Previous Next
Bağla

Bakıda keçirilən “Poçt Liderləri Forumu” başa çatıb

15-05-2025 21:25
Bakıda keçirilən “Poçt Liderləri Forumu” başa çatıb

Mayın 15-i paytaxt Bakının ev sahibliyi etdiyi “Poçt Liderləri Forumu”nun sonuncu günüdür.

Xeberler.az məlumat verir ki, Avropa və MDB regionundan olan 30-dan çox ölkənin 150-dən çox yüksəksəviyyəli nümayəndəsinin – milli poçt xidmətlərinin, texnologiya və e-ticarət şirkətlərinin təmsilçilərinin və ekspertlərin iştirakı ilə forumun üçüncü günündə qlobal tendensiyalara və rəqəmsal pozuntulara cavab olaraq poçt sektorunun transformasiyası mövzularında müzakirələr aparılıb.

MDB ölkələri üzrə Regional Rabitə Birliyinin baş direktoru Aleksey Borodin belə mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı öz fikirlərini bölüşüb: “Azərpoçt” həmişə regionun ən qabaqcıl və inkişaf etmiş müəssisələrindən biri olub. Biz bilirik ki, bir çox müasir xidmətlər tətbiq olunur və dövlət səviyyəsində maliyyə və rəqəmsal xidmətlər də istifadəyə verilib. Əlbəttə, Azərbaycan coğrafi mövqeyinə görə mühüm logistik mərkəzlərdən və marşrutlardan biri kimi çıxış edir. Düşünürəm ki, məhz Azərbaycanın bu coğrafi mövqeyi, əlverişli logistik xüsusiyyətləri və tətbiq edilən innovativ xidmətlər regionumuzda inkişaf üçün əsas çıxış nöqtələrindən biridir. Bu, təkcə alternativ marşrutların formalaşmasına deyil, əlavə marşrutların yaranmasına da töhfə verəcək. Biz bilirik ki, daşımaların, poçt göndərişlərinin və rəqəmsal maliyyə xidmətlərinin həcmi artır. Dövlətlər arasında pulköçürmələrinin də artması müşahidə olunur. Hesab edirik ki, məhz bu iki amil – Azərbaycanın coğrafi yerləşməsi və müasir infrastrukturu regionda əlavə inkişaf nöqtələrinin formalaşmasında mühüm rol oynayır. Bu da nəinki Azərbaycanın iqtisadi potensialını artıracaq, eyni zamanda, regionun cəlbediciliyini logistika marşrutları və rəqəmsal maliyyə xidmətləri baxımından da yüksəldəcək”.

Xatırladaq ki, Ümumdünya Poçt İttifaqının təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin tərkibində fəaliyyət göstərən “Azərpoçt”un dəstəyi ilə “Poçt Liderləri Forumu” mayın 13-15-də Bakıda keçirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb

13-05-2025

Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək

12-05-2025

Azərbaycan və Gürcüstan poçt nümayəndələrinin görüşü baş tutub

14-05-2025

Azərbaycan-Türkiyə İKT Biznes Forumu keçirilir

11-02-2026

Azərbaycan Ümumdünya Poçt İttifaqının 28-ci Konqresində iştirak edəcək

13-05-2025

“Poçt liderləri forumu” çərçivəsində “Azərpoçt”da növbəti görüş olub

14-05-2025

Nazir: “Türkiyə və Azərbaycan poçtu yeni layihələrə imza atacaq”

14-01-2021

“Rəqəmsal İpək Yolu” layihəsi birinci Özbəkistan-Azərbaycan regionlararası forumunda təqdim olunub

28-02-2023

Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

22-09-2025

Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentlik Azərbaycana verilib

23-05-2025

Azərbaycanın poçt sektorunda «Maliyyə xidmətlərinin inkişafı» layihəsinin başa çatması ilə bağlı tədbir keçiriləcək

01-12-2010

Nəqliyyat və Kommunikasiya Holdinqinin Müşahidə Şurası təsdiqlənib

07-11-2024

BNN: “Azərbaycan rəqəmsal texnologiyaların inkişafı baxımından regional liderdir”

07-09-2023

Azərbaycan Regional Nəqliyyat Nazirləri Konfransında təmsil olunur

24-10-2025

“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17-02-2020

“Fintex sammit 2025 - Maliyyə Texnologiyalar Sərgisi” keçirilir

24-06-2025

Avropa və MDB Poçt Liderlərinin I Forumuna həsr olunmuş poçt markası buraxılıb

13-05-2025

4-cü Azərbaycan-Belarus Biznes Forumu keçirilib

06-12-2018

Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

24-09-2018

Bakıda RiskTech forumu keçirilir

30-10-2019

Bakıda “Fintex Sammit 2025” keçiriləcək

17-06-2025

Rəqəmsal Ticarət Qovşağı üçüncü beynəlxalq forumu keçiriləcək

24-09-2019

“Fintech Innovation Hub” Türkiyə və Azərbaycanın ekosistemlərini bir araya gətirəcək

21-08-2023

Rəşad Nəbiyev SPECA ilə bağlı konfransda iştirak edib

31-10-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə