Previous Next
Bağla

Bakıda InnoWeek – İnnovasiya həftəsi keçiriləcək

14-10-2019 11:33
Bakıda InnoWeek – İnnovasiya həftəsi keçiriləcək

Bu ilin 18-24 oktyabr tarixlərində Azərbaycanda ikinci dəfə “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək.

Xeberler.az bildirir ki, nazirlikdən verilən məlumata görə, innovasiyalar sahəsində ən son yeniliklərin əks olunduğu konfrans, forum və sərgilər təşkil olunacaq. Tədbirlər Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan  Gənclər Fondu, İnnovasiyalar Agentliyi, BMT-nin İnkişaf Proqramı, “Azercell” və digər şirkətlərlə birgə reallaşdırılır.

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində 18 oktyabr tarixində “I2B – İdeyadan Biznesə” layihəsinin respublika finalı keçiriləcək. Bakı və region qalibləri arasından 2019-cu il üzrə qaliblər müəyyən ediləcək. Finalda layihələr mütəxəssislərdən ibarət münsiflər heyəti qarşısında təqdim ediləcək. Jüri tərəfindən ideyanın unikallığı, bazar potensialı, investisiyanın mənfəət müddəti, ilkin xidmətin/prototipin hazırlanmasına tələb olunan müddət, komandanın ideyanı gerçəkləşdirmə qabiliyyəti kimi meyarlar qiymətləndiriləcək. Təşkilatçılar və tərəfdaşlar tərəfindən ilk üç yerin sahiblərinə ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək. 

Oktyabrın 19-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi  çərçivəsində “Roboday” sərgisi təşkil ediləcək. “Roboday”də robotlarla iş imkanı yaradan təlimlər keçiriləcək, robotexnika sahəsində tətbiq və əyləncə zonası ilə təchiz edilmiş stendlər fəaliyyət göstərəcək. Gələcəyin yenilikçi texnologiya mühəndislərinin yetişməsinə töhfə vermək, kiçik yaşlardan bu sahəyə maraq aşılamaq məqsədilə STEAM (“Science, Technology, Engineering, Art, Math” – Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsil proqramları barədə məlumat veriləcək, robot şouları nümayiş etdiriləcək.

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində keçiriləcək önəmli tədbirlərdən biri də 21-22 oktyabr tarixlərində keçiriləcək 2-ci “Bakı Elektron Ticarət Forumu”dur (BEF – 2019). İki gün davam edəcək forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər, startapçılar iştirak edəcəklər. Tədbirdə elektron ticarətin müxtəlif istiqamətləri üzrə sessiyalar təşkil olunacaq.  Forumda e-ticarət sahəsində liderlər, tanınmış e-ticarət və onlayn ödəniş platformalarının mütəxəssisləri, ekspertlər bir araya gələcək və bu istiqamətdə son trendlər, müsbət təcrübələr müzakirə ediləcək.

Oktyabrın 22-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) təşkilatçılığı ilə “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda “dəyirmi masa” keçiriləcək. Tədbirdə innovasiya ekosistemi iştirakçıları – hökumət və qeyri-hökumət qurumları, agentliklər, inkubasiya-akselerasiya mərkəzləri və digər əlaqədar təşkilatların rəhbərləri iştirak edəcəklər.

“İnnovasiya həftəsi” çərçivəsində keçiriləcək əhəmiyyətli tədbirlərdən biri də “Euroasia İnnovation Day”dir. 23 oktyabrda “Huawei” şirkəti ilə birgə təşkil olunacaq bu dialoq platformasına siyasətçilər, özəl sektor nümayəndələri və elm xadimləri qatılacaqlar.

Oktyabrın 23-də baş tutacaq növbəti tədbir – “İnnovation Awards Gala” mükafatlandırma mərasimində “İlin startapı”, “İlin influenseri”, “İlin innovasiya tədbiri”, “İlin innovasiya layihəsi”, “İlin innovasiya ekosistemi təmsilçisi” nominasiyaları üzrə qaliblər elan ediləcək və onlara Azərbaycan İnnovasiya Mükafatı təqdim ediləcək. Qeyd edək ki, bu mükafat “İnnovativ Azərbaycan” devizi ilə qlobal innovasiya ekosistemində lider ölkələr sırasında olmağımız üçün lokal ekosistem oyunçularını dəstəkləmək məqsədilə təsis olunub.

“İnnovasiya həftəsi”nin sonuncu günü – 24 oktyabrda isə “Kaspersky Security Day” platforması təşkil ediləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Kaspersky” şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə dövlət qurumları, özəl sektor, qeyri-hökumət təşkilatları, ali təhsil müəssisələri, elmi tədqiqat institutlarının nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, “InnoWeek – İnnovasiya həftəsi”nə daxil olan bütün tədbirlər Heydər Əliyev Mərkəzində keçiriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakı Elekton Ticarət Forumu (BEF-2019) təşkil olunacaq

Bakı Elekton Ticarət Forumu (BEF-2019) təşkil olunacaq

24-09-2019
İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019
İnnovasiya ekosisteminə siyasi baxış mövzusunda dəyirmi masa keçirilib

İnnovasiya ekosisteminə siyasi baxış mövzusunda dəyirmi masa keçirilib

23-10-2019
“Azərbaycan İnnovasiya Mükafatı”nı qazanmaq istəyənlər üçün müraciətlərin  qəbuluna başlandı

“Azərbaycan İnnovasiya Mükafatı”nı qazanmaq istəyənlər üçün müraciətlərin qəbuluna başlandı

26-08-2020
“İnnovation Awards Gala” mükafatlandırma mərasimi keçirilib

“İnnovation Awards Gala” mükafatlandırma mərasimi keçirilib

24-10-2019
INNOLAND İlin innovasiya ekosistemi təmsilçisi seçilib

INNOLAND İlin innovasiya ekosistemi təmsilçisi seçilib

24-10-2019
İnnovasiya Mükafatı müsabiqəsində iştirak üçün müraciətlərə başlanıb

İnnovasiya Mükafatı müsabiqəsində iştirak üçün müraciətlərə başlanıb

08-10-2019
İnnovasiya həftəsi çərçivəsində Roboday festivalı təşkil olunub

İnnovasiya həftəsi çərçivəsində Roboday festivalı təşkil olunub

19-10-2019
Azercell İlin innovasiya tədbiri nominasiyasında qalib gəlib

Azercell İlin innovasiya tədbiri nominasiyasında qalib gəlib

25-10-2019
İnnovasiya həftəsi çərçivəsində Eurasia Innovation Day keçirilir

İnnovasiya həftəsi çərçivəsində Eurasia Innovation Day keçirilir

23-10-2019
Azercell-in dəstəklədiyi “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində maraqlı tədbirlər gözlənilir

Azercell-in dəstəklədiyi “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində maraqlı tədbirlər gözlənilir

12-12-2020
“World Net Summit” beynəlxalq onlayn konfransında Selcuk  Bayraktar çıxış edəcək

“World Net Summit” beynəlxalq onlayn konfransında Selcuk Bayraktar çıxış edəcək

18-12-2020
İ2B – İdeyadan Biznesə layihəsinin qalibləri müəyyən olunub

İ2B – İdeyadan Biznesə layihəsinin qalibləri müəyyən olunub

19-10-2019
Jurnalistlər üçün “Innoweek – İnnovasiya həftəsi 2020”-yə həsr olunmuş müsabiqə elan olunub

Jurnalistlər üçün “Innoweek – İnnovasiya həftəsi 2020”-yə həsr olunmuş müsabiqə elan olunub

09-12-2020
Azerbaijan Digital HUB Eurasia İnnovation Day tədbirində təqdim olunub

Azerbaijan Digital HUB Eurasia İnnovation Day tədbirində təqdim olunub

24-10-2019
Azərbaycanda "İnnovasiyalar Həftəsi" keçiriləcək

Azərbaycanda "İnnovasiyalar Həftəsi" keçiriləcək

23-09-2020
“InnoWeek – İnnovasiya həftəsi”nin ilk tədbiri keçirildi

“InnoWeek – İnnovasiya həftəsi”nin ilk tədbiri keçirildi

14-12-2020
21 aprel – Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür

21 aprel – Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür

21-04-2020
Azərbaycanda ilk dəfə beynəlxalq İnnovasiyalar həftəsi keçiriləcək

Azərbaycanda ilk dəfə beynəlxalq İnnovasiyalar həftəsi keçiriləcək

26-09-2018
Jurnalistlər üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb

Jurnalistlər üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb

29-12-2020
Nazir: Ermənistan bölgədə innovasiyaların inkişafına mane olur

Nazir: Ermənistan bölgədə innovasiyaların inkişafına mane olur

03-11-2020
İnnovasiyalar həftəsi olacaq

İnnovasiyalar həftəsi olacaq

26-10-2018
İnnocamp innovasiya yay düşərgəsinə hazırlıqlar başlayıb

İnnocamp innovasiya yay düşərgəsinə hazırlıqlar başlayıb

27-08-2019
“Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu təşkil edilib

“Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu təşkil edilib

17-12-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə