Bakı şəhərində yeni müştəri xidmətləri sistemi istifadəyə verilib. Xəbərlər "Bakı Taksi" MMC-yə istinadən məlumat verir ki, quruma aid bütün avtomobilləri yerin təyin olunması üçün GPS qurğularla təmin edilib və onun köməkliyi ilə sistem avtomatik şəkildə sifariş olunan ünvana ən yaxın taksini sifarişin icrasına yönəldir.
Şirkətdən bildirilib ki, sifarişlər operatorlar tərəfindən qəbul olunur, müştərinin ünvanı tam dəqiqləşdirilir və yaxın olan sürücüyə onun yerləşdiyi məkan haqqında informasiya çatdırılır: "Bütün bunlar yeni tətbiq olunan proqram təminatının köməkliyi ilə həyata keçirilir. Nəticədə, müştəri ilə sürücünün ünsiyyəti minimuma endirilib. Müştərilər artıq Bakı şəhərinin hüdüdlarında istədikləri telefondan *9000 yığaraq taksi sifariş edə bilərlər".
Qeyd edək ki, stasionar telefon nömrələrindən zənglər ödənişsizdir. Müştəri Xidmətləri Mərkəzi 7/24 rejimində fəaliyyət göstərir. Bu avtomobillər 2011-ci il iyunun 13-dən Bakıda taksi kimi fəaliyyətə başlayıb. (Report.az)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri