Previous Next
Bağla

Bakıda II Süni İntellekt Zirvəsi keçirilib

17-11-2026 13:36
Bakıda II Süni İntellekt Zirvəsi keçirilib

13 noyabr tarixində "The Ritz-Carlton Baku" otelində ölkənin innovasiya və texnologiya sahəsində ən nüfuzlu tədbirlərindən biri olan II Süni İntellekt Zirvəsi (AI Summit 2026) baş tutub.

Xeberler.az məlumat verir ki, "Arter", "Facemark", "Handex" və "Human Development Center" (HDC) şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilən zirvənin baş sponsoru "Logo Group", gold sponsoru "TIMES Consulting", strateji tərəfdaşları isə İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və "MegaSec" olub.

Dövlət və özəl sektor nümayəndələri, qlobal şirkət rəhbərləri, süni intellekt mütəxəssisləri və sahibkarlar da daxil olmaqla 300-dən çox iştirakçını birləşdirən tədbirdə "AI Playground" və "Connection Hub" platformaları vasitəsilə yeni texnoloji həllər sınaqdan keçirilib və işgüzar əməkdaşlıqlar qurulub. Açılış mərasimində "Facemark"ın həmtəsisçisi Rafiq Hunaltay süni intellektin biznesə inteqrasiyasının strateji əhəmiyyətindən danışıb. Açılış bölməsində Mərkəzi Asiya Süni İntellekt Assosiasiyasının sədri Vladimir Norov regional əməkdaşlıq perspektivlərini, AKTA-nın icraçı direktoru Rauf Cabarov və "Cyberpoint" şirkətinin direktoru Dr. Elvin Balacanov isə kibertəhlükəsizlik və rəqəmsal hüquqi tənzimləmələri müzakirə ediblər. Ardınca "Logo Group"un CTO-su İsmail Duran və "MegaSec"in direktoru Qabil Qasımov əsas məruzəçi ("Keynote") qismində texnoloji trendləri təhlil ediblər.

Zirvə çərçivəsində iki əsas panel müzakirəsi təşkil olunub. "Azerconnect Group"un Süni İntellekt Məhsulları Bölməsinin rəhbəri Lətif Məmmədlinin moderatorluğu ilə keçirilən "Süni İntellektin gələcəyi" adlı birinci paneldə "Microsoft"un Principal Cloud Advocate-i Lee Stott, "Prodware"-in süni intellekt və avtomatlaşdırma üzrə arxitektoru David Lorenzo López və "SHI International Corp"un Digital Workplace və AI Solutions üzrə meneceri Rəfsan Hüseynov qlobal trendləri, beynəlxalq təcrübəni və süni intellekt arxitekturasının inkişaf istiqamətlərini dəyərləndiriblər. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün idarə etdiyi Davos formatlı "İnsan və Süni İntellekt" sessiyasında isə bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ADNSU-nun rektoru professor Rüfət Əzizov, 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təhsil layihələri üzrə direktoru İnarə Vəliyeva və "Nextool.ai"ın baş direktoru Cəfər Nəcəfov texnoloji transformasiyanın əmək bazarına və təhsil ekosisteminə təsirlərini təhlil ediblər.

Plenar iclaslarla yanaşı, "Şuşa", "Ağdam", "Füzuli", "Qubadlı", "Tərtər" və "Laçın" zallarında "Microsoft", "Azercell Telekom", "Azerconnect Group", "Logo Business Solutions", "Lambda Labs", "Start IT", "AIWorks", "Code Academy", "Handex", "Spark AI Technologies", "Arter", "Hazar Human Capital Studio" və Xəzər Universitetinin mütəxəssisləri tərəfindən 11 praktiki masterklas və ixtisaslaşmış sessiya keçirilib. Tədbirin sonunda ən çox xal toplayan iştirakçılar mükafatlandırılıb, spikerlərə plaketlər təqdim olunub və intellektual "Kahoot" yarışının final raundu ilə zirvəyə yekun vurulub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub

Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub

10-06-2026
Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

09-06-2026
4SİM və Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi əməkdaşlığı genişləndir

4SİM və Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi əməkdaşlığı genişləndir

10-04-2026
4SİM və DİF strateji əməkdaşlıq prioritetlərini müəyyənləşdirir

4SİM və DİF strateji əməkdaşlıq prioritetlərini müəyyənləşdirir

14-04-2026
Təhsilin İnkişafı Forumu keçirilib.

Təhsilin İnkişafı Forumu keçirilib.

03-11-2023
Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib

Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib

20-06-2025
Startap və innovasiya festivalı “Baku ID 2025” başa çatıb

Startap və innovasiya festivalı “Baku ID 2025” başa çatıb

21-06-2025
4SİM-in icraçı direktoru “Innovation 2025” konfransında iştirak edib

4SİM-in icraçı direktoru “Innovation 2025” konfransında iştirak edib

02-04-2025
“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

02-10-2026
4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

31-10-2025
Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında üçüncü olub

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında üçüncü olub

09-10-2026
Azerconnect Group və qlobal texnologiya nəhəngi NVIDIA arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

Azerconnect Group və qlobal texnologiya nəhəngi NVIDIA arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

21-04-2026
İqtisadiyyat Nazirliyinin “Çağrı mərkəzi”ndə süni intellekt tətbiq olunacaq

İqtisadiyyat Nazirliyinin “Çağrı mərkəzi”ndə süni intellekt tətbiq olunacaq

05-03-2025
II Beynəlxalq “Caspian Innovation Forum”u keçirilib

II Beynəlxalq “Caspian Innovation Forum”u keçirilib

04-12-2025
Süni intellektin rəqəmsal iqtisadiyyatın inkişafında oynadığı rol müzakirə olunub

Süni intellektin rəqəmsal iqtisadiyyatın inkişafında oynadığı rol müzakirə olunub

17-11-2024
4SİM Davosda əməkdaşlıq məsələlərini müzakirə edib

4SİM Davosda əməkdaşlıq məsələlərini müzakirə edib

22-01-2025
4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

16-01-2026
4SİM-in tərəfdaşlığı ilə “Baku ID 2025” innovasiya festivalı keçiriləcək

4SİM-in tərəfdaşlığı ilə “Baku ID 2025” innovasiya festivalı keçiriləcək

18-06-2025
İnnovasiya və startap ekosisteminin inkişafı üçün memorandum imzalanıb

İnnovasiya və startap ekosisteminin inkişafı üçün memorandum imzalanıb

30-11-2023
4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

23-01-2026
“Süni İntellekt və Yüksək Texnologiyalar” adlı tədbir keçirilib

“Süni İntellekt və Yüksək Texnologiyalar” adlı tədbir keçirilib

07-10-2024
İİTKM süni intellektin tətbiqinə dair beynəlxalq seminar təşkil edib

İİTKM süni intellektin tətbiqinə dair beynəlxalq seminar təşkil edib

30-10-2025
“Digital Impact 2026” tədbiri keçirilib

“Digital Impact 2026” tədbiri keçirilib

16-11-2026
“4Sİ Akademiyası – Milli Proqramı”nın iştirakçıları mükafatlandırılıb

“4Sİ Akademiyası – Milli Proqramı”nın iştirakçıları mükafatlandırılıb

17-09-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə