Previous Next
Bağla

“İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramının imtahanı yekunlaşıb

24-04-2026 19:24
“İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramının imtahanı yekunlaşıb

Azərbaycan Respublikasının Gənclər Fondu və “Bakcell”in birgə tərəfdaşlığı ilə həyata keçirilən və gənclərin innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarının inkişafına yönələn “İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramına qeydiyyat müddətində ümumilikdə 1851 nəfər gənc müraciət edib. İlkin seçim mərhələsinin nəticələrinə əsasən 200 gənc namizəd imtahan mərhələsində iştirak etmək şansı qazanıb.

Xeberler.az bildirir ki, Gənclər Təşkilatından verilən məlumata görə, aprelin 23-24-də mərhələli şəkildə keçirilən imtahan prosesində iştirak edən namizədlər məntiqi düşüncə, informasiya texnologiyalarının əsasları, süni intellekt savadlılığı və bu sahədə etik davranış qaydaları üzrə təqdim olunan test tapşırıqlarını cavablandırıblar.

İmtahanda yüksək nəticə göstərən iştirakçılar isə növbəti seçim mərhələsi olan müsahibəyə dəvət olunacaqlar. Müsahibə prosesi çərçivəsində namizədlərin analitik düşünmə qabiliyyəti, problem həlletmə bacarıqları və motivasiyası hərtərəfli şəkildə qiymətləndiriləcək.

Xatırladaq ki, proqram çərçivəsində təqaüd haqqı qazanmış gənclər süni intellektəsaslı texnologiyalar, data analitika və rəqəmsal qərarvermə, proqramlaşdırma və proqram təminatı, rəqəmsal məhsul və platforma bacarıqları, texnologiyaəsaslı innovasiya və startap bacarıqları üzrə praktiki bilik və bacarıqlara yiyələnmək imkanı əldə edəcəklər.

Birgə tərəfdaşlıq çərçivəsində keçirilən bu təşəbbüs gənclərin potensialının üzə çıxarılmasına, innovasiya ekosisteminin gücləndirilməsinə və gənc mütəxəssislərin formalaşmasına töhfə vermək məqsədi daşıyır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"İnnovasiya və Süni İntellekt" proqramı üzrə 25 gənc təqaüd qazanıb

25-05-2026

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

16-01-2026

⁠İnnovasiya və Süni İntellekt üzrə təqaüd proqramına qeydiyyat davam edir

02-02-2026

Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib

24-02-2026

Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır

20-05-2026

Gənclərin Süni İntellekt Forumu rəqəmsal gələcəyə hazırlıq məqsədi daşıyır

20-06-2025

DİN-in elan etdiyi təqaüd proqramının qalibləri müəyyənləşib

24-10-2025

RİNN və ABB birgə yeni layihəyə start verir

04-03-2022

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

22-04-2025

Rəqəmsal ideya müsabiqəsinə start verilir

01-04-2026

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

08-10-2024

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə tələbə qəbulu başlayıb

02-05-2023

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün son 5 gün!

06-05-2026

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayıb

03-11-2025

Bakıda “Gənclər üçün Süni İntellekt Forumu” keçirilir

02-05-2025

Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir

03-02-2026

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

07-04-2025

Bakcell gənc qızların İKT sahəsində təhsilinə dəstək verir

23-04-2026

Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün 3 gün qalıb

28-11-2025

Azercell-in “DataMinds Bootcamp” proqramı uğurla yekunlaşıb

23-09-2025

Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib

20-06-2025

Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

22-12-2025

Bakcell-in tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub

23-12-2025

Azercell-in dəstəyi ilə Beyləqanda STEM dərslərinə start verilir

05-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə