Previous Next
Bağla

İnnocamp innovasiya yay düşərgəsinə hazırlıqlar başlayıb

27-08-2019 13:28
İnnocamp innovasiya yay düşərgəsinə hazırlıqlar başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun
“Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri tərəfindən birgə reallaşdırılan “İ2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində 29-31 avqust tarixlərində Şamaxıda “İnnocamp” innovasiya yay düşərgəsi təşkil olunacaq.

Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçiriləcək düşərgədə cari ildə Bakı,
Naxçıvan, Lənkəran, Gəncə, Mingəçevir, Şəki, Sumqayıt, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay və Tovuz şəhərlərində baş tutmuş startap turlarının finalçıları iştirak edəcəklər. 18 komandanı təmsil edəcək 54 tələbə üçün marketinq, dizayn və təqdimatların hazırlanması üzrə təlimlər keçiriləcək. Onlara startap ekosistemi, ideyanı biznesə çevirməyin yolları barədə məlumat veriləcək.

Təlim, master klas və vorkşoplardan ibarət proqramın əsas hissəsi Azərbaycan Milli
Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının ərazisində baş tutacaq.
Təlimlərdən sonra startapçılar öz layihələrini təqdim edəcək və milli finala vəsiqə qazananlar müəyyən olunacaq.

Qeyd edək ki, milli finalda ümumrespublika üzrə I, II və III yerlərin qalibləri
müəyyənləşəcək və onlara ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək. “İnnocamp” çərçivəsində dövlət qurumlarının, 15 inkubasiya mərkəzinin, 4 texnoparkın, eləcə də bir sıra nüfuzlu İKT şirkətlərinin nümayəndələrinin və akseleratorların iştirakı ilə dəyirmi masalar təşkil olunacaq. Əsas məqsəd bu sahədə bilik mübadiləsi və ümumi ekosistemin formalaşdırılmasının müzakirə edilməsidir. Düşərgədə təlimlər, vorkşoplar və müzakirələrlə yanaşı iştirakçılar üçün əyləncə proqramı da nəzərdə tutulub.

Xatırladaq ki, “İ2B-İdeyadan Biznesə” layihəsi ölkəmizdə startap hərəkatının
formalaşdırılması, gənclərin biznes ideyalarına dəstək verilməsi, innovasiyaların və
texnologiyaların təşviqinin genişləndirilməsi, innovativ ideyaların reallaşdırılması, eyni zamanda regionlarda biznes inkubasiya mərkəzlərinin yaradılması ənənələrinin
formalaşdırılması məqsədilə həyata keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnnocamp innovasiya yay düşərgəsi davam edir

30-08-2019

İnnocamp innovasiya yay düşərgəsi başa çatıb

01-09-2019

Növbəti InnoCamp-ın keçiriləcəyi məkan açıqlanıb

03-08-2019

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019

İ2B – İdeyadan Biznesə platforması 2020-ci ildə də davam etdiriləcək

12-02-2020

İ2B – İdeyadan Biznesə layihəsinin qalibləri müəyyən olunub

19-10-2019

İdeyadan biznesə startap turları başlayır

15-09-2018

Azərbaycanda YayFest təşkil olunub

19-07-2019

Növbəti startap turu Sumqayıtda keçiriləcək

19-09-2018

Növbəti startap turunun keçiriləcəyi yer bəlli oldu

04-06-2018

İdeyadan Biznesə startap turunun Quba üzrə qalibi müəyyənləşdi

08-06-2018

Gəncədə İdeyadan Biznesə çevriləcək layihələr seçildi

05-10-2018

Növbəti startap turu Lənkəranda keçiriləcək

16-05-2018

İdeyadan Biznesə startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib

12-10-2018

Növbəti startap turunun qalibləri bəlli olub

03-10-2018

İdeyadan Biznesə layihəsi Bakı Dövlət Universitetində

04-10-2018

Daha üç uğurlu startap ideyası qalib oldu

01-06-2018

Sumqayıtın ən innovativ startap layihələri bəlli olub

22-09-2018

Növbəti startap turu Qubada keçiriləcək

07-06-2018

İdeyadan Biznesə layihəsinin ilk düşərgəsi Şəkidə təşkil olunub

01-10-2018

Ən yaxşı startap komandası olan ali təhsil müəssisələri bəlli oldu

09-10-2018

Bakı və regionlarda startap turlarına başlanır

15-02-2018

İ2B-İdeyadan Biznesə layihəsinə 2 mindən çox startapçı qoşulub

19-10-2019

“InnoWeek – İnnovasiya həftəsi”nin ilk tədbiri keçirildi

14-12-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə