta Facebook səhifəsi ilə bağlı açıqlama

06-10-2015

BANM tələbəsi beynəlxalq hakatonda qalib olub

28-01-2026

Azərbaycan poçtunda 50-dən çox itirilmiş sənəd var

10-05-2018

Floridada sürücüsüz məktəbli avtobusunun sınaqları keçirilir

28-09-2018

Tullantı konteynerləri çiplərlə təchiz olunacaq

02-10-2019

“İçəri Şəhər”in rəsmi saytı istifadəyə verilib

29-12-2009

Azərbaycanda rabitə müəssisələrinin özəlləşdirilməsinə hazırlıq gedir

22-01-2011

İT üzrə müsabiqə-5 min manat qazanmaq imkanı

18-05-2018

İqtisadiyyat Nazirliyi Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan edib

06-05-2019

Youtube-da videolara təmiz baxa biləcəksiniz

28-03-2015

Dünyanın ən təmiz şirkəti Apple seçildi

15-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə