Bakıda “Fintex Forumu 2025” keçirilir

09-10-2025 / 10:00

Azərbaycan Fintex Assosiasiyası (AzFina), Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakıda “Fintex Forumu 2025” keçirilir.

Xeberler.az məlumat verir ki, forumda fintex ekosisteminin inkişafı, açıq bankçılıq, rəqəmsal ödənişlər və kibertəhlükəsizlik məsələləri müzakirə olunur.

Tədbir çərçivəsində Azərbaycan və Türkiyə Fintex Assosiasiyaları arasında, həmçinin Azərbaycan Fintex Assosiasiyası ilə Beynəlxalq Konsaltinq Şirkəti arasında əməkdaşlıq sənədləri imzalanacaq.

Qeyd edək ki, Forumun məqsədi fintex sektorunda beynəlxalq əməkdaşlığın gücləndirilməsi və rəqəmsal maliyyə xidmətlərinin inkişafına dəstək göstərməkdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə